Piyada - sərnişin (iki yolçu)
Baxdıq biz həmişə qabağa, önə.Boylandı sabaha bu gündən illər.Bir nəfər varmı ki, söyləsin mənə,Necə gəlib keçdi ömründən illər?
Yayın bürküsündə, qışın qarındaHamının qisməti bir olmur yəqin.Ömrün əyri-üyrü dolaylarındaKimi piyadadır, kimi sərnişin.
Piyada keçmişəm mən bu yolları,Köməyi ummuşam ayaqlarımdan.Qəlbimin oduyla şaxtanı, qarıƏritdim, ömrümün ilk çağlarından.
Yanımdan maşınlar, qatarlar ötüb,Mənə əl ediblər pəncərələrdən.Onların başından yağış, qar ötübGöylərin altında islanmışam mən.
Sərnişin yol getdi, yoldan xəbərsiz,Bilmədi bu yolda kələ-kötür var.Ancaq piyadanın, xəbər - ətərsizAlnında iz açdı getdiyi yollar.
Yol özü apardı sərnişinləri,Yolda nə iz qaldı, nə də toz oldu.Ancaq piyadalar gördü dünyanı,Sərnişin dünyadan xəbərsiz oldu.
Sürəti nə qədər yeyin olsa da,Sərnişin mənzilə dolama çatdı.Dağların başından aşdı piyadaYolu kəsə getdi, yolu qısaltdı.Yolu özü açan zirvədən keçər,Yolu yolla gedən dağdan gen keçər.
Qovuşur ay aya, dolur il iləMətləbi eynidir bu yarışın da.Qəribə dünyadır,sərnişin iləPiyada görüşür mənzil başında.
Ömür yollarında "rahat" gedənlər –Zirvələr başına ucala bilməz.Təkərlər üstündə diyirlənənərÇatdığı mənzildə bənd ala bilməz.
Biri təkər üstə gətirildisə,Birini gətirən ayaqlar oldu.Biri bu mənzildə kirədar isə,Biri bu mənzildə sahibkar oldu.
Avqust, 1972
Kitabxana.az · https://kitabxana.az/en/works/bextiyar-vahabzade-piyada-sernisin-iki-yolcu
Use ← → keys to move, R for a random poem
More by this author
Yenə bağlar o bağlardır, fəqət bağda gülüm yoxdur,Gülüm yoxdur, bu dünyada ayım yoxdur, ilim yoxdur.
Bu qədər saldı məni həsrət, amandan-amanaBu qədər saldı məni həsrət, amandan-amanaKönlüm axırda mənim düşdü gümandan-gümana.
Ağlar ürəyim, səs gələr, ah-azar görünməzAğlar ürəyim, səs gələr, ah-azar görünməz.Gözdən yaş axar, qaynağı zinhar, görünməz.
Daş ürəklərdə yanıb daşları sındırdı muğamDaş ürəklərdə yanıb daşları sındırdı muğam.Haqqa düşmən olanı haqqa tapındırdı muğam.
Poems by other poets
Əzəldən bağçasız bir bahar idim,Dünyaya sığmayan intizar idim,
Qəzəl: Ey dost, mən buyurduğuna qoymuşam boyunEy dost, mən buyurduğuna qoymuşam boyunGər istərsən bu köynəyi məndən buyur soyun
Dedim mərqum edəm ol yarə kağızDedim mərqum edəm ol yarə kağız,Mənə bəlkə qıla bir carə kağız.
GözlərinƏqlimi başımdan etdi təğyirDilbər, sənin bu məstanə gözlərin