Əcəb həngameyi-işrət, əcəb bəzmi-diləradır
Əcəb həngameyi-işrət, əcəb bəzmi-diləradır,Taallah, nə məclisdir ki, hər bir şey mühəyyadır.
Məlal olmaz, qəm olmaz, qüssə olmaz belə məclisdə,Əcəb bəzmi-fərəhxizü fərəhbəxşü fərəhzadır.
Olubdur ağıllar heyran, könüllər xürrəmü xəndan,Baxarsan hər tərəf, hər yan büsati-eyş bərpadır.
Düzülmüş nəğməxanlar, tarzən, dəfzən nizamla,Biri məsti-ruxi-saqi, biri sərməsti-səhbadır.
Gələnlər mat olur, məbhut olur, eylər təəccüblər,Baxan heran qalır əzbəski hər bir yan tamaşadır.
Baxarsan əhli-məclis hər biri bir növ olmuş,Biri valeh, biri heyran, biri şuridə, şeydadır.
Cavanlar, mahrular, sərv qəd, şimşad qamətlər,Birisi çeşmi-şəhladır, biri zülfü mütərradır.
Dilim aciz qalıb vəsf etməyə, təbimdə qüvvət yox,Nə tərif eyləyim, bu barədə tərif bicadır.
Kamali-bəhcət ilə mən də bu bəzmə qədəm qoydum,Soruşdum bir nəfərdən, bu nə şurişdir, nə qovqadır?
Cavabında dedi: Ey bixəbər, yatmış, nə qafilsən,Bu bir bəzmi-mübarəkbad, bir təfrihi-üzmadır.
Cənabi-sahib, sərkar, balacah Bəhram xan,Səadət bürcünə məhvil edər, məclis mühəyyadır.
Qoyubdur taci-gövhər başa, göhər tac vəslində,Əgər vazeh dedim, amma yenə bir az müəmmadır.
Yetib məqsudə Kamran xan, olub mətləb bəravürdə,İlahi, sən mübarək qıl bu sevdanı, yaxşı sevdadır.
Eşitdim bu sözü, həmd eylədim, qəmdən xilas oldum,Nə gördüm ki, gönüldə haləti-behcət hüveydadır.
Dedim bu toyda bir tarix lazımdır edəm inşa,Vəli vairliyim yoxdur, adım hərçənd molladır.
Bir az fikr eylədim, qəlbimə bir mətləb xütur etdi,Fərəhləndim yazım, gördüm ki, nitqim yaxşı guyadır.
Kitabxana.az · https://kitabxana.az/en/works/sidqi-eceb-hengameyi-isret-eceb-bezmi-dileradir
Use ← → keys to move, R for a random poem
More by this author
Bu günlərdə «Kaspi» qəzetəsində və «Şərqi-Rus» cəridəsində bu hər iki ruznamənin müdir və münşiləri öz məsləklərinin xaricində bir-birinin əleyhinə qələmə alıb nəşr etdirkləri «təib yollu» bəndləri oxuyub təəssüf etməkdəyiz.Əlhəqq, öz zəhəramiz və məlaləngiz mübahisə və mücadilə və bəlkə mühakimələri gözdən keçirib, məhzun və məlul olmamaq namümkün və qeyri-təbiidir. İşbu dilduz və ciyərsiz hadisənin vüqusu və bu naraba və nagübara mücadilənin zühürü hər bir vicdan sahibi olan müsəlmanın və hər bir mətbuat aləminə məhəbbətlə xidmət edən üdəbanın xatirini parçalayıb, dağıdır və pərişan etməkdədir.
Nümuneyi-əxlaqMəktəbi-ibtidaiyyə şagirdlərinə məxsusdur*İfadəyi-məram
Töhfeyi-benat, yaxud qızlara hədiyyə«Tələbül-elmi fazilətun alə küllil-müslimin val-muslimət» hədisi-şərif fəhvasınca tərbiyeyi-nisvana talib olanların və qızlarımızın elm və ədəb təhsilini arzu edənlərin nəzər-diqqətini cəlb eləmək və bu xüsusda kütubi-mütəəddə və nafeənin təsnifi səddində olanların təşviq və tərənnümünü təhrik və təzyiq etmək üçün bu müxtəsər kitabçanın təhririnə mübaşirət olundu...Ərzi-məxsus
Nəsihətnamə1) Sirr insanda əmanət olduğundan can kimi gizlətmək lazımdır. Bir sirrə iki adamdan artıq xəbərdar olsa, tam aləmə faş olmuş kimidir.2) Dünyada dörd şeyin azı və çoxu bərabərdir.