“1905-ci ildə” tamaşası haqqında
“1905-ci ildə” əsərini yazarkən mən öz qarşımda 1905-ci ildə Bakıda olan bütün inqilabi hadisələri əhatə etmək vəzifəsini qoymamışam.
Bu tema öz bədii həllini gözləməkdədir. Bu məsələ ətrafında hələ tam bir əsər yazılmamışdır. 1930-cu ildə Zaqafqaziyanı gəzərkən aldığım təəssürat məni bu pyesi yazmağa sövq etmişdir. Mən Gürcüstanda, Ermənistanda və Dağlıq Qarabağda olduğum zaman bütün millətlərə mənsub olan adamlara rast gəldim.
Mən köçərilərə təsadüf etdim. Sürünün yanında bir türk qadını yürüməkdə idi. O, çadrasız idi.
Bir dəfə də başqa bir qadına rast gəldim. Bu, erməni qadını idi. Bu da tamamilə birinci qadın geyindiyi kimi geyinmişdi.
İlk nəzərdə bunları bir-birindən ayırmaq çətin idi. Bütün bu xalqların ev əşyaları, kənd təsərrüfatı alətləri, adətləri, nəğmələri və rəqsləri bir-birinin idi. Əslində bu iki xalq vahid bir xalq təşkil edir.
Öylə isə bəs bu xalqları uzun müddət qanlı vuruşmalara nə məcbur etmişdir?
Bu məsələni dərindən öyrənməyə başladım. Beləliklə, kütlənin nəzərini inqilabdan uzaqlaşdırmaq məqsədilə bu iki qardaş xalqı birbiri üzərinə salışdıran rus çarizminin kolonizasiya siyasətini göstərən bir pyes üzərində işləmiş oldum və 1905-ci ili bu milli vuruşma üçün bir fon seçərək “1905-ci ildə” əsərini yazdım.
Pyes üç ildən bəri türk səhnəsində oynanılmaqdadır. Bu il də mədəni səhnələrdən biri hesab etdiyim Bakı Qızıl Bayraqlı İşçi Teatrosunda göstərilməyə başlamışdır.
Teatro kollektivinin əsərə ciddi yanaşması məni sevindirir, mən “Sevil” tamaşaya qoyularkən böylə ciddi bir əlaqəni görməmişdim.
Pyesin ruscaya tərcüməsi və Bakı İşçi Teatrosunda pyesin nə cür anlaşılması haqqında bir neçə kəlmə söyləməliyəm.
Baxşı obrazını mən seminarist, ziyalı şəklində vermişəm. İnqilabi hadisələr onu dəyişdirir, onu gah bu və gah digər inqilabi lagerə sövq edir. Axırda isə o terrorluq yoluna düşərək qubernatoru öldürür.
Mən onu bir ortodoks bolşevik kimi verməmişəm. Bu terrorluq aktı hər hansı şəkildə verilmiş olsa da, tamaşaçıların hüsn-rəğbətini qazanacaqdır. Bakı Işçi Teatrosunun etdiyi kimi, bu terrorluq aktını daşnaklara tapşırmaq tarixi cəhətcə doğru olsa da, bədii cəhətcə doğru deyil və mürtəce əks-inqilabçı daşnak firqəsinə qarşı lazım olmayan təsir verəcəkdir.
Generalı gürcü etmək tarixçə doğru olsa da, bədii cəhətcə bir o qədər münasib deyildir. Çünki bədii əsər tarixi faktların adi fotoqrafı deyil və olmamalıdır. “1905- ci ildə” general rus çarizminin kolonizatorluğunu təmsil edən tipik bir simadır. O, Bakıda gürcü, Tiflisdə rus, Xarkovda daha başqa bir millətdən olmuşdur. İndiki halda gərək Hindistanda, gərək Avstraliyada, Misirdə və başqa koloniyalarda imperializmin başlıca siyasəti “vuruşdur və ağalıq apar” şüarı altında yürüdülür.
Ona görə də tarixçə gürcüdür – deyə mütləq generalı gürcü etmək hər halda məcburi deyil və lüzumsuzdur.
Nəhayət, tamaşanın bitirilməsi də mənim fikrimcə əvvəlkindən daha bədbinləşdirilmişdir. Bolşevik təşkilatının dağıdılması ilə mübarizənin bitmədiyini, inqilabın qüvvəsinin sona qədər əzilmədiyini göstərmək çətindir və bu pyesin ümumi kompozisiyası ilə də uyğun gəlməyir.
Mən heç vəchlə pyesdə olan səhvlərimin üstünü basdırmaq istəməyirəm. Hər bir canlı işdə olduğu kimi, burada da səhvlər vardır. Mən pyesin üzərində cərrahlıq əməliyyatı yapılmasına da zidd deyiləm. Lakin bu əməliyyatın pyesin əsas süjetini pozmamasına artıq diqqət etmək lazımdır.
Bakı Qızıl Bayraqlı İşçi Teatrosunun böyük teatro studiyasına etimad bəsləyərək, teatronun tamaşanı öz səhnəsi yüksəkliyinə qaldıracağına heç şübhə etməyirəm.
Kitabxana.az · https://kitabxana.az/en/works/cabbarli-1905-ci-ilde-tamasasi-haqqinda
Use ← → keys to move, R for a random poem
More by this author
(Olacaq-olmayacağa cavab)Uyaraq molla, seyid məkrinə, sapsam yoldan,
Olsun qoyHəyata gəldiyim gündən bəlayə çarpıldım,Alışdı qəmlərə könlüm, o, yarım olsun qoy!
Oqtay Eloğlu6 pərdəli faciə**İştirak edənlər
Birinci pərdəSəhnənin arxası. Solda Oqtayın bəzənəcəyi. Bir tərəfdə bəzəntilər və başqa səhnə şeyləri. Aktyorlar "Gavə" qiyafələrində oraya buraya gedirlər.N a d y a. Firəngiz, qoy pərdə qalxsın. Aslan bəy lojada otursun. Sonra gələrik, yoxsa bizi burada görərlər. Hələlik Oqtay da məşğul olar.
Poems by other poets
Aşiqlik peşəsin qıldım,Namusdan, ardan ayrıldım,
Sirri-eşqi demək olseydi, nihan etməz idimSirri-eşqi demək olseydi, nihan etməz idim,Dəxi gizlin bu qədər ahu fəğan etməz idim.
Bala deyə mənSənə qurban olum, sodagər başı,Əcəb qaldım bir cüt bala deyə mən,
Yar məniBir söz ilə mən duzağa tutuldum,Bu qərib ellərdə yaxdı yar məni,