Türk Bədaye teatrosu qarşısında duran mühüm məsələlərdən biri də türk tamaşaçılarını klassik ədəbiyyat nümayəndələri ilə tanış etməkdir. AHİŞ mədənimaarif bölməsi yanında çağırılmış teatro müşavirəsi də Türk Bədaye teatrosuna bu tanışlığı vermişdir.

İngiltərə, Almaniya, Rusiya və sairə klassiklərinin, demək olar ki, bütün görüklü nümayəndələri teatronun səhnəsindən keçmişlərdir. Molyerin əsərləri ilə Fransa komediyası göstərilmişdir. “Gülən adam” pyesinin Türk Bədaye teatrosunun səhnəsində qoyulması, teatronun bu yolda apardığı işlərin gedişi və teatronun ümumi inkişaf zəncirinin bir halqasıdır.

Türk aktyorunun səhnə və bədaye mədəniyyətini yüksəltmək üçün teatr tərəfindən aparılan işlər sistemində də bu quruluşun böyük əhəmiyyəti vardır. Bundan başqa mövzunun vaxtımızın istəklərinə yaxın və uyğun olması üçün tamaşaçılarda müəyyən maraq oyatmalı idi. Pyesin müvəffəqiyyətlə keçməsi bədaye şuranın fikrini doğruldub pyesi teatronun repertuarında möhkəmlətmiş oldu.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets