Bu sevgini öz əlində bəslədin,Anası da, balası da sən oldun.Özün məni harayladın, səslədin,Dərdlərimin çarəsi də sən oldun...

Sakit-sakit şer, nəğmə ötürdüm,Tənha, yalqız bu dünyadan gedirdim,Birdən-birə öz səmtimi itirdim,Həyatım da, xilasım da sən oldun...

Nə çox idi seviləsi qız, qadın,Hər yetənə baxıb məftun olmadım.Tale özü səni mənə yolladı,Qış ömrümün son yazı da oldun...

Sən köklədin kökdən düşmüş könlümü,Həsrətlərdə yanıb, bişən könlümü,Bu yanıqlı, bu pərişan könlümün,Sevinci də, naləsi də sən oldun...

Xəyal kimi hər gün girdin yuxuma,Nəfəs kimi axdın, doldun ruhuma,Əvvəl-əvvəl dərman oldun ruhuma,Axır dərdi-bəlası da sən oldun...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets