Yenə fəsli-bahar oldu, gedib vəqti-xəzan, saqi
Yenə fəsli-bahar oldu, gedib vəqti-xəzan, saqi,Gətir tök cami-zərrinə şərabi-ərğəvan, saqi.
Ayaqdan saldı bu rənci-xümar, əldən qərar aldı,Əlim tut bir ayaq ilə, aman, səd əlaman, saqi.
Xərabə könlümü bir badəyi-nab ilə abad et,İçə piri-zəif ondan, olur billah cavan, saqi.
Tərəhhüm qıl bu gün, mey ver, məni qəmdən xilas eylə,Diyari-eşqdə üşşaqə sənsən mehriban, saqi.
Hər iki nəşədə, hər nəşədən məqsudumuz meydir,Bizə bu mətləbi kəşf eyləyib piri-muğan, saqi.
Alıbdır qönçeyi-qəmmazın qərar-ixtiyar əldən,Kəsibdir işvəvü nazın, əcəb tabü-təvan, saqi.
Gəhi işvə, gəhi şivə, gəhi nazü, gəhi qəmzə,İmani-ixtiyarım getdi əldən, bir iman, saqi.
Telin vermə səbayə, şanə vurma, bəsdir, insaf et,Xəmi-zülfündə dili-mürği qılıbdır aşiyan, saqi.
Ətayın can alır hər dəm, xətayın can ata eylər,Dəhanın dürfəşandır, söhbətin arami-can, saqi.
Cavabın nüzhətəfzadır, camalın məhfiləradır,Dişin dürri-müsəffadır, sözün arami-can, saqi.
Çəkilmiş guşeyi-bağə bu gün hər arifi-aşiqFərəh əfza olub, bəh-bəh, fəzayi-gülüstan, saqi.
Gülüstan bəzmi-xəlvətdir, zamani-eyşi-işrətdir,Çəməndə yar, yar ilə olubdur həmzəban, saqi.
Qonubdur sərv şax üstə, təranə başlayıb qümri,Olubdur bülbüli-şeyda əcayib nəğməxan, saqi.
Açıb göz nərgisi-şəhla, edər nəzzarə gülşən,Səba dəydikcə bağ içrə, açar qönçə dəhan, saqi.
Görüb yaquti-rəmmal tək şərabi-nabı cam içrə,Həsəddən laləyi-həmra olubdur bağri qan, saqi.
Bu gün könlüm kimi sünbül pərişan eyləyib zülfün,Verər gisuyi-yari-nazəninimdən nişan, saqi.
Oxur bülbül, açıb gül, ...xürrəm, qönçələr xəndan,Olubdur səhni-gülşən əşki-gülzari-cinan, saqi.
Nəvayi-bülbül, qümri, sədayi-mürği-xoşəlhan,Edib zaği-siahı bağdan damənkəşan, saqi.
Xarabat əhlinə daim münacat əhli tən eylər,Olubdur zahidi-bədkiş bizdən bədgüman, saqi.
Gəlib meyxanəyə öz xirqəsin rəhni-şərab etməz,Nə fikr ilə həmişə məscidi eyləyib məkan, saqi?
Ümidin bağlayıb mövlasına bu Sidqiyi-nalan,Yetişsin dadə məhşərdə Əmirəlmöminin, saqi.
Kitabxana.az · https://kitabxana.az/en/works/sidqi-yene-fesli-bahar-oldu-gedib-veqti-xezan-saqi
Use ← → keys to move, R for a random poem
More by this author
Əcəb həngameyi-işrət, əcəb bəzmi-diləradır,Taallah, nə məclisdir ki, hər bir şey mühəyyadır.
Pərişan eyləyib əhvalımı, bir gözləri yağıPərişan eyləyib əhvalımı, bir gözləri yağı,Fərağında olub qəmxanə könlüm yağı oynağı.
Könül, qəm çəkmə əyyami-fəraqi-yar qurtardıKönül, qəm çəkmə əyyami-fəraqi-yar qurtardı,Fəqan etmə, qəfayi-çərxi-kəcrəftar qurtardı.
Yarəb, nə türfə güldü bu İsa çiçəkləriYarəb, nə türfə güldü bu İsa çiçəkləri,Məryəm şükufə, canı məsiha çiçəkləri.
Poems by other poets · Love
Vəhy ilə səmadan enmədir Quran.Quranla pestidən yüksəlir insan.
Dolu sevdaMən qaçıram,Yalançı sevdalardan.
Qəzəl: Götür zülfi-çəlipanı üzari-hurtəl'ətdənGötür zülfi-çəlipanı üzari-hurtəl'ətdən,Məh ü mehr aşikar olsun səhabi-zəngi-qəflətdən
Təcnis: Çəkmiş yar oxunu, salmış yayınaÇəkmiş yar oxunu, salmış yayına,Bağlamış belinə bu sədaqları.