Yarəb, nə türfə güldü bu İsa çiçəkləri
Yarəb, nə türfə güldü bu İsa çiçəkləri,Məryəm şükufə, canı məsiha çiçəkləri.
Məhparələr üzarına tərsayələr salıb,Tərsayə döndərib məni, tərsa çiçəkləri.Sənan kimi salıblar zinnarı boynuma,İmanımı alıbdır, nisa çiçəkləri.
Bülbül kimi gətir dilə, fəryadə könlümü,Bağı-məhəbbətin güli-rəna çiçəkləri.
Ki, verə səmti gahi ki kəlisaya çəkdilər,Məhv etdilər məni, bu kəlisa çiçəkləri.
Ey dil, bahar vəxtidi, çıx bir səyahətə,Bir sən də gör o arizi-ziba çiçəkləri.Get, əsr vaxtı seyr qıl ətraf bağda,Bir dəstə tut ol zülfi-çəlipa çiçəkləri.
Kitabxana.az · https://kitabxana.az/en/works/sidqi-yareb-ne-turfe-guldu-bu-isa-cicekleri
Use ← → keys to move, R for a random poem
More by this author
Gəzər baği-məarifdən xəbərsizlər ulaqlar tək,Odur ki, nəqli-daniş payimal olmuş alaxlar tək.
«Tərcüman» qəzetinin onuncu ildönümü münasibətilə təbrikKönül qafil deyil bu nemətin şükrü sənasından,Dilim sakin deyil bu mətləbin xeyrü duasından.
Müsəvvir Paşanın zifaf gecəsinə maddeyi-tarixNə yaxşı bəzmi-vəfadır, məqami behcətdir,Nə tüfrə eyşi-səfadır, zəmani-işrətdir.
Kəblə Nəsir(mənzum hekayət)*Ey uşaqlar, tutun yerinizdə məqam,