Əl götür
Ay Baba, salma qalmağal, cövrü cəfadan əl götür!Dəng eləmə cəmaəti, cəbrü əzadan əl götür!
Sən kimi çoxları gəlib, bənd eləyib cəmaəti,Hamısının çərən-pərən, boş danışıqdır adəti.Xalqa ziyan verib hamı, zaid edib şəqavəti;Boş yerə yorma ağzını, dadü nəvadan əl götür,Ay Baba, salma qalmağal, cövrü cəfadan əl götür!
Bir kərə qan bu mətləbi xalqa ziyan verirsiniz,Molla gedir yemək üçün, siz ona yan verirsiniz.Biri bir iş görən kimi siz tez azan verirsiniz;Bu gözəl iş deyil, balam, molla, yavadan əl götür,Ay Baba, salma qalmağal, cövrü cəfadan əl götür!
Iş o deyil bacarmayır Fatma ev içrə xidməti,Ondadır iş ki, Maryanın var bacısı, məlahəti,Heç kəs anlamır işin var belə gizli hikməti;Barı sən anla, ay Baba, bu ürəfadan əl götür,Anladın indi mətləbi, cövrü cəfadan əl götür!
Intelligentlər hamısı qılmayır öz namazını,Bilməyir öz şəriətin, tanımayır da qazınıXalqa nə var ki, ay Baba, yırtır o öz boğazını;Bunlara bir nəsihət et, dadü nəvadan əl götür,Canına yazığın gəlib cövrü cəfadan əl götür!
Kitabxana.az · https://kitabxana.az/en/works/cabbarli-el-gotur
Use ← → keys to move, R for a random poem
More by this author
Türk Bədaye Teatrı, öz mövsümünü oktyabrın 16-da “Bomba” pyesi ilə açır. Teatrın bu mövsümü, işdə kafi bir dəyişiklik yaradılması şüarı altında başlayır.Yayda teatr Şuralar İttifaqında qastrollar vermiş və 1-ci olimpiadada iştirak etmişdir. Odur ki, teatrın yeni mövsümə hazırlaşması üçün vaxt az olmuşdur. Olimpiadanın nəticəsində teatr yeni qüvvə almış və göstərilən nöqsanları aradan qaldırmağa başlamaq istəyir. Bu arzu teatra qısa bir zamanda böyük işlər görməyə imkan vermişdir.
Q.Edelmanın konsertləri haqqındaDemək olar ki, incəsənətin elə bir sahəsi yoxdur ki, estrada pianoçuluğu kimi özünəməxsus xüsusiyyətlərə malik olsun.Saçları hədsiz uzun olan ifaçı ehtiraslarının ilhamı altında saçlarını əsdirərək atletikcəsinə (üslünlüklə) çalmaq qabiliyyəti, ifa etdiyinin mahiyyətini üzə çıxarmaq əvəzinə sonsuz canfəşanlıqla “parıltı” dalınca qaçır, repertuarının 90 faizi akrobatik xarakterli musiqi “şaxşax”ından ibarət olması, bunların arxasınca əsl musiqi məzmununun bütöv yoxsulluğu və bunun nəticəsində virtuozçuluğun müəyyən bir qəlib kimi məqsədə çevrilməsi – budur indiyədək tanıdığımız “ideal” estrada pianoçusu.
“Gülən adam”ın əhəmiyyətiTürk Bədaye teatrosu qarşısında duran mühüm məsələlərdən biri də türk tamaşaçılarını klassik ədəbiyyat nümayəndələri ilə tanış etməkdir. AHİŞ mədənimaarif bölməsi yanında çağırılmış teatro müşavirəsi də Türk Bədaye teatrosuna bu tanışlığı vermişdir.İngiltərə, Almaniya, Rusiya və sairə klassiklərinin, demək olar ki, bütün görüklü nümayəndələri teatronun səhnəsindən keçmişlərdir. Molyerin əsərləri ilə Fransa komediyası göstərilmişdir. “Gülən adam” pyesinin Türk Bədaye teatrosunun səhnəsində qoyulması, teatronun bu yolda apardığı işlərin gedişi və teatronun ümumi inkişaf zəncirinin bir halqasıdır.
Türk Bədaye Teatrosunda “Hacı Qara”Öz 50 illiyini keçirmiş Azərbaycan türk teatrosu yaşayışının ilk günlərindən başlayaraq 1873-cü ilin türk dramaturqu Mirzə Fətəli Axundzadənin “Hacı Qara” pyesini öz səhnəsində görməyə alışmışdır. Günün orijinal türk pyeslərinin babası olan bu pyes başlıca olaraq 19-cu əsrin yarılarında pozulmaqda, ölməkdə olan feodalizmin boş və məqsədsiz həyatını, o biri tərəfdən də güclənməkdə olan ticarət burjuaziyasının nə qədər canlı və çevik olduğunu təbii və tünd boyalarla təsvir edir.Öz pul sandıqlarına öz allahlarından daha möhkəm səcdə edən və bir qəpik qazanc üçün hər bir alçaqlığa və hətta oğurluğa belə razı olan bütün bu xəsis tacirlər, əməyi ayıb bilən, hər bir oğurluğu, soyğunçuluğu və hər cür alçaqlığı əməkçilikdən yaxşı sanan quru bəylər, öz Quranını bir baqqalın kartof kisəsi kibi alverə qoyan mollalar və nəhayət, çar Rusiyasının bütün o uryadnik, kəndxuda və bu kibi müftəxor parazitləri, o dövrün həqiqi həyatından o qədər doğru və düzgün alınıb təsvir edilmişdir ki, tamaşaçılar vaxtilə dramaturqun iti qələmi və acı gülüşü altına salınıb rüsvay edilən və imdi keçmişin malı olub aradan qalxan bu gün bu oğrular cəmiyyətini çox aydın təsəvvür edə biliyor.
Poems by other poets · Satire
Qorxuram bayramımız qarə gələ,Məmdeli, Pinti Həmid birdən ölə.
Yenə təsir eləmir...Sirkdə çox tərbiyəni verir bil insan ayıya,Yenə təsir eləmir molla Məhərrəm dayıya!
ŞiələrYetişib mahi-əzası şiənin,Təzələndi yenə yası şiənin.
AğarıbdırDivanə könül, daxı usan, yal ağarıbdır,Bir güzgüyə bax gör ki, pərü bal ağarıbdır,