Şikəstə qardaş
Qulaq as sözümə Şikəstə qardaş,Arzu etdim, arzum yerin almadı.Namərdin oxundan dəyən yaralar,Nə öldürdü məni, nə sağalmadı.
Qovr edir yaralar incidir məni,Gəzib dolaşmışam neçə ölkəni.Yoxdur bu dərdimin, yoxdur dərməni,Fikirlər sərimdən heç azalmadı.
Mən dərdliyəm yar əlindən, ay Əfqan,Namus, qeyrət, ar əlindən ay Əfqan.Bu zülmkar çar əlindən ay Əfqan,Qırıldı el oba, bir kəs qalmadı!
Kitabxana.az · https://kitabxana.az/en/works/coban-efqan-sikeste-qardas
Use ← → keys to move, R for a random poem
More by this author
Kazım ağa, niyə mat-mat baxırsan,Bizimkidir daha dövran belə bax.
Bu dövranGəlin, dostlar, gəlin şadlıq eyləyək,Bu dövrandı, mən dediyim bu dövran!
Ey fələkAman olsun, aman sənin əlindənEylədin baxtımı qara, ey fələk!
Əfqanın cavabıBizdən salam olsun, o Mirzə canaDastan tək olmağın mənası necə?
Poems by other poets
Vurulur meydanda sinci-dəf,Vurulur meydanda sinci-dəf,
Sipasi-şükrü həmdi-fərdi-yektaSipasi-şükrü həmdi-fərdi-yekta,Xudayi-biməsəl, həyyü təvana,
استاد در این کاسه چو بنمود هنربشکست از او قیمت صد کاسه زر
Həcv: Qayıtdın Kəbədən, Hacı, unutdun din və imanıQayıtdın Kəbədən, Hacı, unutdun din və imanı,Buraxdın şahidi-üqbanı, tutdun xeyri-dünyanı