Madonnaya
Mən doğrusu, bu boşluqda dolaşanMəfkurəsiz, sərsərinin biriyəm.Sən deyirsən - masallarda duyduğun,Eşitdiyin əfsanəvi pəriyəm.
Nə lüzum var dəlil, sübut bulmaya?Mən hazıram sənin qulun olmaya.
Heç deyildir gözlərin də bəşəri;İnandım ki, sən pərisən, sən pəri!Tök alnına o avara telləri,Qoy olayım, bundan betər sərsəri!
Ağlataraq əski, qırıq sazımı,Canlatayım bir az, sönük yazımı!
Bu doğrudur, sevda olur əzəli;Mən şairəm, həyatımdan bezəli.Ancaq mən bu fırtmada üzəli,Görməmişəm sənin kimi gözəli!
Qoy başına gözəlliyin tacını!Könlümdən al qulluğunun bacını!-1922, 17 kanun sani*
Kitabxana.az · https://kitabxana.az/en/works/cavad-madonnaya
Use ← → keys to move, R for a random poem