Küsəyənlərə
Qoy nə deyir desin hər yetən çaqqal,Bir yerdə yaşadıq, ağardı saqqal.Bal-mal istəmərəm, deyiləm baqqal,Şəkərim də sənsən, balım da sənsən!
Başdan zor görürəm, bezdim ayaqdan,Bezikmişəm vallah, könül almaqdan.Görünür bizimki əyilmiş haqdan,Anamız küsəyən, arvad küsəyən.Əqrəba küsəyən, övlad küsəyən.
“Can” dedim, ömrümdə eşitmədim “can”,Biçarə qəlbimi üzdü həyəcan.Müxtəsər, könlümə neştərlər sancanHər qohum küsəyən, hər yad küsəyən!Əqrəba küsəyən, övlad küsəyən!
Fələk polad kimi qəlbi yenərmiş,İnsanın iqbalı yaman dönərmiş.İndi anladım ki, ocaq sönərmiş,Ev əhli küsəyən, övlad küsəyən!
Kitabxana.az · https://kitabxana.az/en/works/cavad-kuseyenlere
Use ← → keys to move, R for a random poem
More by this author
Yavaş uçun, nazlı quşlar, sizə mənim bir sözüm var,Doydunuzsa bu yerlərdən, kimə qaldı bu yuvalar?
M.ŞSən kimsən, ey qatil, hansı millətsən?Vicdan pəncəsilə canın didilsin.
MadonnayaMən doğrusu, bu boşluqda dolaşanMəfkurəsiz, sərsərinin biriyəm.
Maxmurova üçünMəxməri ormanlarda çiçək dərdiyin yerdə,Baxarsan çiçəklər var açar kölgəliklərdə.
Poems by other poets
Yenə bır mahlıqa şolə salıb bag içrə,Sanki tavusi-çəmən çətr vurub zağ içrə.
Naz et, dedim gözələ, işvələr azdırNaz et, dedim gözələ, işvələr azdır,Baş açmadım oynundan onun, bu nə nazdır?
De gəlsinHicran sənətkarı, qəm xiridarı,Qəddar olan, biilqara de gəlsin.
یا به نزد خویشتن راهم بدهیا مجال ناله و آهم بده