ای دریغا کان همه شایسته یاران رفته اندوان ستوده دوستان و دوستداران رفته اند

Ah, əfsus, o ləyaqətli cavanlar getdilər,O səmimi dostlar, o dostluq qananlar getdilər.

گرچه غم بد پیش ازین با غمگساران سهل بوداین زمان غم شد فزون کان غمگساران رفته اند

Qəm də vardı, qəmduyanla çəkməyi asan idi,İndisə qəmlər çoxaldı, qəmduyanlar getdilər.

هست دوری کز ظریفان هیچ کس نامد پدیدوین عجب تر کز میانه صد هزاران رفته اند

Bir zərif insan haçandandır, cahana gəlməmiş,Bu əcəbdir, minlər ilə incə canlar getdilər.

باده خوردن لذتی با خود ندارد بعد ازینکان حریفان ظریف باده خواران رفته اند

Məncə, bundan sonra yoxdur ləzzəti mey içməyin,Əldə sağər, mey içib xoşdavrananlar getdilər.

عشق بازی راحتی هم باز ندهد زان قبلکان نکورویان و آن زیبا نگاران رفته اند

Eşqbazlıq da itirmiş ləzzətini, doğrusu,Gülyanaqlı, hüsnü dilbər, can alanlar getdilər.

اندرین ده سال در عالم ز دور نه فلکبس که هم شهزادگان هم شهریاران رفته اند

Son on ildə tərsinə dövr eylədi doqquz fələk,Çox cavan şahzadələr, mərd hökmranlar getdilər.

از که جویم راحتی چون ملک عالم غم گرفت؟وز که خواهم باوری اکنون که یاراران رفته اند؟

Harda şadlıq axtarım ki, qəm tutubdur aləmi?Kimdən imdad istəyim ki, əl tutanlar getdilər?

زان عزیزانی که ما را دل بدیشان بود خوشنام ماندست زان سبب کان نامداران رفته اند

O əzizlər ki, könül onlarla daim şad idi, –Qaldı bir xoş xatirə, dərdə yananlar getdilər.

عهد صحبت را نماند حق گزاری در جهانکز جهان آن همدمان وان حق گزاران رفته اند

Halbilənlik qalmamış dünyada dostluq naminə,Bircə-bircə dostluğa sadiq qalanlar getdilər.

تیر باران حوادث می کند گردون مگر؟کان کسان از نکبت آن تیرباران رفته اند

Ox atır yoxsa o yaylarda bizə zalım fələk,Oxlara tuş gəldimi, o qəhrəmanlar getdilər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love