Hicrində, ey bağı, tökünüb tabu-taqətim
Hicrində, ey bağı, tökünüb tabu-taqətim,Gündən-günə ziyadə olub, dərdi-möhnətim.
Gizlin salıb xəyalə, sənsiz gizlin ağlaram,Artar xəyalıma səni saldıqca həsrətim.
Bir qoymadı zəmanə doyunca görüm səni,Qəlbimdə qaldı, ey bacı, qəmli hekayətim.
Bir də əgər əlim yetişsə, dameni tutam,Bu ruzigardan sənə çoxdur şikayətim.
Gər bir də qismət olsa, cəmalın ziyarəti,Onda mənim müyəssər olur, istirahətim.
Müddətlər ilə salasan yada ki məni,Səndən yəqin ölüncə kəsilməz məhəbbətim.
Gər söyləsən, neyçün mənə bir namə yazmadın,Səndən bu barədə, bağı, çoxdur xəcalətim.
Bir yan zəmanə möhnəti, bir yan sənin qəmin,Bir yan vilayət ayrılığı, dərdi-qürbətim.
Asudəlik mənə gecə-gündüz həram olub,Olsun qəsəm, o zülfə pərişandı halətim.
Yoxsa məhəbbətim sənə artıbdır günbəgün,Sidqi kimi nəhayətə yetməz məhəbbətim.
Kitabxana.az · https://kitabxana.az/en/works/sidqi-hicrinde-ey-bagi-tokunub-tabu-taqetim
Use ← → keys to move, R for a random poem
More by this author
Söylə, Bayram əmi, sən bizə qandır,Bizim fikrimizi açıb, oyandır.
Şikayətnaməİlahi, bu nə eşq, bu nə möhnətdir?Ənisim gah behcət, həmdəmim gahi müsibətdir.
Sənsən pənahımEy padşahım, ey qibləgahım,Sənsən pənahım, pənahım, pənahım.
Dostlardan birinə mədəniyyətin yayılması haqqında yazılmış şerGəzər baği-məarifdən xəbərsizlər ulaqlar tək,Odur ki, nəqli-daniş payimal olmuş alaxlar tək.
Poems by other poets · Separation
ISənə min göz baxıb, alışa-yana…
Könül, cahanda qəmi-hicri-yarə səbr eyləKönül, cahanda qəmi-hicri-yarə səbr eylə,Nə qədr vursa sənə yar yarə, səbr eylə.
Çəməndə naləni ögrəndi mürğani-çəmən məndənÇəməndə naləni ögrəndi mürğani-çəmən məndən,Qəmalud olmağı kəsb etdi bərgi-yasəmən məndən.
گر بر در وصالت امید بار بودیبس دیده کز جمالت امیدوار بودی