Habilin kamançası
Habil Kaman kamançanı dizinin üstünə alıb çalmağa başlayır və bir azdan gözlərini yumur, çaldığı musiqinin hisslər aləminə gedir, o aləmin rəngləri, həyəcanları, görümləri ilə yaşayır.
Hər dəfə səhnədə, yaxud televiziya ekranında Habilə baxdıqca, onun musiqisinə qulaq asdıqca, elə bil, o dəm onun qapalı gözlərinin qarşısından keçənləri mən də görürəm.
Habilin kamançası səslənir, dünyaya insanlar gəlir, yaşayır, sevir, sevilir, xoşbəxt olur, dərd çəkir və bir gün gəldiyi kimi də, köçüb gedir... Və dünyaya yeni insanlar gəlir...
Habilin kamançası insanın, ömrün müvəqqətiliyindən, insanlığın, yaşayışın isə əbədiliyindən deyir...
Habilin kamanı Azərbaycandan deyir...
Qoca və müdrik Dədə Qorqudu görürəm, cavan, təmiz, çılğın Kərəmi görürəm, gözəl, ismətli, qeyrətli Nigarı görürəm...
Habilin kamançası səslənir, Koroğlu Qıratın belinə qalxır, Şah İsmayıl qanlı döyüşlərdən sonra, öz zərif, həzin insani hisslərini ağ vərəqə köçürür, Füzuli düşünür, Leyli çəməndə gül-çiçək dərir...
Habilin kamançası səslənir, Araz çayı axır və çayın şırıltısı Habilin kamançasının dili ilə dünyanın dərdindən, ələmindən deyir, Dərviş Mahmud sazı sinəsinə sıxır və mən onun yüz il bundan əvvəl dediyi misraları eşidirəm:
Bu dünyanın çox olubdur cəfası,
Cəfasına dəyməz zövqi-səfası.
Guşumda səslənir getmək sədası,
Ürəyim həsrətlə dolub, ağlaram...
Habilin kamançası səslənir, mən Qarabağı görürəm, Şirvanı, Naxçıvanı, Mili, Muğanı, Lənkəranı, Abşeronu, ömrümdə heç vaxt getmədiyim, görmədiyim Təbrizi görürəm, Ərdəbili görürəm, Sərabı görürəm, Ərk qalasının önündə dayanıb babaların ucalığına baxıram...
Habilin kamançası səslənir, Habilin qapalı gözlərinin qarşısından keçənləri mən də görürəm, o musiqiyə qulaq asa-asa həmin kamançanı da yaddan çıxarıram. Habilin özünü də yaddan çıxarıram, mən oluram, o musiqi olur, mənim Xalqım və mənim Vətənim olur...
Bu – kamançanın da, Habilin də böyüklüyüdür.
15 dekabr 1985.
Bakı.
Kitabxana.az · https://kitabxana.az/en/works/elcin-habilin-kamancasi
Use ← → keys to move, R for a random poem
More by this author
Surxay müstəqil Azərbaycan Respublikasının üçrəngli bayrağını ilk dəfə 1988- ci ildə – Ermənistan «perestroyka» hərc-mərcliyindən və Qorbaçovun maymaqlığından istifadə edib Qarabağı Azərbaycandan qoparmaq istəyəndə – Şuşadakı etiraz mitinqində, Bazar başında qaldırdı və o bayraq dədəsi kimi uzunboylu olan Uzun Surxayın başının üstündə xeyli müddət dalğalandı, amma üstündən bir ay keçəndən sonra, elə ki, ara bir az sakitləşdi, o bayrağı qaldırdığına görə Surxayı tutub qoduqluğa saldılar, iki gün saxlayıb, buraxdılar, çünki Şuşanın dəliqanlıları Bazar başına yığışıb bir ağızdan qışqırmağa başladı:– Bay-raq-dar!..
IV fəsilVasili Kuzmiçın qızı bir yəhudiyə ərə getmişdi və indi əri ilə birlikdə köçüb ABŞ-da yaşayırdılar, oğlu Vanya hələ sovet vaxtı Tambovda əsgərlik etmişdi, sonra da orada qalmışdı, orada evlənmişdi və orada da yaşayırdı, Kuzmiçin arvadı Vera Arxipovna altı iliydi ki, torpağın altında idi, özü, yəni Vasili Kuzmiç isə beş ildən artığıydı ki, Bilgəhdə, prokuror Əhməd Ağayeviçin bağında yaşayırdı.Sovet vaxtı Vasili Kuzmiç Bakı Lampa zavodunda çilingər işləyirdi və işləməyi sevən adam olduğu üçün, hər ay aldığı maaş onu da, ailəsini də dolandırırdı. Vanya əsgərliyə gedəndən və Tambovda qalandan, qızı ABŞ-a köçəndən sonra, Vera Arxipovna ilə birlikdə dolanışıqları isə lap şah dolanışığı idi – həftədə, heç olmasa, iki dəfə evdə təzə donuz əti bişirdi və həmin günlərdə Vasili Kuzmiç axşam işdən evə gələndə Vera Arxipovna ilə üzbəüz oturub o qızarmış gözəl donuz ətini yanındakı kartof, ya qarabaşaq, ya vermişel qarniri ilə yeyə-yeyə yarımlitrlik bir araq şüşəsi boşaldırdılar – 100, uzaq başı 150 qram Vera Arxipovna içirdi, qalanını da Vasili Kuzmiç. Sonra rus çastuşkaları, Şuljenkonun, ya Utesovun mahnıları yazılmış valları hələ 60-cı illərin əvvəllərində aldıqları patefonda oxudub ləzzətlə qulaq asırdılar, ya da əli dinc durmayan Vasili Kuzmiç çəkicini, kəlbətinini götürüb haranısa təmir edirdi, nəsə düzəldirdi, hərdənbir də elə divanın üstündə cavanlıqlarını yada salırdılar. Bütün bunlara onu da əlavə eləsək ki, Vera Arxipovna özü qış üçün sala düzəldirdi, zels hazırlayırdı, duzlu xiyar qoyurdu, o zaman, əlbəttə, Vasili Kuzmiçin sovet dövründəki həyatına qibtə etmək olardı və indi o həyata birinci qibtə edən adam, elə Kuzmiçin özü idi.
V fəsilOn il bundan qabaq Şuşa camaatının bir hissəsi Buzovna Fəhlə Yataqxanasına yerləşəndə – adamların sayından asılı olmayaraq, hər ailəyə bir otaq – hərə öz otağına əl gəzdirdi, kimi pəncərənin çürümüş çərçivəsini möhkəmlətdi, kimi suvağı qopmuş divarı təzədən suvaqladı, kimi döşəmənin sementin üstündən çəkilmiş lineliumunun yırtılmış yerlərini ört-basdır elədi, bir sözlə, hərə müvəqqəti olaraq (onda elə bilirdilər ki, müvəqqətidi) yaşamaq üçün otağı abıra salmağa başladı və o zaman Surxaygil üçüncü mərtəbədəki otaqda yerləşəndən (doluşandan, doluşdurulandan) sonra Bayraqdar da haradansa göy rəng, qırməzı rəng, yaşıl rəng tapıb gətirdi və otağın qapısının çöl tərəfini (aralığa açılan hissəsini) yuxarıdan aşağı bayrağın rəngi ilə göy, qırmızı, yaşıl rəngə boyadı.Səyyarə Bayraqdarın cidd-cəhdlə o qapını eləcə rəngləməsinə baxa-baxa özünü saxlaya bilməyib ağlamsındı və ağlamsına-ağlamsına da:
VI fəsilYataqxananın həyətində, o iydə ağaclarının yanındakı krantda qab-qacaq yüyan Səyyarə açıq-aşkar bir fəxarətlə Kolxoz kişinin dul arvadı Xədicə xalaya deyirdi:– Əbili (yəni Əbülfət) heç iməkləmədi ki... Bir də gördüm, getdi, küçədə özündən üç dəfə böyük uşaqlarla futbol oynamağa başladı... Küçədə futbol oynayırdı, acanda, qaçıb qucağıma dırmaşırdı, əmməyə başlayırdı...
Poems by other poets
Vəh, necə kəc gərdiş eylər cərxi-kəcrəftar kəc!Əsr gəcdir, dovr gəc, dovrani-bədkirdar kəc.
OlduAman fələk, mürvət fələk, dad fələk,Bidad fələk, zülmün nümayan oldu.
OlurZərrəcə qəm çəkmə, aliyi-həzrətim,Qadir Mövlamız sənə yar olur,
KəklikBaharın gülşən çağındaNə oxursan, sona Kəklik!