“Sarayi-Fatma” adlı ümumxananın salonu. Gözəl yumşaq meblelər qoyulmuş, xalılar döşənmiş: pəncərələrdə qiymətli vazlar görünur. Divarlar güzgülərlə bəzənmiş. Hər yerdə qırmızı ay-yıldız nəsb olunmuş, ön divarda ərəb hərflərilə “Sarayi-Fatma” yazılmışdır.

Sağ tərəfdə piano qoyulmuşdur. 3-5 əlvan paltarda qadın ağparikli tarixi libaslarla bərabər, müasir modalar da gözə çarpır. Qadınların hərəsi bir pozadadır: kimi kanapelərdə uzanmış, kimi qoltuğa (kreslo) yerləşmiş, kimi də güzgülərin önündə tualetlərini düzəldirlər. Qonaqlar smoqinqdədirlər. Səhnənin ön tərəfində Bağır, İbadulla və Xəndan əfəndi durmuşlar. Xəndan əfəndi salonun zinətinə və qadınların gözəlliyinə heyran qalaraq danışır, danışdıqca da ətrafı yabançıcasına süzür.

Bağır. Bizə deyirlər niyə məktəbi qurtarıb, Azərbaycana dönməyirsiniz. Məqsəd yaşamaq deyilmi – mən onsuz da yaşayıram. Bu gün bir kürd xanı meydana çıxıb, o biri gün Azərbaycan heyəti neft yeri satır, bir də görürsən bir arnaüt rəcalı gəldi... Biz də bunların sayəsində yaşarıq... Allah yetirir..

İbadulla. Bəzən də allahın yadından çıxırıq – otelçi bizi otelə buraxmayır, qəhvəçi qəhvə verməyir... it kökündə kəlləpəz.

Bağır. Elə o da bir keyfdir. Mən ayda bir gecə (salonu göstərir) belə yerdə keçirdikdən sonra on gün aç qalmağa razıyam. Dünya beş gündür, onu xoş keçir, sonra çəpər altında gəbər... (Xəndan əfəndini qucaqlayır). Sən nasıl düşunürsən,

Xəndan əfəndi?

Xəndanəfəndi. Yahu, heyrət (salonu və qadınları süzür)!
Xərabə Türkiyədə batıb, qalmışız, dünyadan xəbərimiz yoxdur. Böyük məcmuələrdə bir şerimiz nəşr olduqda dünyayı bizim zənn edirik (sükut). Halbuki (salonu və qadınları süzür) aləmlər varmış!..

İbadulla. Xəndan əfəndi, hələ nələr görmüşsən... Bu adi bir ümumxanadır...

Xəndanəfəndi. Bəradər, bu da yetər... Mütəbaqisini (barmağını alnına qoyur) xəyalım tamamlar. Böyük bir faciənamə yazmalı...

Bağır. (darğın). Faciə nədir? Xəndan əfəndi? Görürəm, sən yenə ayılmamışsan. (Ciddi). Əfəndim, dünya bir lotu bazarıdır. Bacaranlar yaşayacaq, bacarmayanlar da sənin kibi başını şeir ilə tovlayacaq, vəssalam. (Çəkilib qadınlara doğru gedir; birini qucaqlayıb yanında oturur).

İbadulla. Gəlmədilər. (Xəndan əfəndiyə). Gəl əylənəlim, əziz dəqiqələri boş keçirməyəlim. (Xəndanın qoluna girib qadınlara doğru aparmaq istəyir,

Xəndan əfəndi getmək istəmir, ürkür, çəkinir, nəhayət, çəkilib ayrı oturur. İbadulla bir dəstə qadının ortasında yerləşir. Bunlardan birisinin qulağına pıçıldayır, qadın gedib Xəndan əfəndinin qucağında oturmaq istəyir. Xəndan əfəndi ürküb çəkinir, gülüşürlər).

İbadulla (Xəndan əfəndiyə). Bəs deyirsən ənfəs, (qadını göstərir) bu da ənfəs: öz ayağilə gəlib, qucağında oturmaq istəyir, buraxmayırsan. Dodaqların var öpməyirsən, qəlbin var sevməyirsən... O şair adı sənə haram olsun. (Qadın israrında davam edir, Xəndan əfəndi buraxmayır. Nəhayət, qadın onun üzündən öpüb qaçır).

Xəndanəfəndi (pərt bir halda). Yahu, nə cəsarət (gülüşürlər).

Bağır. Xəndan əfəndi, bütün dünya gecə-gündüz çalışıb, bir aylığa da olsa, Parisə qaçmaq üçün pul hazırlayır. Xan rəiyyəti, fabricant işçini, hökümdar ölkəni... döyəşləyib bura üçün tədarük görürlər... Sən də yuxulayırsan... (Xəndan əfəndi küsmüş bir halda susub qalır. Süleyman Salehbəy, Naum əfəndi, Qaston de– Mustaz və müdirə gəlirlər).

Müdirə (Naum əfəndiyə). Başqa gələniniz olmayacaq ki?

Nauməfəndi (oynaq bir halda). Xeyr.

Müdirə. Nə əmriniz var?

Nauməfəndi. Bu gecə sabaha qədər buranın (salonu göstərir) və oranın (qadınları göstərir) sahibi mütləq bizik, kimsə buraxılmayacaq.

Müdirə. Təbii, əfəndim.

Nauməfəndi. Sonra... (durub birdən xanımın çənəsini əlləyir, xanım diksinir)... Sonra biz şərqliyik; hamımız yerdə oturacayız.

(Süleyman Salehbəyi göstərir). Həzrəti-Şəhriyar təxtə əyləşəcək. Hərəm qadınları da ətrafını saracaq. Hələlik bu qədər. Əmr ediniz təxt qursunlar.

Müdirə. Çox gözəl!

Nauməfəndi. Bildinizmi?

Müdirə. Təbii, əfəndim, ilk dəfə deyil ki, Əhməd şaha da qurmuşduq, rəhmətlik babası Müzəffər şaha da qurmuşduq.

Nauməfəndi. Tez! (Qadın gedir. Hərə bir qadına yanaşır. Bir dəqiqə sonra müdirə dönür, mavi geyimli işçilər taxt gətirib yuxarı başdan qururlar. Ətrafına yerdən xalı salınır, üzərinə ipək yasdıqlar qoyulub, qadınları cürbəcür pozalarda oturdurlar. İşçilər gedirlər).

Nauməfəndi (Suleyman Salehbəyə təzim edərək). HəzrətiŞəhriyar vəl bərqi – vəl bəhr Bəndəgahi-Humayun cülusinizə müntəzirdir.

Süleyman Salehbəy. Təşəkkür edirəm (təxtdə əyləşir).

Nauməfəndi (Ibadullaya). Xariciyyə naziri həzrətləri, hərəm dairəsinə buyurun.

İbadulla. Mersi! (Keçib yerdə qadınların arasında yerləşir).

Nauməfəndi (Bağıra). Maliyyə naziri həzrətləri buyursun.

Bağır. Mersi! (qadınların arasında oturur).

Nauməfəndi (Xəndan əfəndini arayaraq). Hərbiyyə naziri əfəndimiz (dönüb Xəndanı küskün görür) yahu, bu ki, elani-hərb etmiş (ona yanaşıb qoluna girir). Nə olmuş?.. Bildim... (sükut); şair həssas olur: bu eşqilər (qadınları göstərir) qəlbinizə toxunmuş... Zərər yoxdur.

Şərqdən Parisə ilk dəfə gələndə eylə olur... alışarsınız. (Onu qaldırıb aparır, qadınların arasında yerləşdirmək istəyir, ürküb kənara oturur).

Nauməfəndi (Qaston de-Mustaza). Mətbuat dövləti-müəzzəməsinin səfirikəbiri buyursun.

Qastonde - Mustaz. Mersi! (Yerləşir).

Müdirə. Daha nə əmriniz var?

Nauməfəndi. Şapram şərabı.

Nauməfəndi. Çox gözəl (gedir).

Nauməfəndi (bir kənarda duraraq). Əfəndilər məndən razısınızmı?

Hamı. Razıyıq!

Nauməfəndi. Məqsədimizə çatdıq. Əldə para var, bu gecə doyunca keyf edəriz... Sonra da allah kərimdir (qadınların arasında oturur. Qırmızı paltarlı, işıldar düyməli, qızıl qalpaq çocuqlar təbsidə şərab, qədəhlər və məzə gətirirlər.

Müdirə də arxadan gəlir. Süfrə salınır. Şərablar düzülür, qədəhlər paylanır).

Müdirə. Şimdilik kifayətdirmi?

Nauməfəndi. Hələ ki bəsdir. Lazım olsa deyərəm.

Müdirə. Arabir gələrəm. (çocuqlarla gedir. Bir çocuq taxtın yanında qalır).

İbadulla (qədəhi doldurub qaldırır). Xəndan əfəndi, sənin sağlığına!

Nauməfəndi (Ibadullaya). Zati-dövlətləri, kərəm buyurun. (İbadulla qulaq asır). Əvvəla, qədəhləri doldurun. (Doldururlar. Salehbəyinkini çocuq doldurur). Allahdan sonra bu nemətləri bizə inayət buyuran bir zati-əqdəs var. Içəlim Həzrəti- Şəhriyarın şərəfinə (Salehbəyə).

Padşahım, bin yaşa!

Hamı. Bin yaşa!

Süleyman Salehbəy. Səbr edin! (Hər kəs susur). Həriflər, özünüz qadın içində üzürsünüz, bəs bən burda ölüm?

Hamı. Həzrəti-Şəhriyar haqlıdır.

Nauməfəndi. Əmriniz?

Suleyman Salehbəy (bir qızı göstərir). Bax o boynu incili qız yanıma gəlsin. (Qız qalxıb taxtda Süleyman Salehbəylə yan-yana əyləşir)... Şimdi içəlim.

Hamı. Padşahım, bin yaşa! (içirlər).

Süleyman Salehbəy (yanındakı qıza). Gözəlim, adın nədir?

Qız. Janet.

Süleyman Salehbəy (onu qucur). Janet deyilsən, cansan.

Janet. Əhməd şah buraya tez-tez gələr, o da məni “can” deyə çağırar.

Süleyman Salehbəy. Sizi çoxmu sevər?

Janet. Çox sevər, boynumdakı bu incini də o bağışlamışdır.

Ibadulla (Bağıra). Bağır, necəsən?

Bağır. Dəm alıram.

İbadulla. Qədəhləri doldurun (doldururlar). Əfəndilər, Naum əfəndi ciddən böyük adamdır... Daha doğrusu...

Bağır. Da, “daha doğrusu” yoxdur ki, kişi böyük adamdır.

İbadulla. Bir qipnotizerdir (sükut). Hansı ki, başqaları... heç bir şey bacarmadığı yerdə... daha doğrusu... Mən fikrimi deyə bilməyirəm, xülasə, çox yaxşı və qəribə adamdır... Daha doğrusu...

Bağır. Daha doğrusu yoxdur; onun sağlığına içək.

İbadulla. Səmimiyyətlə içirəm. Naum əfəndi, sağ olun.

Hamı. Naum əfəndi, sağ ol! Sağ olsun Naum əfəndi!

Nauməfəndi. Sağ olunuz.

Qastonde - Mustaz. Bağışlayın, əfəndilər, bir əlavə edəcəyəm... (hamı qulaq asır). Mən Naum əfəndi ilə daha yaxından tanış və səmimi dostam. Naum əfəndi cazibəli bir sehrkar, həyatı və insanları bilən bir iş adamıdır. Biz Naum əfəndi ilə bir neçə əməliyyat yapdıq. Heç ummadığım yerdən müvəffəqiyyət əldə etdim. Siz son əməliyyatın şahidi oldunuz – siyasi bir hadisəni yoğurub, pula çevirdi..

Ağıl irməz bir adamdır. Yaşasın!

Hamı. Yaşasın! Yaşasın! (Qədəhləri bir-birinə vurub içirlər).

Bağır (öz-özünə qədəhi qaldırır). Bağır da yaxşı oğlandır. Atası qumar məclislərinin yaraşığı, özü də beynəlmiləl nəxünəkçi. Xalq qaz vurur, qazan doldurur, Bağıra da qazın bir lələyi qismət olur. Atam yazır ki, məktəbi nə vaxt qurtarırsan? Halbuki, “Sarayi-Fatmanın” kurslarına yavaş-yavaş bələd olmağa başlayıram. (Bərkdən). Əfəndilər, maliyyə naziri Bağırbəyin şərəfinə!

Hamı. Yaşasın!

Xəndanəfəndi. Şair də içir.

Ibadulla. Yaşasın şair! Xəndan əfəndi, deyəsən, dirçəlirsən.

Xəndanəfəndi. Yavaş-yavaş.

Süleyman Salehbəy. Yahu, musiqi, dans.

Hamı. Doğrudur. Padşahım, bin yaşa! (Naum əfəndi işarə edir, bir qadın piano çalır, qızlar rəqsə başlayırlar. Rəqs zamanı Naum əfəndi ilə Qaston de- Mustaz qalxıb Süleyman Salehbəyin yanında ayaq üstə dururlar. Xəndan əfəndi sol tərəfə, Bağır ilə İbadulla sağ tərəfə çəkilirlər. Ümumi rəqs bitdikdən sonra, pərakəndə rəqslər olur).

Süleyman Salehbəy (sözlərin əvvəlini söyləmiş kimi Qaston de- Mustaza). Fikrin nədir?

Qastonde - Mustaz. Zənnimcə, üsyanın yatırılmasını təkzib edən məqalələr və teleqramlar nəşr etməli. Məsələ birdən yatsa, ikinci əməliyyatı yapamayız.

Nauməfəndi. Əfəndim, üsyanın yalnız bir dəfə səsi gəlsin, mabədini Paris mühafillərində faydası olan adamlar özləri düzəldər.
Belə hadisələr bəzi deputatlar, maliyyə və hökumət adamlarına bir bəhanədir.
Təbii, mətbuatdakı gurultunun davamına çalışmalıyız.

İbadulla (Bağıra). Balam, pul alırlar, bəs bizə niyə bir az verməyirlər?

Bağır (İbadullaya). Daha nə verəcəklər, biz ya səhnədəki bir statist-rolumuz nədir ki, muzdu nə ola?

İbadulla. Bu məni açmadı.

Bağır. Bir ay təminsən, sonra da yeni bir macəra.

İbadulla (istehza ilə). Bir illik də paltarımız.

Bağır. Bəs az işdir.

İbadulla. Onda bir az da keyf eləyim, gözümün qurdu ölsün. (Bir qadının belini qucub rəqs edir).

Süleyman Salehbəy (Naum əfəndi və Qaston de-Mustaza). Hər halda şimdi qafalar doludur. Yarın buyurun, ətraflı qonuşalım.

Nauməfəndi (bir qadına yanaşıb rəqs edərək). Hay-hay-hay (zümzümə ilə). “Yarın buyurun qonuşalım, yarın buyurun qonuşalım”. (Süleyman Salehbəy və Qaston de-Mustaz rəqsə girir).

Suleyman Salehbəy. Yahu, Bağırbəy! Xəndan əfəndi! (Bağır rəqsə girişir, Xəndan əfəndi bir az da kənara çəkilib cibindən dəftərini və karandaşını çıxarır və karandaşının ucunu tez-tez ağzında isladıb dəftəri gah divara, gah dizi üstə qoyub şeir yazır).

Xəndanəfəndi (qadınlara baxaraq). Sürünüz dağlara düşsün, seyrigülüstan etsin (sükut). Sürünüz dağlara düşsün, seyri-gülüstan etsin... (Gəzinir, bəzən rəqs edənlərə dolaşır)... Sürünüz dağlara düşsün, seyri-gülüstan etsin

İbadulla (rəqs edərək zümzümə ilə). Xəndanım təndirə düşsün, başdan ayağa bişsin... əti lum-lum şişsin. (Xəndan əfəndi aldırmayaraq dolaşır, sonra bir şey çıxmadığını duyaraq, süfrənin yanında oturub, yenidən içməyə başlayır. Bir az sonra rəqs bitir, hər kəs rəqs etdiyi qadını qucağına alıb süfrəyə qədər götürür.

Süleyman Salehbəy və Janet taxta çıxırlar. Hamı oturur. Müdirə gəlib baxır, gedir. Qarsonlar təkrar şərab gətirirlər).

Nauməfəndi (Xəndan əfəndiyə). Həzrəti-şair, yazdığınızı dinləmək istəriz.

Qadınlar. Rica ediriz.

Xəndanəfəndi. Burada yaza bilməyirəm. Şeir tənhalıq istər.

Süleyman Salehbəy (Xəndan əfəndiyə). Xəndan əfəndi,

bu Janeti mədh et! (Janetə). Janet, bu böyük sima da sənə qurbandır.

Janet. Qurban olunca, bir brilyant hədiyyə gətirsin.

İbadulla (gülərək). Yox, Xəndan əfəndi ona yoxdur.

Janet. O necə hərbiyyə naziridir ki, bir hədiyyə də verə bilməyir.

İbadulla. Onun əsgərləri deyil, misraları müharibə edir. (Gülüşürlər).

Süleyman Salehbəy. Əfəndilər, qədəhləri doldurun (doldururlar). Əfəndilər, bizim əylənməmizin başlıca səbəbi müsyö Qaston de-Mustazdır. Müsyö Qaston qayət nəzakətli, incə, eyni zamanda da mətbuat aləmində çox nüfuzlu bir adamdır. Müsyö Qaston Şərqi çox sevər, onun yolunda heç bir şey əsirgəməz. Onun şərəfinə içəlim (içir).

Hamı. Yaşasın! (İçirlər).

İbadulla. Dinə gəlsin! (İçir).

Xəndanəfəndi (qalxıb dizi üstə oturur). “İşgəncə, həp mənəvi işgəncə... Bu büllur qədəhlərdə parlayan nəşə ilahəsi şərab deyil, qan, məsum xalqın qanıdır... Bu şən görünən süslü dilbərlər məzarlardan baş qaldırmış qanlı kəfənli meyitlərdir. Bunlar: “Satqın şeyxlər bizi ingilis kapitalına qurban verdilər” – deyə hıçqırıyorlar... Orda qan tökülüyor, burada o qandan altun sikkələr donuyor... İştə Avropa vədlərinəinanan küçük xalqların müqəddəratı! Atəş, qan, göz yaşları. Burası bir cəhənnəm!.. Getməliyəm! (qalxır, getmək istəyir).

Hamı. Xəndan əfəndi! Xəndan əfəndi!

İbadulla. Tez kefləndi.

Bağır. Kefli də olmasa, bir az gicdir.

Nauməfəndi. Həzrət, kərəm buyur. (Onu tutur. Xəndan əfəndi dartınır).

Xəndanəfəndi. Buraxın, cəhənnəm carçıları!

Pərdə

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Qeyd

Bundan sonrakı hekayələrin çoxu çapa ilk dəfə çıxır. Mövzu yenidir: həyatımızın çürüklüyü. Zənnimcə, ədəbiyyat iki yol tə’qib edəbilər: biri köhnələri yıxmaq və təzə bina üçün zəmin hazırlamaq; – ikincisi: yeniliyi duymaq, qeyd etmək və onun qüvvət və qüdrətini təşviq etmək. «Keçmiş səhifələr» çürükləri yıxmaq və təmizləmək ilə məşğuldur...

1 min
Üç gecə

Mir Qasım papağını qarmağa keçirib başladı:– Qardaş, başıma bu altı ildə çox işlər gəlib. Otur dərdlərimi bir-bir söylüyüm. Səndən bir il sonra mən Moskva darülfünununa girdim (sənin onda Tomskdən xəbərin gəlirdi). İki il evə getmək mümkün olmadı. Yayda qulluq tapıb, Rusiyada qaldım. O biri yay bir qədər pul ilə evə getdim. Əlbəttə mənim gəlməyimə hamı şad oldu. Ələlxüsus anam. Atam kənddə idi. Bir həftədən sonra o da gəldi. Xülasə əvvəlki həftə pis keçmədi. Yeyib, içib, ayaqlarımı uzadıb, bir qədər dincəldim. Bir gün anam dedi: «Bala dost var, düşman var. Atan da qocalıb, əlindən əsası düşən vaxtdır. Mən də bir şey yiyəsi deyiləm. Böyük oğlum sənsən....»

6 min
Bir qəpik

Sərəncam bacı qəpiyi uşağın avıcına basıb, barmaqlarını bərk yumdu:– Bax itirmə – dedi.

3 min
Kənddən şəhərə göndərilən bir kağız

Nuriçeşmə, – əvvələ səlamt üzrə bərqərar və payidar olasınız, və saniyən hər gah bu tərəfin ahvalatını xəbər alasınız, şükür olsun allaha sağ və səlamət varam və bir qəmim yoxdur suvayi sizin ayrılığınızdan qeyri. Xudavəndi aləm bir vəsiləyi-xeyr etsin ki, bir birimizi birdə görək. Və bir də köpəy uşağı, qudurub yolunuzdan çıxmısınız. Sözümə zadıma qulaq asmırsınız. Allah qırmış məni şəhərə gətirməyin, vallah, gəlləm sizi it unu kibi dağıdıb atanıza od vuraram. Sizdən zəhləm elə gedir ki, görmək istəmirəm. Min dəfə yazıram ki, oğul oxuduğun daha bəsdir, gəl yanıma alış-veriş edək, qulaq asmırsan! Elə deyək oxudun oldun pristav-nə çıxdı; qulluqdan bir gün qoğsalar acından öləsisən, ki öləsisən! Oğul gəl sən allaha bax, daşı ətəyindən tök, oxumağı qoy gəl buraya. Axır bilmirsən necə qazançlı sovda eliyirəm; kənddə hər üzünü vurursan. Bu gün bir motal aldım dörd manata; başından satırsan, sonra dönüb yerinə su tökürsən. Bir az satıb yenə su tökürsən. Ondan təzə penirin girvənkəsini alırsan altı qəpiyə, tökürsən motalın içinə, bir iki dəfə and içəndə, görürsən «axtarma» adına satılır. Xülasə, dörd manatlıq motal on beş manat pul çıxarır. Hər şey elə belə: bu gün on dörd qəpiyə şəkər alıb, qaynadırsan, içinə də bir az arı ölüsü, milçək ölüsü salırsan; görürsən girvənkəsi iki abbasıya xalis bal adına satıldı. Hər şey elə belə.Bu gün bilirsən ki tərəkəmə ildə bircə dəfə, bayram axşamı aş yeyir. Ondan yığırsan keçi piyi, mal piyi, nə bilim əlinə gələn şeyi qatıb əridirsən. Yağ rəngi vurub, saraldıb, girvənkəsi on şahıya kərə yağı adına satırsan. Elə hər şey belə. Məsələn, içilmiş çay qurusunu alırsan girvənkəsini iki şahıya, bir az soda vurursan rəngi qaralır, sonra çaya qatıb, Təbriz çayı adına girvənkəsini altı abbasıya gedə götürürlər. Tərtər düyüsünü alırsan yarıda xırda düyü qatırsan, çöllüdür də, nə qanır, görürsən akula düyüsü adına aldı apardı.

2 min

Poems by other poets