Ey bənliyimdə hakim olan ruhi-pürsükun!Ey ruhi-münfəil! Səni gördükcə həp zəbun;Gördükcə daima səni sərgəşteyi-zünun,Həp varlığım haman oluyor sanki tarümar.

Sən bəxtiyar idin o zamanlar ki, büsbütünBir şerü zevq içində yaşardın... Fəqət bu gün,Baq, ziştbin olub da nə buldun? Bir az düşün!Həp kainata qarşı nədir bunca iğbirar?

Hər şey sənin gözündə bir əfsanə, bir yalan...Bir aldanış demək bütün alayişi-cihan.Sevmək, sevilmək, eşq, vəfa, xəndə ya fəğan -Bunlar da göstərişmidir, ey ruhi-sərədar!?

Aldanmamaq; bu, səncə bu gün iştə son məraq...Guya sərabi-müğfil imiş həp yaqın, uzaq;Lakin yetər, şu halı bıraq, istəməm, bıraq!Əsla təhəmmül etməyə yoq bəndə iqtidar.

Aldan bir az, yazıq sana!.. Qəhr olduğun yetər,Baq, aldanıb da çırpınaraq zümreyi-bəşərDaim qoşar ümidi-səadətlə bixəbər,Daim xəyal içində yaşar, həm də bəxtiyar...

Çıq şübhədən, sükunu bıraq, aç da balü pər,Çırpın fəzayi-zevqi-şətarətdə pürzəfər,Qoş daima məhəbbətə, nifrətdən et həzər!Bədbin olub da kəndinə dünyayı qılma tar!

Çırpın kədərlərinlə, sürurunla daima;Bəzən kədər, düşüncə, qırıqlıq da bir səfa...Sev, ağla, inlə! Bəlkə bulursun bir az şəfa,Çırpın xəyalü hiss ilə həp məstü biqərar.

Bir nazlı çöhrə, ya düşünür bir həzin nigah,Bir giryə, bir təbəssümi-nazik, dərin bir ah,Bir şairanə mənzərə, bir qanlı hərbgah,Xoş bir şükufəzar və ya tazə bir məzar.

Hər levhə bir həqiqəti söylər təranədir,Hər kölgə hissi oqşayacaq bir bəhanədir.Dünya nədir? O, iştə fərəhnakü münkəsirBir aşiyani-zevqü səfa, bir xərabəzar...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Üçüncü pərdə

Bursada Yıldırım Bayazid sarayında süslü bir salon. Gecə... hər tərəf mumlarla donatılmış... Bir guşədə çini saqsıda... hənuz açmamış hərdəmbahar gülü gözə çarpar. Yeni doğmuş ayla yıldızlar da uzaqdan görünərək şairanə bir mənzərə ərz edər. Yucaboylu hərəm ağası qara ərəb N a z i m əllərini köksündə çapraz edərək düşünüb durur... Sultanın nədimlərindən qısaboylu, ufaq cüssəli bir masqara Cücə Əmir Teymur qiyafətində daxil olur. Səssiz adımlarla arqa tərəfdən hərəm ağasına yaqlaşır. Ayaqlarınıyerə vuraraq hoplar, ta ənsəsinə (peysərinə) tatlı bir sillə eşq edər.N a z i m (diksinir, qızar, Cücəyi yaqalamaq istər). Ah, azğın Cücə! Sapqın Cücə!

192522 min
Dördüncü pərdə

Eyni səhnə... Gündüz... Qarşıki böyük pəncərədən saray bağçasını süsləyən yeşil ağaclar, rəngarəng çiçəklər nəzərləri oqşar. Salona qonmuş saqsıdakı fidanın dal budaqları əvvəlkinə görə daha böyümüş və tam mə’nasilə açılmış gülləri aradan bir xeyli zaman keçdiyini xatırlatır. Orxan bir tərəfdə əski osmanlı yavərləri qıyafətində olaraq əli alnında düşünür.O l q a. (saray xanımlarına məxsus bir qiyafədə gəlir. Orxanı bir qədər süzərək). Orxan!

192513 min
Beşinci pərdə

Anqara ovası, Teymur çadırı... Gündüz. Çadırın önündə qalın gevdəli, gürbüz, yaylıoqluiki nəfər növbət bəkliyərək qonuşurlar.B i r i n c i n ö v b ə t ç i . Yahu bütün dünya çarpışıb vuruşmaqdan yoruldu da, şu Topal bir dürlü yorulmaq bilmiyor.

192519 min
İblisin intiqamı

Dram – 5 pərdəƏşxas

1 min

Poems by other poets