İkinci hissə, 9
10 iyun 1804-cü il. Tehran. Şah sarayı.
Fətəli şah məşvərət çağırmışdı.
Uzun mizin üstündə Qafqazın xəritəsi açılmışdı və Fətəli şah da, əsabələri də mizin arxasında dayanmışdı.
Fətəli şah dedi:
– Mən daha dözə bilmərəm. Mən gözlədikcə, kafir ruslar bizim şimalımızda möhkəmlənirlər. Rusiya Şimali Qafqazla kifayətlənmir, Cənubi Qafqazı da götürür!
– Şah sağ əlinin barmaqlarının beşini də xəritəyə dirədi.– İngiltərə Rusiyanın əleyhinə bizimlə müqavilə bağladı, ancaq heç bir iş görmədi. Bizi kafir ruslarların əleyhinə qızışdırırlar, ancaq özləri Napoleonun əleyhinə Rusiya ilə saziş bağlayırlar. Çünki ingilislərin özləri də elə ruslar kimi kafirdir. Mən taxt-tacımızın varisi Abbas Mirzənin sərkərdəliyi ilə əlli minlik ordumuzu Cənubi Qafqaza göndərirəm.
Abbas Mirzə baş əydi:
– Bə-çeşm, qibleyi-aləm! Mənə şərəf verdiniz!
Fətəli şah Pirqulu xana müraciət etdi:
– Ağayi-Pirverdi xan, ermənilərin yığılması bitdimi?
Pirverdi xan:
– Bəli, qibleyi-aləm!– dedi.– Yeddi minə yaxın erməni ailəsi yığmışıq. Əmrinizə müntəzirdir!
– Yeddi minə yaxın, yəni, nə deməkdir?
– Düz 6582 erməni ailəsidir, qibleyi–aləm.
Fətəli şah:
– Çox gözəl! – dedi. – Biz Azərbaycan xanlıqlarını zəiflətmək üçün, mütləq ermənilərdən istifadə etməliyik. Mənim əmrimlə əhli-əyalı ilə ağayi-Pirverdi xanın dediyi qədər erməni yığılıb. Onlar Abbas Mirzənin arxasınca gedəcək. Bu, birinci mərhələdi, inşallah, Allahın köməkliyi ilə bu işi gərək davam etdirək. Qoşunlarımızın Cənubi Qafqazda, xüsusən Azərbaycanda və xüsusən də İrəvan və Qarabağ xanlıqlarında fəth etdiyi torpaqlarda İran ermənilərini məskun edəcəyik. Belə edəndə, gələcəkdə də o tərəflərdə bizim üçün xətircamlıq olacaq. O yerlərin türkləri isə İrana gətirilməlidir, onları burada səpələmək lazımdı. Bu işi səliqə-səhmanla yerinə yetirməliyik. Ağayi-Pirverdi xan, bu işi sizə həvalə edirəm və ümidvaram ki, sizdən narazı qalmayacağam.
Pirverdi xan:
– Canımla, başımla, qibleyi-aləm!– dedi.– Heç bir şübhəniz olmasın!
Şah davam etdi:
– Abbas Mirzə ilk növbədə Qarabağı ram etməlidir! Özüm də əsas qüvvələrlə, Allah qoysa, ora gedəcəyəm. Qarabağ səfəri rəhmətlik əmim Ağa Məhəmməd şaha düşmədi, bizə düşər, inşallah!.. Firəngistanın səfiri ağayi-Fransua Sebastiani ilə söhbətim olub. Napoleon məktub yazıb mənə qardaşlıq təklif edir. Osmanlıdan, bizdən, bir də özündən ibarət böyük bir ittifaq arzusundadır… Belə bir ittifaq haqqında hələ ki, bir şey deyə bilmərəm… Osmanlı ilə ittifaq?.. Bilmirəm… Bilmirəm, belə bir ittifaqdan bir şey çıxar, ya yox?.. Ancaq Napoleona məktub göndərib Firəngistan ilə saziş imzalamaq fikrindəyəm. Kafirlərlə, kafirlərin özlərinin hiylə dili ilə danışmaq gərək!..
Kitabxana.az · https://kitabxana.az/en/works/elcin-hokmdarin-taleyi-ikinci-hisse-9
Use ← → keys to move, R for a random poem
More by this author
Maşına mindik getdik, getdik, DÜZ getdik DÜZƏ.Oy, nə gözəldi DÜZ!.. Güldü, çiçəkdi, hər tərəf kəpənəkdi...
Babamla ot çalmağa getmişdik...Mənim saçım qapqaradı, babamın saçı ÇAL.Mənim papağımın quzu dərisi qapqaradı, amma babamın papağı ÇAL.
Şuşaya duman gəlibŞuşaya duman gəlib,Ürəyimə güman gəlib.
I fəsilDoppa Dadaş əlindəki kamanı sağa-sola apara-apara kamançanın tellərini dindirdikcə kamançanın bu ab-havanın təmizliyindən, paklığından, bulaqların saflığından, gülün gülü, çiçəyin çiçəyi çağırmasından, dostluqdan, vəfadan, ilqardan dəm vuran səsi Şuşa sanatoriyasının bütün həyət-bacasına yayılırdı və Doppa Dadaşın zürafə boynu kimi uzun boynunun üstündəki yekə başı da əlindəki kamanın hərəkətinə həmahəng gah sağa gedirdi, gah sola gedirdi və bu dəm heç kamançanın səsini eşitməyən də olsaydı, Doppa Dadaşın uzun kirpikli iri, qara gözlərindən bilərdi ki, duyardı ki, söhbət nədən gedir.Həmin avqust axşamı Şuşa sanatoriyasının həyətinə yayılmış kamança səsi Hüsaməddin Alovlunun da ürəyinin incə tellərini dindirirdi və çiyninə güllü ağ yun şal salıb əlləri qoynunda dayanmış, göy gözləri yol çəkən Marusya Nikiforovaya baxa-baxa Hüsaməddin Alovlunun ürəyindən bütün ömründə birinci dəfə rus dilində şer misraları axıb keçdi və həmin bir bənd şer belə yarandı.
Poems by other poets
Sahiba, bir nəfərəm dövlətü izzətdən uzaq,Düşmüşəm şəhrdən avarə, vilayətdən uzaq.
ایصبا نکهت آنزلف پریشان بمن آرببر از مجمع عشاق پریشانی را
SevirəmSəhərdən bəridirTelefonçu qız
Salıbdı möhnəti-hicrin bir özgə halə məniSalıbdı möhnəti-hicrin bir özgə halə məni,Edibdi dərdü-qəmü-qüssəyə həvalə məni.