Gəlib gedib
Ey dil, cahana gör neçə kəslər gəlib gedib,Təqrirlə bəyandan əksər gəlib gedib
Vəz'i-zamanə surəti-dəryayə bənzəyir,Yəni mühitə mövci-sərasər gəlib gedib
Mirati-ruzigar nə surət bəyan edər,Agah olun cahana Sikəndər gəlib gedib
Hər padşah zilli-rikabində fövc fövc,Səhra üzü təmamisi əsgər gəlib gedib
Dəryayi-mərifətdə sədəfdən çıxan kimi,Çəndin həzar aləmi-gövhər gəlib gedib
Hər sinfdən xətireyi-dünyayə dəmbədəm,Guya bəsiti-aləmə sərsər gəlib gedib
Çək rişteyi-xəyalə nəbilər cəvahirin,Gör aləmə nə payə peyğəmbər gəlib gedib
Bax surəti-cahanə səlatin fövcünə,Ta gör nə payə sahibi-əfsər gəlib gedib
Cəmşid ü Keyqubad, Minuçöhr, Ərdəşir,Yüz min bu günə xosrovi-sərvər gəlib gedib
Meydani-ruzigarə Təhəmtən məsabədə,Çəndin şücaü şiri-dilavər gəlib gedib
Şeş cəhəti fikr ilə təsxir eyləyən,Xoştəb' şairani-süxənvər gəlib gedib
Bunca səid mömin məzlum ü əhli-həqq,Bunca şəqi şərir sitəmkər gəlib gedib
Səhranişini-badiyeyi-eşqi-atəşin,Məcnun kimi həzar səməndər gəlib gedib
Gülzari-kainatə qızıl gül buxaqlı,Gülrəng, şux ü şəng gözəllər gəlib gedib
Çox binəva fəqiri-qəmaludə natəvan,Çox namidar şəxsi-təvangər gəlib gedib
Hasil budur, xətireyi-dünyayi-aləmə,Hər sinfdən müdam müqərrər gəlib gedib
Ancaq əməl zəxirəyi-üqba üçün qalır,Bihudədir, sivayi nə zivər gəlib gedib
Sami' gərək bu nəzmünə, ey Didə, qalibən,Çox sən kimi nəsuh süxənvər gəlib gedib
Kitabxana.az · https://kitabxana.az/en/works/dide-gelib-gedib
Use ← → keys to move, R for a random poem
More by this author
Feyzi-əşkin talibi çeşmin bükadan saxlamaz,Lülüi-saf istəyən bəhrin sədəfdən saxlamaz
Pişvaqiədən: Çöhrəi-xurşidi tutmuş ənkdar mə'nəviÇöhrəi-xurşidi tutmuş ənkdar mə'nəvi,Surəti-mehtabı basmış hüzni-tar mə'nəvi
Pişvaqiədən: İşarə xəmmi-mah Kərbəla işarəsidirİşarə xəmmi-mah Kərbəla işarəsidir,Hilali-taza keçən qüssəyə dəlalətdir
Pişvaqiədən: Çərx hirətdədir aya nə təmayüldə imişÇərx hirətdədir aya nə təmayüldə imiş,Meyli-xurşidi-fələk hansı şəmaildə imiş
Poems by other poets
Nə fəğan eylərsən, ey dəli könül,Dünya xublarının yoxdu vəfası.
Ben şuna kulam ki ol bir nâm-ı nâmûs eyleyeBen şuna kulam ki ol bir nâm-ı nâmûs eyleyeBir dem içün dünyâda bin yılı efsûs eyleye
Qaşların kamanilə sən ox vurdun qəlbiməQaşların kamanilə sən ox vurdun qəlbimə,Sinəmdən keçib batdı yaralı qəlbimə.
Nə bilsinBir kimsə ki şəhadəti bilməyə,Qul əuzü rəbbin-nası nə bilsin,