Tellərin
Gözəl, sənin nə vədəndi,Kəsilib qısa tellərin?Kəlağayı əlvan, qıyqacıÜstündən basa tellərin.
Yanaqların güldü, solmaz,Oxlasan, yaram sağalmaz.Qaşın cəllad, gözün almaz,Bağrımı kəsə tellərin.
Bağban ağlar bar ucundan,Alma, heyva, nar ucundan.Ələsgər tək yar ucundanBatıbdır yasa tellərin.
Kitabxana.az · https://kitabxana.az/en/works/elesger-tellerin
Use ← → keys to move, R for a random poem
More by this author
Ala gözlü, nazlı dilbər,Elindən xəbərin varmı?!
Köpək oğluKim dedi, meşədən gətir cüt oxu,Dördünü yan-yana çat, köpək oğlu!
Qohum bildik, qoyduq adam yerinəQohum bildik, qoyduq adam yerinə,Xələt verdik, gəl Bəşirin toyuna,
MəhəmmədÜç yolla piyada gəldim qapına,Olmadın dərdimin halı, Məhəmməd!
Poems by other poets
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.
SevdiyimSizin yerdə nə adətdi Fərhada,Böhtan deyən aşinayə, sevdiyim.
OlduSalam olsun sənə, ey Hacı Kərim,Gözəllərin gözü xun-fişan oldu,
Təcnis: Kəlbin tək qapında payi-bəndəm mənKəlbin tək qapında payi-bəndəm mən,Sanma ki vəfada ya sənəm sənəm,