Könlüm arzulayır ən gözəl ili,Necə də sevirəm şipşirin dili.Sevirəm Vətəni,bu doğma eli,Duyuram, bilirəm gələn günləri.

Dərmişəm bağçadan mən qızılgülü,Taleyim gözləyir ən gözəl günü,Görəcəm Qarabağ qələbəsini,Duyuram, bilirəm gələn günləri.

Güneyim, Quzeyim olacaq vahid,Gözlərim olubdur eşqimə şahid.Daha görməyəcək Vətənim şəhid,Duyuram, bilirəm gələn günləri.

Səadət mənimlə qoşa gəzəcək,Qəlbimdə ən həzin nəğmə dinəcək,

Bu şeirim qəlblərə yollar çəkəcək,Duyuram, bilirəm gələn günləri.

Bilirəm, xoşbəxtlik məni tapacaq,Cənnət yollarına cığır açacaq,Arzular ömrümə işıq saçacaq,Bircə bilməyirəm mən ölən günü.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love