Pərişan eyləyib əhvalımı, bir gözləri yağı
Pərişan eyləyib əhvalımı, bir gözləri yağı,Fərağında olub qəmxanə könlüm yağı oynağı.
Ayağım bağlıdır bidi-bəlayə, əldə çarəm yox,Urublar boynuma zənciri-zülfümdən boyunbağı.
Əgər Fərhad, ömründə qoyub, bir dağı-dağ üstə,Könüldə qoymuşam mən lalə tək dağ üstə min dağı.
O qədri qara günlər görmüşəm bəxti-siyahdan,Mənə şamü-səhər birdir, qaradan seçmirəm ağı.
Oldum qəmu ənduh ilə bazarı eşq içrə,İlahi, təngə gəldim, al əlimdən belə ortağı.
Nə gülzarə həvəsnakəm, nə bağə getməyə meylim,Nə könlüm şüşə meylində, nə dil istər Qarabağı.
Əgər mən tutiyəm, barı mənə təklif edin şəkkər,Gül istər bülbüli şeydanı gülşəndə, nə kim zağı.
Kitabxana.az · https://kitabxana.az/en/works/sidqi-perisan-eyleyib-ehvalimi-bir-gozleri-yagi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Eşitcək bu sözü təbim həzan dilkəbab oldu,Açıb dürci-dəhanın əql ilən hazırcavab oldu:
EylərEy ağalar məni niyə qınarsızEyləsə dərdimə bu dərman eylər
YaylıqQoy deyim bu yaylığı niyə əzizləmişəm,Niyə onu biganə gözlərdən gizləmişəm.
Gəraylı: Fələk, sənə nə adətdirFələk, sənə nə adətdir,Ayrılmaq yarı yarından,