Fərəhli gördüyün könlüm olub qəmxanə-qəmxanə
Fərəhli gördüyün könlüm olub qəmxanə-qəmxanə,Ləbi-ləlin fərağında dönüb al qanə –alqanə.
Çəkildin guşeyi-gülzarə, seyri bağə əzm etdin,Məni biçarəni saldın qəmi-hicranə-hicranə.
Əzizim, sən Züleyxa tək yatırsan təxti-izzətdə,Demirsən Yusifin düşdü yenə zindanə-zindanə.
Fəraqın atəşi yandırdı vallahi-pərü balım,Cəmalın şəminə bir olmadın pərvanə-pərvanə.
Məgər insafdır, ya hansı məzhəbdə rəvadır bu,Düşüb zəncirə axırda olub divanə-divanə?
Mən çəkdim, qəmi hicranə qəlbimdə yer verdim,Rəva görmə ola könlüm evi viranə-viranə.
Qəm etmə, rahat ola, seyr eylə sən ətraf gülzarı,Yanım hicrində qoy mən atəşi-suzanə-suzanə.
Gül üstündə düşən şəbnəmlərə seyrü tamaşa qıl,Gözüm yaşı axıb dönsün mənim ümmanə-ümmanə.
Nigarım, cannisarım, çox cəfalar çəkmişəm bəsdir,Məni biçarəyə bir lütf qıl, şahanə-şahanə.
Təriqü eşqdə çoxlar keçibdür malü-canından,Sidqitək heç kəs can verməyib canana-canana.
Kitabxana.az · https://kitabxana.az/en/works/sidqi-ferehli-gorduyun-konlum-olub-qemxane-qemxane
Use ← → keys to move, R for a random poem
More by this author
Sənin eşqində mən ey bivəfa, yüz min cəfa gördüm,Nə bir ömrümdə şad oldum, nə bir zövq-səfa gördüm.
Salıbdı möhnəti-hicrin bir özgə halə məniSalıbdı möhnəti-hicrin bir özgə halə məni,Edibdi dərdü-qəmü-qüssəyə həvalə məni.
Yenə fəsli-bahar oldu, gedib vəqti-xəzan, saqiYenə fəsli-bahar oldu, gedib vəqti-xəzan, saqi,Gətir tök cami-zərrinə şərabi-ərğəvan, saqi.
Əcəb həngameyi-işrət, əcəb bəzmi-diləradırƏcəb həngameyi-işrət, əcəb bəzmi-diləradır,Taallah, nə məclisdir ki, hər bir şey mühəyyadır.
Poems by other poets · Love
Yarə deyin bizdən qarğış almasın,Yerdə qalmaz ah-zarı Həsənin,
Ay gözəl-gözəlYer var ki, yol düşüb, karvan işləməz,Dost dərməz güllərin, ay gözəl-gözəl.
Qəzəl: Qəza surətgərin gəl gör nə xoş çəkmiş bu tuğranıQəza surətgərin gəl gör nə xoş çəkmiş bu tuğranı,Yazub dibaceyi-hüsnündə: haza Yusifi-sani
BilirəmKönlüm arzulayır ən gözəl ili,Necə də sevirəm şipşirin dili.