Bizdən salam olsun arif olana
Bizdən salam olsun arif olana,Haqq nə gündə xəlq eylədi dünyanı?Yer ilə göy nə saatda bəhs etdi?Yer nə üstə bəndə saldı asmanı?
Asman nə istədi bari-xudadan?Xuda nə əmr etdi ərşi-əladan?Kim idi gəldi, kimi apardı haradan?Nə surətdə gördü Məscid-Əqsanı?
Nə ab ilə orda aldı dəstəmaz?Neçə rəkət əda eylədi namaz?Neçə kimsənəyə oldu pişnamaz?Onlar baqidimi, olubmu fanı?
Tez verəsən bu sözlərin isbatın:Nədəndi binası Abi-Həyatın?Hardadı məqamı Mələk əl-mövtun?Nə tövr ilə alır insandan canı?
Bu təzə kalamdı, olsun yəqini,Kəbə – qibləm, dinim – Məhəmməd dini.Atam – Əliməhəmməd, Göyçə sakini,Adım Ələsgərdi, yaxşı bil, tanı!
Kitabxana.az · https://kitabxana.az/en/works/elesger-bizden-salam-olsun-arif-olana
Use ← → keys to move, R for a random poem
More by this author
Bir adamsan, bir adama namə yaz,Mahalı incidib, eldən danışma!
DüşərsənMəğrurluq eyləyib "ustadam" demə,Vaxt olar, bir yerdə dara düşərsan.
GəlsinHər kəs sərdən keçib mərdü-mərdana,Baş qoysun bu yolda, meydana gəlsin!
Gözüm qaldı bir alagöz gəlindəGözüm qaldı bir alagöz gəlində,Sinəmi yandırır eşqin fərağı.
Poems by other poets · Divine love
Ey dil, rəva deyil ki mən əğyarə yalvarım,Sən rəhnümalıq eylə, gedim yarə yalvarım.
Yatmışdım, guşuma gəldi bir sədaYatmışdım, guşuma gəldi bir səda,Oyandım, əyləşib bir alişan şah.
نور معنی در جبین تاک می بینیم مادر قدح افشرده ادراک می بینیم ما
OlarGörməmişlər pul görəndə sevinər,Ağıl gedər, elə bil ki, məst olar.