Mən Lalə istəyirəm
Lalə elə balacadı, elə balacadı, elə balacadı, lap bir cıqqılı. Lalə mənim bacımdı. Nənəm deyir:
– Mənim Laləm, Laləciyim...
Mən deyirəm:
– Nənə, Lalə mənimdi!
Nənəm deyir:
– Yaxşı, Səlim, sənindi...
Amma sonra yadından çıxır. Yenə deyir:
– Mənim Laləm, Laləciyim...
Anam deyir:
– Lalə qızım, qəşəng qızım, mənim qızım...
Mən deyirəm:
– Ana, Lalə mənimdi!
Anam deyir:
– Yaxşı, Səlim, sənindi...
Amma sonra yadından çıxır. Yenə deyir:
– Lalə qızım, qəşəng qızım, mənim qızım...
Atam da belə deyir. Babam da belə deyir. Axı, belə olmaz. Axı, Lalə mənimdi. Yaxşı hirsləndirdiniz məni, baxarsız!.. Mən də gedərəm Firudin əmidən özümə başqa Lalə alaram.
Firudin əmi bizim həyətdə süd satır, özü də mənim dostumdu. Mən ona deyirəm:
– Firudin əmi, mənə Lalə ver.
Firudin əmi deyir:
– Lalə? Laləni neyləyirsən, Səlim?
Mən deyirəm:
– İstəyirəm ki, mənim özümün Laləm olsun!
Firudin əmi deyir:
– Yaxşı, Səlim, əgər tapsam, sabah sənə lalə gətirərəm. Sabah Firudin əminin yanına gəlirəm. Mən deyirəm:
– Salam, Firudin əmi, mənə Lalə gətirdin?
Firudin əmi deyir:
– Gətirdim, Səlim, güclə tapdım, al.
Firudin əmi mənə bir dənə qırmızı gül verir. Mən deyirəm:
– Bu nədi?
Firudin əmi deyir:
– Lalədi. Yavaş götür, dağılmasın. Lalənin ləçəkləri çox zərif olur. Eh, Firudin əmi gör mənə nə gətirib?! Gül!..
Mən deyirəm:
– Firudin əmi, mən belə lalə istəmirəm...
Firudin əmi deyir:
– Bəs, sən nə cür lalə istəyirsən, Səlim?
Mən deyirəm:
– Mən bacım Lalədən istəyirəm.
Firudin əmi bərkdən gülür. Sonra deyir:
– Ay səni, Səlim!
Yenə mənə gülürlər. Heç belə də iş olar?
Kitabxana.az · https://kitabxana.az/en/works/elcin-men-lale-isteyirem
Use ← → keys to move, R for a random poem
More by this author
Zibagilin darvazasından bir nəfər çıxıb şıdırğı yağan sulu qarın altında addımlamağa başladı.Qaranlıqda onu tanımaq mümkün deyildi.
XX fəsilNeçə müddətdən bəri rayonda birinci dəfə idi ki, gün çıxmışdı, elə bil ki, günün beləcə çıxması rayondakı bütün taxtapuşlara, binalara, küçələrə bir şadlıq gətirmişdi və elə bil ki, küçələrdəki çılpaq ağaclar da indi belə bir gün şadlığının içində idi.Neçə müddətdən bəri rayonun yuxarısındakı uca dağlar da birinci dəfə idi ki, beləcə aydın görünürdü və o dağların başındakı qar da indi günün şüaları altında gümüş kimi parıldayırdı.
XXI fəsilYavaş-yavaş gün batırdı və Gündüz Kərimbəyli portfelini götürüb qonaq evinin darvazasından çıxanda Mürşüdlə üzbəüz gəldi.Mürşüd ayaq saxlayıb qonağa baxdı.
«Qarabağ şikəstəsi»(Fransız ətri və Ağadadaş iləBalacaxanımgilin Qırmızı
Poems by other poets
Ramazan ayı münasibətilə mollalar nağıl oxuyurlar.*On bir ay həsrətinə tab eyləməz can, Ramazan,
ŞairYürüdüyün yollar ülgü yoludur,Tannsal əslinlə könlün doludur.
Hərc-MərcÇərx cəfapişə gətir gərdişəBürk aldı qaç olubdu Şirvanımız
Səba, əhvalımı bir-birSəba, əhvalımı bir-birVarıb ol yarə ərz eylə.