Salıbdı möhnəti-hicrin bir özgə halə məni,Edibdi dərdü-qəmü-qüssəyə həvalə məni.

Məgər yoxundu xəbər, çəkmişəm nələr sənsiz,Fələk salıbdı qəmü möhnətü məlalə məni.

Vüsal günləri bir mahi-ənvərim sən idin,Gör indi ayrılığın döndərib hilalə məni.

Gözüm yaşı ilə üzümdən axır ciyər qanı,Ürəkdə dağını gizlətdi, gördü lalə məni.

Sənin xəyalınla mən ki, bağrı qan oldum,Tərəhhüm eylə, gətir sən də bir xəyalə məni.

Könül sərvəri, məh ənvərim, gözüm nuru,Təğafül etmə, yetir bir o məh cəmalə məni.

Kəsildi tabü-təvanım, tükəndi aramım,Qərar-səbrim alıb, verdi qəmi-zəvalə məni.

Nə sən firaqə dözərdim, nə mən bu hicranə,Gəl indi vəslə yetiş, ya yetir vüsalə məni.

Yetiş harayıma, qəmdən məni xilas eylə.Yəqin ki, öldürər axır bu ahü-nalə məni.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation