Səhvlərim, səhvlərim!
Şübhələrim, gümanlarım,Səhvlərim, nöqsanlarım,Fəryadlarım, əzablarım, amanlarım!Mən qaçdıqca əlinizdən,ƏməliməYağış kimi yağırsınızNeyləyim ki,Siz özümdən ağırsınız.Salıb məni əzablaraMənə gendən baxırsınızbir yad kimi.Mən gizlədə bilməmişəm ömrüm boyuDodağımın arxasında ürəyimi...O alışıb.O danışıb.Yanımda dost olmayandaDanışmışam özbaşıma.Ürəyimin pıçıltısıDəyib mənim öz başımaToxmaq kimi...Nə sevgimi gizlətmişəm,Nə kinimi...Əzab verib günlər mənə,aylar mənə.Adam var ki, ömrü boyuDodaqları təbəssümlüTəbəssümü,Bir pay kimi paylar sənə,paylar ona,paylar mənə...Dili ilə ürəyinin arasındaYüz-yüz illik yollar durur.Dodağında güllər açıbÜrəyində kollar durur.
Hər sözünün əvvəli "can", axırı "can"Belə yaşar axıracan.Ürəyi buz,Sözü isti,Özü ilıq.Çəkməmişdir ömrü boyuBircə dəfə peşmançılıq.Bilməmişəm,Nə çox imişBircə qırıq nöqsanımışişirdənim.Bir dəryaca kədərimdirBir damlaca səhvim mənim.Başqaları keçər, bəlkə, təqsirimdən"Günahkaram, keç!" - sözümə.Bağışlaya bilməmişəmÖz səhvimi mən özümə.Səhvlərim boğazımdan bərk yapışıbYuxumu da dara çəkir.Vicdanımı ora çəkir, bura çəkir.Ürəyimdə vuruş gedirMən kiminlə vuruşuram,heç bilmirəm.Yıxılıram, əyilmirəm.Heç bilmirəm bu vuruşun adı nədir,qəsdi nədir?Qəribədir,qəribədir!Səhvlərim - alnımdakı qırışlarım,Qəlbimdəki vuruşlarım.Əzablarda mən özüməm,Mən könlümün öz səsiyəm,Rahatlıqda özgəsiyəm...Səhvlərim - ürəyimin dilimdəkiHəm sevgisi,Həm nifrəti.
Səhvlərim - Dost danlağı,Yad töhməti.Səhvlərim! Siz mənsiniz,Mən də sizəm!Mən səhvimdə səhvsizəm!
Noyabr, 1971
Kitabxana.az · https://kitabxana.az/en/works/bextiyar-vahabzade-sehvlerim-sehvlerim
Use ← → keys to move, R for a random poem
More by this author
Çənə əl üstündə, əl çomaq üstəQocalar əyləşir tin başlarında.
Təskinlikİlləri dən kimi zaman üyütdü,Ocaq heydən düşüb, köz qaralıbdır.
Tapmaq - itirməkBir eniş varsonunda
Cavabİranda Azərbaycan xalqının milli varlığını danan, xalqımızı farslardan dönmə hesab edən "alimlər" peyda olmuşlar. Bunlardan biri də milliyyətcə azərbaycanlı olan Yəhya Zəkadır.*Özgə qapısına daş atan – azğın,
Poems by other poets
Məndən yüz döndərən zalım bivəfa,Səni görüm bir azara gələsən,
NeyləyimKeçdi bahar, bitdi güz, o dağları qış aldı,Dost elindən bir xəbər almadım, neyləyim?
Di gəlsinSənə qurban olum, səadətli xoca,Qərib xan dadaşıma di gəlsin,
Çığalı müxəmməsDilbər, sənin ol gülşən-ü gülzarına qurban,On dörd gecəlik ay təki ruxsarına qurban,