Könül, qəm çəkmə əyyami-fəraqi-yar qurtardı,Fəqan etmə, qəfayi-çərxi-kəcrəftar qurtardı.

Ümidim gülüstanda açıldı, qönçeyi bəxtim.Vəfadan gül mənə qaldı, cəfayi-yar qurtardı.

Züleyxayi-cəfakeş, Yusifin oldu xiridarı,Dağıldı müştəri, rəhməti bazar qurtardı.

Əcəb bad murad etdi xəzanım növbahar oldu,Güli-məqsud açıldı, söhbəti-gülzar qurtardı.

Qələmdandan düşüb, asudə olduq nar yazmaqdan,Yıxıldı dəmi-divandan əşar qurtardı.

Sağaldı yarələr qəlbimdə çox yar ilə, yar oldum,Eyləyən axırı bu oldu, təneyi-əğyar qurtardı.

Ləbi-lalin açıb, yarım gəlib, bir dəfə güftarə,Kəsildi cümlə söhbətlər, hamı güftar qurtardı.

Əcəb sözdür, dillər rəncsiz kim olmaz aləmdə,Odur ki, can qoyub, axırda bu Cabbar qurtardı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love