Heyrət!
"Heyrət, eybüt!"dedi dünyaya qələmAləmi bir seyrim yüz heyrətimdir.Mən heyran olmasam yaza bilmərəmMənim nəğmələrim - öz heyrətimdir.
Bəzən deyirlər ki, dəyişib zamanHər şey adiləşib...Nə sevinc, nə qəm!Elə bir möcüzə tapılmaz,insan,Ona heyrətlənə...Heyrətlənmirəm!Əgər belədirsə, küsmə zamandan.Qəlbinə yaxşı bax!Qəlbin çox soyuq!Heyrət qurtarıbsa, demək, cahandanGözəllik köçübdür, xəbərimiz yox!..
Görə bilmirsənsə gözəllikləri,Bu aləm səninçün günahkar olur?Gözü buz bağlayan bulaqlar kimi,Soyuq adamın da qəlbi kor olur.
Göylər damar-damar,Yer lağım-lağım...Bu heyrət, bu sual dindirib məni.Hələ körpəlikdən bu heyranlığım,Sual köhləninə mindirib məni.
Mən öz heyrətimin çəmənliyindən,Cavablar axtardım, suallar dərdim.Heyran qalmasaydım bu dünyaya mən,Heyrətsiz halıma heyrətlənərdim.
Heyranam açılıb hey varaq-varaqSaçılan ləçəyin min-min rənginə.Siz deyin, mümkünmü heyran qalmamaq,Ahəngsiz dünyanın öz ahənginə?..
Hansını söyləyim?Hansını sayım?Dünya başdan-başa min sirr, möcüzə.Siz deyin, mən necə heyran qalmayım,Yerində deyilən gözəl bir sözə?..
Heyranam həmişə yanan könlümə,Alovu şeirimdir, külü görünmür.Heyranam toxuma, heyranam tuma,İçini görürəm, çölü görünmür.Otun pıçıltısı, küləyin ətri,Torpağım nəfəsi - heyrət nidası!Bülbülün cəh-cəhi, çiçəyin ətri,Suyun zümzüməsi - heyrət nidası.Heyrandır!Budaqlar yarpağa heyran,Torpaq daşa heyran,Daş dağa heyran.Sel dənizə heyran,Su gölə heyran,Çöl çəmənə heyran,Gül gülə heyran!Özünə heyrankən bu cansız aləm,Ey insan!Demə ki, heyrətlənmirəm!
Həmişə qorxmuşam biganəlikdən,Yaşa heyran-heyran, öl heyran-heyran!Məni soyuq-soyuq dindirincə sən,"Can" deyib canımı al, heyran-heyran!
Sən odu, atəşi özgədən umma!Aləm tutmayıbsa, köz ürəyində.Bəsirət gözünü aç bu dünyaya,Axtar heyrəti də öz ürəyində.
Heyrətim yaşayır dərdi-sərimdə.Ölsəm...gözlərimi qapamayın tez.Baxın gözlərimə!BəbəklərimdəBir heyrət işığı görəcəksiniz.
Noyabr, 1971
Kitabxana.az · https://kitabxana.az/en/works/bextiyar-vahabzade-heyret
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Nazirə söylədim: mənə şam gətir,Dedi: vallah dolanmıram əlinki
Qara qorxuEy Ağa İbrahim, aya dərdmənd,Yüz fitnə bilən, yüz əlli min fənd
Qəzəl: Qəza surətgərin gəl gör nə xoş çəkmiş bu tuğranıQəza surətgərin gəl gör nə xoş çəkmiş bu tuğranı,Yazub dibaceyi-hüsnündə: haza Yusifi-sani
AxtıAxtının bax necə gör yaxşı gözəl halları var,Danışan şirin-şirin farsi-ərəb dilləri var,