İnamın daş heykəli
İllərin dumanlı xatirəsindənYenə kəndimizə qayıtmışam mən.Qayıdıb gəlmişəm bura daş kimi,Gəlmişəm əbədi vətəndaş kimi.Saldat çəkmələrim qapqara daşdan,Şinelim, kəmərim qapqara daşdan.Daşdandır silahım, əsgər papağım,Daşdandır gözlərim, əlim, ayağım.Düşüb pyedestaldan yerisəm əgər,Bu daş addımımdan torpaq titrəyər.Adlayır önümdən kənd camaatı,Sürünü, naxırı, maşını, atıSürüb aparırlar qarşımdan mənim.Baxın, yaşıdımdır o çoban mənim...Kənddə deyərdilər ona qurd Alı,Gör necə ağarıb saçı, saqqalı.Yəqin haqlayıbdır yaşı səksəni,Fəqət qocalmağa qoymur daş məni.Bax, o da lal Cəbi, o da dul Bahar,Bu kənddə hamının bir ləqəbi var.Ancaq ləqəbinə uyuşmur heç kəs.Niyə uydurublar bu adları bəs?
Biri bu lal Cəbi —dünyanı gəzsənOnuntək danışan tapa bilməzsən.Amma adına bax!Ya da dul Bahar —Evi var, əri var, uşaqları var,Bəs niyə veriblər ona bu adı?Burda ad verirlər: tutdu-tutmadı.O da nar Bikədir,hanı narlığı?Gedib gözəlliyi, bəxtiyarlığı.Mən ona “gülöyşə narım” deyərdim,O vaxtın sözüylə “yarım” deyərdim.Bir eşq, bir məhəbbət yaşadır hərə.Nar Bikə bağlanıb daşa, mərmərə.O gəlir yanıma hər axşam, səhər,Hələ bu çiçəklər, bu tər çiçəklər!..Əli çatmasa da bu gün əliməİnamla bağlanıb daş heykəlimə.Mən daş gözlərimlə baxıram indi,Tanıya bilmirəm bizim bu kəndi.Kövrək bir cavandım burdan gedəndə,Dönüb qara daşa gəlmişəm kəndə.Ovaxtkı körpələr cahıllaşıbdır,Mənim yaşıdlarım ahıllaşıbdır.Hələ neçəsi də dəymir gözümə...Hərdən söyləyirəm özüm-özümə:“Daş heykəl olmusan vüqarlı, uca,Bəlkə yoldaşların çevrilib tunca?Bəlkə da qalıblar uzaq diyarda?Bəlkə uyuyurlar adsız məzarda?Bəlkə bu yüksəklik, ucalıq sənəVerilib onların xatirəsinə?Onların son sözü, andı, səsisən,Sal daşa çevrilmiş iradəsisən?Bəlkə sən onların təbəssümüsən?Onların rəmzisən, təcəssümüsən?..”Burdan Berlinədək gedib nizamla,Beş il vuruşdular onlar inamla.Qılınctək kəsəndə boran, şaxta, qar,Bir gün yaz gələcək-inanırdılar.Qəfil yaxaladı düşmənlər bizi...Neçə kəndimizi, şəhərimiziTərk edib geriyə çəkiləndə dəOnlar son zəfərə inanırdılar.Zülmət yağış kimi töküləndə dəGünəşli səhərə inanırdılar.Siz də, əzizlərim, inanın siz də —Hər nə itirsəniz — ürəyinizdəİnamı qoruyub saxlayın ancaq,Böyük faciədir inamsız olmaq!..İllərin dumanlı xatirəsindənÇıxıb,kəndimizə qayıtmışam mən.Daşdan yonulsa da mənim abidəm,Odlu, keşməkeşli yola şahidəm.Eh, nələr çəkmədik bu yollarda biz!Fəqət inam oldu müsafirimiz.Sanma heykəltəraş əməliyəm mən,Böyük bir inamın heykəliyəm mən!
Kitabxana.az · https://kitabxana.az/en/works/eliaga-kurcayli-inamin-das-heykeli
Use ← → keys to move, R for a random poem
More by this author
Eşqin bayrağından elə tutmuşam,Sanki məhəbbətin bayraqdarıyam.
Laklı çəkmə ayağındaLaklı çəkmə ayağında,Enli kəmər belində,
SaçlarAylar, illər, fəsillər qovsa da bir-birini,Tamam aça bilmirik bu həyatın sirrini.
Taleyimin göylərindəTaleyimin göylərindəYanan da sən, sönən də sən.
Poems by other poets
Ey yarım, sür dövranın, həmişə kim qalacaq,Kef elə, söhbət elə, həmişə kim qalacaq,
انک وی ساو و سامانی اژین انژانک وی دیل و وی یانی اژین انژ
Gəraylı: Ellər yaylaqdan qayıtdıEllər yaylaqdan qayıtdıNə yatubsan, oyan yarım
Qoyubdur intizarında, necin gəlməz, necin gəlməzQoyubdur intizarında, necin gəlməz, necin gəlməz?Həmişə ahu zarında, necin gəlməz, necin gəlməz?