Page 2 of 2 · 50%

– Orda nə var ki?

– Orda... — Zərrintac gülümsündü. — Orda həyat var, qardaş. Bu Kabilin hisindən, pasından uzaq olmaq, bir az da insan kimi yaşamaq istəyirəm.

– Məgər burda insan kimi yaşamaq olmur?

– Niyə, olar. Ancaq nə qədər olsa Kabil Parij deyil. Rəhmətlik qibləgahımız həmişə deyərdi, burda pul qazanasan, Parijdə xərcləyəsən. Yaşamaq-filan məsələnin bir tərəfidi, qardaş. Məni getməyə vadar eləyən daha ciddi səbəblər var.

– Nə səbəb?

– Siyasi məsələlərdi bunlar, Sən hələ cavansan, başa düşməzsən, amma indi Kabildə siyasi vəziyyət çox gərgindi. Əlahəzrət qoydu qaçdı, Sərdar Məhəmmədin də hakimiyyəti o qədər də möhkəm deyil, laxlayıb, Bu gün-sabah demokratlar, kommunistlər onun axırına çıxacaqlar. Onlar ki hakimiyyət başına gəldi, bizim kimi adamların işi fəna olacaq. Var-yoxumuzu, sözsüz, əlimizdən alacaqlar, deyəcəklər xalqın malıdır — özümüzü də ya öldürəcəklər, ya həbs edəcəklər. Başa düşürsən? Ya öldürəcəklər, ya həbs edəcəklər. Ona görə, mən neçə illərdi ki, atamdan mənə miras qalan pulları xarici banklara köçürmüşəm və bu mülkü də, maşını da satmışam, gedirəm. Sənə məsləhətim budur ki, sən də indidən ayıq ol, yavaş-yavaş pullarını dollara çevir — Sübhan sənə kömək eləyəcək — keçirt Şvetsariya bankına, lap istəyən olsa, şirkəti, müəssisələri yerli-dibli sat, elə ki gördün ara qarışdı, məssəb itdi, papağını götür, çıx məmləkətdən. Yoxsa qalıb burda məhv olarsan, səni səfil eləyərlər bunlar, Buna arxayın olma ki, sən Nəcməddinin oğlusan, sənə hörmət eləyib dəyib-dolaşmazlar. Yox, belə düşünsən, səhv etmiş olarsan. Mən bunları öz borcum bilib sənə deyirəm, istədiyimdən deyirəm, qardaş!

– Sağ ol, bacı. Ancaq... axı bura bizim vətənimizdi, bacı!

– Eh, nə vətənbazlıqdır, bala! Günün harda xoş keçdi, ora sənin üçün vətəndi.

– Nə bilim...

– Hər halda... vəziyyət belədir. Özün ağıllı oğlansan, baxarsan vəziyyətə, ölçüb-biçərsən. Mən hər halda Parijdən sənə məktub yazacağam, ünvanımı bildirəcəyəm. Lazım bilsən, gələrsə»... Amma gəlməli olsan, Əbdülün, xalanın boğazını kəsib gəlmə — onlar üçün müəyyən qədər puldan-paradan qoy, onlar sənin əziyyətini çox çəkiblər.

Söz bura çatanda Nəcməddin başını qaldırdı və bacısına sınayıcı bir nəzər salaraq:

– İndi ki Əbdüldən, xalamdan danışdın, mənə bizim ailəmiz haqqında ətraflı söhbət elə, bacı, — dedi. — O evdə bir çox şeylər mənə sirli, müəmmalı görünür, atam haqqında, anam haqqında mənə əsl həqiqəti söylə, bacı. Sən gedəndən sonra yəqin bütün izlər itəcək və mən çox şeyi bilməkdən məhrum olacağam. Çox xahiş edirəm, bacı, nə bilirsənsə, mənə de.

Zərrintac xanım uzun bir siqar yandırdı, bununla o, əslində vaxt qazanmaq istəyirdi. Nəhayət, fikrini cəmləyib dedi:

– Sənin atan—mənim atam ağayi Nəcməddindi, qardaş. Yaxşı bir kişi olub. Ağıllı idi, pul qazanandı, əhli-zövq idi. Əsl insan kimi yaşamağı bacarandı. Mənim anam öləndən neçə il sonra o, Dünya xanımı sevdi — sənin ananı. Düzü, mən razı deyildim onu evimizə gətirsin, çünki kişi çox qoca idi, o isə demək olar ki, uşaq idi. Amma gördüm çox sevir—dəli idi dərdindən yazıq. Nəhayət, icazə verdim, gətirdi evə, İnsafən, Dünya xanım çox gözəl idi, ağıllı idi. Kişiyə də çox yaxşı baxırdı, istəyirdi qibləgahımı. Bir neçə il keçəndən sonra sən dünyaya gəldin və onların həyatına əvəzsiz bir şirinlik gətirdin. Kişi lap bəxtəvər olmuşdu, dönüb təzədən uşaq olmuşdu sevincindən. Sonra, birdən-birə nə oldusa — bax, bunu bilmirəm — Dünya xanım yoxa çıxdı. O yoxa çıxan, bilinmədi necə oldu. Öldümü, öldürdülərmi. Küsüb getdimi, oğurladılarmı? Bir Allah bilir. O gedəndən sonra kişi düşdü, yaman düşdü. Dəli kimi olmuşdu. Danışığını, dediyini bilmirdi, tez-tez sayıqlayırdı qızdırmalı adam kimi. O kağızı da — o vəsiyyətnaməni də elə o dəlilik anlarında yazmışdı. Heç üç ay keçməmiş... kişi özünü məhv elədi. Onsuz yaşaya bilmədi. Bax, belə... Mənim bildiyim bu qədərdi, qardaş. Ancaq mənə elə gəlir ki, o Əbdül çox şey bilir — sirr dağarcığıdı. O bilir Dünya necə oldu, hara getdi, ancaq demir. Bir dəfə soruşmuşam, and-aman eləyib ki, heç nədən xəbərim yoxdu; Amma yalan deyir, o çox şey bilir. Mən də sonralar maraqlanmadım, çünki mənə olan olmuşdu— qibləgahım əlimdən getmişdi, heç kəs, heç nə onu geri qaytara bilməyəcəkdi. Taleyimlə barışıb susdum. Vəssalam.

– Sən bundan artıq heç nə bilmirsən?

– Yox.

– Bunları mən də bilirəm, bacı. Ancaq mənə elə gəlir ki, bizim ev sirlər yuvasıdı.

Zərrintac xanım yeni bir siqaret yandırıb damağına qoydu, havaya üfürdüyü tüstünün arxasından Nəcməddinin gözlərinə diqqətlə baxdı və onu şübhəli fikirlərdən (nə idi bu şübhəli fikirlər — Zərrintac özü də bilmirdi) uzaqlaşdırmaq üçün dedi:

– Olan olub, keçən keçib, Nəcmi. Sən başını boş şeylərlə yorma, yaxşısı budur ki, özün haqqında, öz gələcəyin haqqında düşün, qardaş. Sən hələ cavansan, həyatın irəlidədir

– Hə. Düzdü. Ancaq adam özünü yaxşı tanımalıdı, bacı. Özünün keçmişini hər kəs yaxşı bilməlidi — yoxsa yaşamaq mümkün deyil. Mənim anam... gecə-gündüz fikrimdən çıxmır. Mən onu ya tapmalıyam, ya bilməliyəm kim öldürüb. Öldürübsə... niyə öldürüb? Qəbri hardadı. Mən ancaq bundan sonra rahat yaşaya bilərəm. — Nəcməddin ayağa qalxdı: — Mən gedim...

Zərrintac da durdu:

– Gəl xudahafizləşək, qardaş. Mən səhər tezdən gedirəm. Dünyanın işini bilmək olmaz — bəlkə bir də görüşmədik.

– Səhər gəlib yola salaram səni.

– Yox, lazım deyil. Gəl səni maç eləyim. Özündən muğayat ol, qardaş. Sənə məktub yazacağam.

Qucaqlaşdılar. Öpüşüb ayrıldılar.

İkisinin də gözü dolmuşdu.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

İkinci hissə, onuncu fəsil

«O qız deyəsən səni yaman əfsunlayıb ha!» — Samirənin o vaxt, neçə ay bundan qabaq Şərifə haqqında söylədiyi bu sözlər Mürşüdün yadından heç cür çıxmırdı. Mürşüd elə o zaman, anası ilə danışarkən birdən-birə başa düşmüşdü ki, Şərifəyə biganə deyil. Bu hissindən uzun müddət utanmışdı. Bilirdi ki, cavan da olsa, qəşəng də olsa, əri var, uşağı var; ərini də tanıyırdı. Universitetdə iki kurs ondan yuxarı oxumuşdu oğlan. Buna görə, o deyib-gülməyi xoşlayan, açıq-saçıq danışmaqdan çəkinməyən Şərifəyə başqa gözlə baxmağı qətiyyən istəmirdi. Ancaq günlər, həftələr keçdikcə Mürşüd özü də bilmədən ona bağlanırdı. Qəribə idi ki, qız da onun xətrini çox istəyirdi. Başqalarına nisbətən ona daha yaxın idi və bunu hiss elətdirməyə çalışırdı başqalarına. Mürşüd bilmirdi, başa düşmürdü ki, bunu o, ürəyinin tələbinə görə eləyir, yaxud ona çox böyük hörmət bəsləyən direktorun oğlu olduğuna görə! Əlbəttə, Mürşüd atasının Şərifəni başqalarından uca tutduğunu aydınca görürdü, hiss eləyirdi — uşaq deyildi ki? Lakin bu hörmətin altında gizlənən məna ona çatmırdı. O, sadəcə olaraq, Şərifənin ərinə olunan bir hörmət kimi başa düşürdü bunu. Digər tərəfdən, Şərifə ilə direktor arasında yaranmış xüsusi münasibət barədə institut divarları arasında, ələlxüsus qadınlar içində gəzən «pıçapıçları» o eşitməmişdi — çünki heç kəs ürək eləyib bunu ona deməmişdi. Hər necə olsa direktorun qulağına çatsaydı, bunu dilə gətirən adam gərək elə o gün kitab-dəftərini yığışdıraydı, özünə başqa yerdə iş axtarmaq qayğısına qalaydı. Bunu isə heç kəs istəmirdi. «Hər kəs özünə cavabdehdi, kim nə eləyir özü bilər» — fikrinə bu məsələdə xüsusilə riayət olunurdu kollektiv arasında. Təbiidir ki, belə bir şəraitdə Mürşüd atası ilə Şərifənin münasibətindən xəbərsiz idi. Başqa cür düşünməyə isə onun əsası yox idi. Buna görə də, Mürşüd yavaş-yavaş, özü də hiss eləmədən Şərifəyə bir gözəl qadın kimi maraq göstərməyə başlamışdı. Bu maraq getdikcə güclənirdi və iş o yerə gəlib çatmışdı ki, bunu qadın özü də hiss eləmişdi. O bunu hiss eləyən an Mürşüd uşaq kimi qorxmuşdu — Şərifə ona çay verəndə... Mürşüd qeyri-iradi olaraq əlini onun kiçik və yumşaq əlinin üstünə qoymuşdu. Və gözləmişdi ki, indicə qadın əlini onun əlindən qoparıb üzünə taraz bir şillə çəkəcək. Ancaq bu, olmamışdı. Şərifə əlini tərpətmədən uzun kirpikli qara gözlərini dolandırıb Mürşüdün utancaq və qorxu içində pörtmüş sifətinə, qonur gözlərinə baxıb qəribə bir məsumluqla gülümsünmüşdü. Və sonra — Mürşüd üçün ən maraqlısı bu idi — Şərifə ondan qaçmamışdı, uzaqlaşmamışdı. Mürşüdün fikrincə, bundan sonra o, qaçmalıydı ondan. Lakin əksinə olmuşdu — Şərifə onunla daha tez-tez və daha mehriban danışmağa başlamışdı. Aydındı ki, bu, oğlanı hədsiz dərəcədə sevindirmişdi. Onu dəhlizdə, şöbədə, kitabxanada görəndə bəxtiyar olurdu, elə bil hava təmizlənirdi, elə bil hər yan Şərifənin vurduğu o qəribə ətrin qoxusu ilə dolub gözəlləşir, baharlaşırdı. Mürşüd o vaxt atasına demişdi ki, institutdan getmək istəyir. Bu onun qəti fikri idivə əgər atası o cür işləməkdə davam edərsə, hökmən gedəcəyini qərara almışdı. Ancaq sonralar onun bu qərarını Şərifə dəyişdirdi

8 min
İkinci hissə, on birinci fəsil

Evdə qıy vursaydın, qulaq tutulardı. Qonaq-qaralı, çal-çağırlı bu mənzildən Ceyhun öldürüləndən sonra, əl-ayaq kəsilmişdi, məclislər yığışdırılmışdı, cürbəcür maqnitofonlardan ucalan rəqslər, mahnılar susmuşdu. Salman Qurbanzadə zahirdə özünü tox tutmağa çalışsa da, içəridə, batində tamam məyus olmuşdu; deyən, gülən, hərə ilə öz dilində danışmağa çalışan Salman indi dindirsən dinirdi, dindirməsən yox. Fironluğu getmişdi. Nadirə ilə daha heç nə üstündə mübahisə eləmirdi. Əsas söz-söhbətləri elmi ixtilaflar olardı, bir də Ceyhun üstündə söz güləşdirərdi əvvəllər. Daha Ceyhun yox idi — onun gələcəyi, tərbiyəsi, oturuşu-duruşu barədə də danışıqlar, təbii ki, kəsilmişdi. Elmi mübahisələrə girişməyə də hövsələləri qalmamışdı. Ər-arvad bir-birinə çox mehriban olmuşdu. Nadirə xanım nə qədər kədərli, süst olsa da, Salmana əvvəlkilərə nisbətən daha yaxşı qulluq eləyirdi. Yeməyinə, içməyinə xüsusi diqqət yetirirdi. Salman isə daha onun üstünə qışqırmır, heç nəyin üstündə evə qanıqaralıq salmırdı. Yaxşı ki, bu yazı-pozu varmış. Hərə öz otağına çəkilib gecədən xeyli keçənə qədər başını kitablarla, yazmaqla qarışdırırdı. Və nə yaxşı ki, bu televizor da varmış. Yorulanda, sıxılanda televizoru yandırar, verilişin yaxşısını, pisini seçmədən, filmin maraqlı olubolmamasının fərqinə varmadan divanda əyləşib tamaşa edərdilər. Bəzən tək, bəzən ikilikdə, səssiz-səmirsiz; müzakirə filan eləməzdilər. Ən gülməli, uğunmalı şeylər belə ürəklərini aça bilmirdi.Nadirə hərdən evdə hökm sürən bu qəribə sükuta fikir verib düşünərdi ki, söz-hərəkətin, mübahisələrin, soyuqluğun, «döyüşlərin» əsas səbəbkarı yazıq Ceyhun imiş deyəsən. Döyüş onun üstündə gedirmiş, sən demə. Ceyhunun ürəyi, beyni, tərbiyəsi — boş ərazi kimi atanın, ananın fikrini məşğul edirmiş. Hərəsi ayrı-ayrılıqda da o beyni, o ürəyi «işğal» etmək, öz «bayrağını» sancmaq istəyirmiş. Salman öz bayrağını, Nadirə öz bayrağını. İndi o ürək, o beyin yox idi — onlar da susub oturmuşdular.

11 min
İkinci hissə, on ikinci fəsil

Salman işdən çıxıb bağa getmişdi, şənbə, bazar günləri orada qalacaqdı: nə qədər təkid eləmişdisə, Nadirə xanım boyun qoymamışdı, evdə qalacağını, yır-yığışla məşğul olacağını bildirmişdi. Yır-yığış deyəndə o, otaqları silib-süpürməyi, səliqə-sahman yaratmağı nəzərdə tutmurdu, haçandı ürəyində gəzdirdiyi, Salmana da açıb demədiyi bir işi görmək istəyirdi; Ceyhunun otağının bütün dər-divarını şəkilləri ilə bəzəmişdi, çarpayısını düzəltmişdi, kitab-dəftərini mizin üstə qoymuşdu; elə bir şərait yaratmışdı ki, sanki Ceyhun harasa getmişdi, haçansa gələcəkdi və bu otağa baş çəkən hər kəs belə düşünə bilərdi ki, bu otağın sakini olduqca səliqəli, hər şeyinin öz yeri olan bir adamdı. Nadirə xanım bütün bu səliqə-sahmanlı otağa bir ziynət də vermək istəyirdi; Ceyhunun müxtəlif illərdə, lap dili təzə söz tutandan son günlərinə qədər maqnitofon lentlərinə yazılmış — özü bilən, özünün xəbəri olmadan səbt olunmuş — səsini, sözlərini az qala üç-dörd qutunu dolduran kasetlərdən axtarıb tapmaq, hamısını bir lentə köçürmək və yadigar saxlamaq istəyirdi. Qış vaxtı da, istirahət zamanı da, yuxularında da heç cür yadından çıxara bilmədiyi yeganə ciyərparasının bir növ «mənzil muzeyinə» çevirdiyi bu kiçik otağa, gələnlərə gözlərinin qorasını sıxa-sıxa danışan Nadirə xanım, Ceyhunun sözləri, gülüşləri, çox sevdiyi mahnılarla da bəzək vermək arzusunda idi. Əslində o, oğlu haqqında başqalarına yox, özü üçün danışırdı və hər şəkil, hər söz Ceyhunu onun gözündə yoxluq, heçlik aləmindən geri, həyata qaytarır, dirildib canlandırırdı; yalnız bu zaman o, qəlbinin atəşinə su çiləyə bilirdi.Ceyhun maqnitofon «xəstəsi» idi. İndiyə qədər çıxmış bütün maqnitofonların — istər yerli, istər xarici olsun — elə bir markasını göstərmək olmazdı ki, lap təzə yayılan vaxtı almasın, istifadə etməsin və bir az sonra, yenisi şəhərdə peyda olan kimi, dəyər-dəyməzinə yoldaşlarından birinə sataraq təzəsini almasın. Xüsusilə Yapon maqnitofonlarını çox xoşlardı. Anası bu «xəstəliyinə» görə onu danlayıb-dansayanda, «bunun əvəzinə dərslərinə baxsan, heç də pis olmaz» — deyəndə, Salman, «dəymə, Nadirə, hərə bir şeyin bazı olduğu kimi, o da maqnitofon bazıdı, qoy uşaq kefini çəksin!» — deyib oğluna qahmar çıxırdı və çox vaxt, təzə maqnitofon almaq istəyən, ancaq pulu çatmayan Ceyhuna Nadirədən gizlin pul da verərdi. Ceyhun sevinə-sevinə gedib həmin maqnitofonu alıb gətirəndə birinci Salmanın kabinetinə keçərək kişini işdən ayırar, onun texniki məziyyətlərindən, başqa maqnitofonlardan fərqli və üstün cəhətlərindən böyük həvəslə, özü ixtira edibmiş kimi, ən azı yarım saat danışardı, atasının, özünün səsini yazardı, lenti geri hərləyib yazdıqlarına təzədən qulaq asardı. Bu hal, Ceyhun hər dəfə təzə maqnatofon alanda təkrar olunardı. Nadirə xanım belə hallarda narazılıqla başını tərpədərək Salmana deyərdi: «Bunda texniki sahəyə böyük maraq var, Salman. Deyəsən injinerdən-zaddan olacaq». O zaman Salman adəti üzrə əlini sinəsində gəzdirə-gəzdirə: «Hələ bilmək olmaz, Nadirə. Adicə maraqdı bu. İndi texnika əsridi, belə-belə işlərlə indi hamı maraqlanır» — söylərdi.

7 min
İkinci hissə, on üçüncü fəsil

İltifatın redaktoru olduğu «Zəka» divar qəzetinin yeni nömrəsi çıxmışdı. Əməkdaşlar ikibir-üçbir direktorun kabinetinin sol tərəfindəki taxta lövhədən asılmış dörd sütunluq, bir səhifəlik qəzetin qabağında ayaq saxlayır, oxuyub müzakirə edir, sonra danışa-danışa şöbələrə çəkilirdilər. Marağın səbəbi bu idi ki, İltifat üçüncü sütunda özünü Nurəddin Osmanzadəyə həsr elədiyi lirik poemasından bir parça vermişdi. Lap əvvəlində, iki-üç yağlı cümlə ilə Nurəddini dünyanın ən böyük alimləri ilə yanaşı qoyan bir ithaf da yazmışdı. Onun — Nurəddinin zəkası Günəşə bənzədilir, qələmi böyük qəhrəmanların qılıncından da üstün tutulurdu. Sözə, tərifə xəsislik eləməmişdi. Ürəyində, dilində nə qədər şirin və yağlı ifadə vardısa, səxavətlə işlətmiş, Nurəddini göyün yeddi qatına qaldırmışdı. Sütunun axırında isə mötərizə içərisində «ardı var» deyə qeyd olunan bu mədhiyyə, institut əməkdaşlarının böyük əksəriyyətində bir ikrah hissi doğurmuşdu. Bu gün, həftənin birinci günü, hamı başını aşağı salıb işləmək əvəzinə, İltifatın bu əttökən mədhiyyəsini müzakirə eləməklə məşğuldu. Şer, əgər bu adamların tanımadığı əfsanəvi bir qəhrəmana, alimə həsr edilmiş olsaydı, bəlkə də rəğbətlə qarşılanardı — çünki, insafən, misralar dolu idi, mənalı idi. Lakin məsələ bunda idi ki, üç-dörd nəfər dostunu, iki-üç yaltağı və simasızı çıxandan sonra, öz doğma oğlu da içində olmaq şərtilə institutun bütün kollektivi, hətta makinaçılar belə akademik Nurəddin Osmanzadə barəsində tamam ayrı fikirdə idilər və bu mədhiyyədə vəsf edilən cəhətlər, palçıq quru divarı tutmayan kimi, Nurəddinə də əsla yapışmırdı. Bir insan kimi zərrə qədər zərifliyi olmayan bu adam ən iti və duzlu bir qələmlə yazılmış felyeton qəhrəmanı ola bilərdi, ancaq şer qəhrəmanı yox. «Vallah, şer heyfdi, siz allah, şerə yazığınız gəlsin, onu namərd adamlarıa adı ilə ləkələyib öldürməyin, vallah, şer müqəddəsdi» — Sakit o «şeri» oxuyanda bayaq ürəyində belə demişdi. Kefinə soğan doğranmış Sakit gözlərini dördüncü sütunda gəzdirmişdi, bu iyrənc misraları unutmaq istəmişdi, lakin ovqatı daha da pozulmuşdu — çünki dördüncü sütunda yenə redaktorun adının baş hərfləri ilə — İ.A. — deyə imzalanmış bir neçə bənd şer parçası da gözünə dəymiş və istər-istəməz onları da oxumalı olmuşdu. Bu bəndlərdə dəhlizlərdə siqaret çəkib külünü (İltifat özü nə siqaret çəkən idi, nə də içki içən idi) gül dibçəklərinə tökənlər, işə gec gəlib tez gedənlər, pulla dissertasiya yazdırmaq xülyası ilə yaşayanlar (Yalan-gerçək camaat danışırdı ki, İltifat özü bu barədə zavod direktorunun qızı olan. Fazilə xanımla belə bir sövdələşmə eləyibmiş, hətta onun üçün bir məqalə də yazıbmış — bunu onun qələminə məxsus terminlərləçox asanlıqla təyin eləmək mümkünmüş — ancaq nəfsini saxlaya bilməyib qıza üstəlik eşq də elan eləyəndən sonra bu iş yarımçıq qalıb və İltifat, deyilənə görə, indi o qızın əlindən zəncir gəmirir) tənqid edilirdi. Bəndlərin biri isə, Sakitin ürəyinə damdı ki, onun özünə yazılmışdı. Sakit o zaman ona məsləhət verəndən sonra İltifatın üzü dönmüşdü, salamını da güclə alırdı. Qulağı çalırdı ki, guya Sakit onun paxıllığını çəkir. İltifat bu bənddə birini — çox güman ki, Sakit idi bu adam — paxıl adlandırmışdı və hələ üstəlik başının tükünün töküldüyünə də işarə eləmişdi. Sakit pərt olsa da, özünü o yerə qoymadı və İltifata bu barədə heç nə demədi.

17 min

Poems by other poets