Gülər gül kimi bülbül guşeyi-gülzarə düşdükcə,Tökər göz yaşını gülzardan avarə düşdükcə.

Həsəddən dəmbədəm bənzər gül üzrə sünbüli-meşkin,O zülfi müşkibarın arizi-gülnarə düşdükcə.

Qara bəxtim kimi avarə-sərgərdan gəzər hər yan,Həvayi-zülfi-tarin nafeyi-tatarə düşdükcə.

Gülüstan içrə qönçə pərdə-pərdə tutdu al-qanə,Sirişki-lalegünun qətrə-qətrə xarə düşdükcə.

Lətafətdən üzündə tazə mişkin xal olur peyda,Gözüm mərdümlərin əksi o məhi-rüxsarə düşdükcə.

Gözüm yaşı axar hər suya su tək ey gözüm nuru,Nihali sərvi qəddin sayəsi əğyarə düşdükcə.

Dönər nəqşi divarə Züleyxa tək necə Yusif,Sari-bazarda əksi ruxin divarə düşdükdə.

Mənayi-eşqdə aşiqlərin qəlbin kəbab etdim,Dili-sədparədən hər dilbərə bir parə düşdükcə.

Yəğinimdir olur Sidqi kimi axırda divanə,Bəla zəncirinə hər aşiqi-biçarə düşdükcə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love