Müsəvvir Paşanın zifaf gecəsinə maddeyi-tarix
Nə yaxşı bəzmi-vəfadır, məqami behcətdir,Nə tüfrə eyşi-səfadır, zəmani-işrətdir.Dərsi-surur açılıb, məclisi-məsərrətdir,Busati-toy döşənib, məhfili-məhəbbətdir.Əcəb-əcəb, bu nə xoşvəqt türfə halətdir.
Dolub ürəklərə əndazəsiz nişat, surur,Sururi-işrətlə didələr olub purnur,Gəlibdi mətləb ələ, cabəca olub mənzur,Həzar şükr ki, yox zərrə qədri nəqsü qüsur.Təbarəkulla, əcəb məclisi-bəşaşətdir.
Gözüm bu məclisdə bir diqqətlə eylə nəzər,Nəfəs-nəfəs deyəsən bəs, əsə nəsimi-səhər.Məşami-canə yetər ətri-müşk, həm ənvər,Gül üzlü tazə cavanlar misali-şir-şəkər,Yetibdi bir-birə, hingami-üns, ülfətdir.
Əgər bu məclisə baxsa fələk də, şəmsü qəmər,Görər bu məclis onun asimanına bənzər,Bənzər nöqlü şəkər misli-əncümü əxtər,Sitarə tək düzülüb gün kimi yanar şəmlər.Şəhabü bərği çirağandan ibarətdir.
Bu yer göyə, yeri var, eyləsə təfaxür əgər,Məgər o müştəri və zöhrəsinə fəxr eylər,Batdıbdı şəms, giribdir səhabə qürsi-qəmər,Bu yerdə, bu gecə bir ay və gün vüsalə yetər.O dur ki, ay və günün gizlədib xəcalətdir.
Gətir bu bəzmi-nişatə piyalə, ey saqi,Piyalə dağı məni etdi lalə, ey saqi,Məgər salıbdı səni özgə halə, ey saqi?Xumardan ayılıb laməhalə, ey saqi,Əlim tut bir ayaq ilə, ... bu nə qəflətdir?
Ayağa dur ki, bizim eyş amadə,Olubdu bəzmi-mey amadə, vergilən badə,
Nə badə rəngi salır ləli-dilbəri yadə,Bu toy mübarək olur növ ərus damadə.Təğafül etmə, götür badə, vəqti-fürsətdir.
Büllür sağərə doldur şərabi-gülrəngi,Götürmə xatirə Cəmşidi, ya ki Nüşəngi.Alanda mütrib əlinə neyü dəf, çəngi,Müğənni başlasın ahəng özü ilə səhəngi.Ki hər tərənnümi ərbabi-zövqə qüvvətdir.
Müğənniya, sən tarı, götür ələ tarı,Çala o tarla övsafi-zülfi-dildarı.Nə zülf tərənnümünün eyni könül xiridarı,Hər aşiqi ki, olubdur onun giriftarı,Özünü qeyddən azad edib səlamətdir.
Cənabi-şahbazla bu evin ola abad,Müsəvvirin də səninlə həmişə olsun şad.Bu misrən nə münasib deyibdi bir ustad,«Xoş əst u pesər ra pədər konəd damad».Həqiqətən, bu özü bir böyük səadətdir.
İlahi, bu toyu elə mübarəkü məsud,Behəqqi-şahi-təbarək Məhəmmədü Mahmud,Bu dudmanə fərəc babına aç, ey məbud,Cənabi-Şahbaz ağanı Cəmşid et, xoşnud,Vücudu əhli-vəfa içrə çox qənimətdir.
Həzar şükr könül dərdü qəmdən oldu rəha,Götürdü müjdə vəsli bəriyə badi-səba.Bu izdivac ilahi, görüm mübarək ola,Bu toyda Sidqi bu tarixi elədi inşa.(Edə zəfafi-müsəvvər məqami-behcətdir).
Əbcəd hesabı ilə müəyyən olunan tarix:
Edə-20Zəfaf – 168Müsəvvər – 336Məqam -181Behcətdir - 6121319
Kitabxana.az · https://kitabxana.az/en/works/sidqi-musevvir-pasanin-zifaf-gecesine-maddeyi-tarix
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Wine and the tavern
Saqiya, mey ver ki mən meyxanədə küllənmişəm,Qəm hücumundan qaçıb bir küncdə gizlənmişəm.
Dərbəndli AğabəyəEy əzizim, bu qədər raği-həmam olma,Mərdümi-qafil, tənpərvər və əyyam olma.
Ay ağaDindirməyin halı müşgül olmuşam,Fələk məni başdan salıb ayağa.
Ta'neler urur kanlu gözüm ebr-i bahâraTa'neler urur kanlu gözüm ebr-i bahâraGelmedi gönül zülfüni göreli karâra