Xan sarayının qadınlara məxsus hissəsində qız–gəlin qaynaşırdı.

Ağabəyim Ağa böyük güzgünün qarşısında oturmuşdu və kənizlər xan qızını bəzəyirdilər.

Tuba xanım Ağabəyim Ağanın yanında oturmuşdu və qızının əlini əlinə alıb oxşayırdı.

– Elə ki, çətin vaxtların oldu, elə ki, ürəyin qısıldı, məni yadına sal, qızım, məni gətir gözlərinin qabağına. – Tuba xanım deyirdi.– Mən Avar hakimi Ümmə xanın bacısı kimi həyatımda birinci dəfə Dağıstandan çıxıb Qarabağa, xan atana zövcə gələndə, səndən kiçik idim… İndi görürsən, maşallah, hər şey qaydasındadı…– Uzaq günlərin xatirəsi Tuba xanımın gözlərinə işartı gətirdi, qadını gülümsətdü. – Bu sözləri ki, indi mən sənə deyirəm, Ağabəyim, bu sözləri beləcə, o vaxt, məni Qarabağa yola salanda rəhmətlik anam Çiçəkbanu mənə deyirdi… Çiçəkbanu, sənin nənən, bilirsən, çərkəz xanı Sabutay xanın qızı idi, çərkəz ellərindən Dağıstana gəlmişdi… Allah qoysa, heç bilməyəcəksən ki, vaxt necə keçdi, sən də qızını uzaq ellərə yola salanda, ona bu sözləri deyəcəksən… Yaxşıdı, pisdi, amma xanzadə, şahzadə xanımların taleyinə belə yazılıb…

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

İkinci hissə, IX

Şahnaz xanım pəncərə önündə dayanıb duman içində güclə seçilən Topxana meşəsinə baxırdı və bu dəm qızın üzündə bir qorxu, bir nigarançılıq vardı.Gülgəz otağa girəndə Şahnaz xanım diksinib geri çöndü və vahimə ilə:

1 min
İkinci hissə, X

Valeh hər biri öz işi ilə məşğul olan qızıl əsgərlərin, gəlib-gedən, harda oldu oturub gözləyən yerli camaatın arasından keçib tələsik komissarın otağına girdi.Nicat yazı masasının arxasından başını qaldırıb yuxusuzluqdan, yorğunluqdan qıpqırmızı qızarmış gözlərilə cavan oğlana baxdı və soruşdu:

1 min
İkinci hissə, XI

Qızıl əsgərlər hücuma keçmişdi. Böyük bəyin adamlarının daldalandığı qayalıqda baş qaldırmaq mümkün deyildi, hər tərəfdən güllə dolu kimi yağırdı, əl qumbaraları partlayırdı.Başı sarıqlı, üstü-başı qanlı, çirkli Yunis bəy arxa tərəfdən çapa-çapa qaya dibinə sığınıb dalbadal güllə atan Böyük bəyin yanına gəldi.

1 min
İkinci hissə, XII

Gecə idi və bu gecə qaranlığında Böyük bəyin keçmiş malikanəsi tamam kimsəsiz görünürdü, elə bil ki, bu son ayların vurhavuru, bu son ayların təlatümü bu daş divarlara, bu aynabəndlərə, bu qırmızı kirəmitli taxtapuşa da təsir etmişdi.Çarşablı bir arvad həyət darvazasının bala qapısını açıb tələsik içəri girdi, ehtiyatla ora-bura baxa-baxa binaya yaxınlaşdı, Şahnaz xanımın pəncərəsi ağzında dayanıb xısın-xısın:

4 min

Poems by other poets