Üçüncü hissə, on dördüncü fəsil
Gülmirənin əli işdən soyumuş, fikri dağınıq olmuşdu. Dindirsən dinir, dindirməsən nitqi tutulmuş adam təki lal-dinməz baxır, şəhərdə, institutda kölgə kimi gəzib dolanırdı. Ən gülməli söhbətləri belə təbəssümlə qarşılayırdı.
O, qəbiristanlığa çox getmişdi.— Orxanın məzarı üstünə. İndi də həmin çığırla gedirdi. O cığır Gülmirəni düz Əqdəmin qəbrinin yanına aparıb çıxarırdı, çünki o iki cavan bir-birinin yanında dəfn olunmuşdu. Qəbirləri də eyni cür idi, hasarları da, başdaşları da. Sən demə, yaşıd imişlər. Sevdikləri adam da bir olub — Gülmirə!
O gəlib iki qəbrin ayaq tərəfində, aralıqda dayanır, gətirdiyi gül dəstəsinin birini Əqdəmin qəbrinin üstünə qoyur, birini də Orxanın. Gül dəstələri də eyni olurdu. Bir srlur, bir saralırdı. Təzələnəndə də bir təzələnirdi.
Şirin arvad hər dəfə gələndə oğlunun da qəbri üstündə təzə gül dəstəsi görür, dəstələrin oxşarlığı, eyni gündə qoyulmağı onun da nəzərindən qaçmırdı. Sonralar Şirin arvad da gül dəstəsini qoşa gətirirdi.
Daxili aləminə qapılıb öz fikirləri ilə tək qaldıqca Gülmirə yorulub əldən düşdüyünü aydınca hiss eləyirdi. Belə vaxtlarda həyat onun üçün öz gözəlliyini, cazibədarlığını itirir və mənasızlaşırdı. Belə hallarda o, heç nə eləmək, hətta yemək belə istəmirdi. Belə sarsıntı keçirdiyi günlərin birində Nadirə Gülmirəyə xatırlatdı ki, daha işə girişmək, Orxanın ona tapşırılmış əsərlərini makinaya vermək, yazdırmaq, sonra təzədən oxuyub təshih eləmək lazımdır. O, işə başladı. Orxanın əlyazmalarını oxudu, diqqətlə, dönə-dönə oxudu, öyrənə-öyrənə oxudu. Professorun seçib hazırladığı əsərlərdən başqa, Gülmirə Orxanın çap olunmamış hekayələrini, şerlərini tapanda əvvəl gözlərinə inanmamışdı, lakin hekayələrin, şerlərin altında yazılmış tarix və Orxan sözü onun şübhələrini aradan qaldırmışdı. Demək belə! Orxan təkcə alim deyilmiş, o, həm də yazıçı imiş, şair imiş!
Bəs niyə o, indiyəcən bir hekayə, bir şer çap etdirməyib? Yoxsa bu onda ötəri bir həvəs imiş ki, gəlib keçib?
Diqqətlə əlyazmalarını mütaliə eləyən Gülmirə bu qənaətə gəlirdi ki, yox, bu ötəri həvəs olmayıb, o həmişə yazıb: şer də yazıb, hekayə də. Gülmirənin öz ağlına və az-çox zövqünə görə bu hekayələr, şerlər heç də çap olunan əsərlərdən geri qalmazdı, nə bədii cəhətdən, nə də fikir və mündəricə nöqteyi-nəzərindən! Şerlərini də «Pərişan sətirlər» adlandırmışdı. Biri belə idi:
Əgər insafın var gəl demə belə—
Arzular üstünə yağan qaram mən.
Xoşbəxtlə xoşbəxtəm, ölləm ölənlə,
Yetimə-yesirə havadaram mən.
Ey könül, qəmxar ol, insan dərdi çək,
Onsuz bu ömür, de, nəyimə gərək.
Birinə arxa ol, birinə kömək, —
Hər vaxt yaxşılığa can ataram mən.
İnsan! Min ehtiram bu böyük ada,
Yolunda ömrümü verərəm bada.
Eşqimi, sevgimi ona dünyada
Öləndən sonra da yaşadaram mən .
Gülmirə Nadirə ilə məsləhətləşəndən sonra, Orxanın çap olunmamış hekayələrindən və şerlərindən bir neçəsini hazırlayıb kiçik müqəddimə ilə qəzetə, jurnala təqdim etdi. Orxanın səsi mətbuat səhifələrindən gəlməyə başladı. Orxan öləndən sonra da əsərləri çap olunurdu. Oxuyurdular, təəssüf hissilə onu yad edirdilər. Gülmirə həmin günlər fikirləşirdi ki, alim, yazıçı, şair — qələm əhli, doğrudan da öləndən sonra da yaşayır. Əsərlərində, yazılarında, fikirlərində və kitablarında yaşayır. Bu ki əbədi yaşamaq deməkdir, bu ki ölməzlik deməkdir!
Gülmirə belə düşünə-düşünə əlində tutduğu qələmə baxırdı və fikrində qələmin sehrinə inam bəsləyirdi, inam isə Gülmirə üçün çox şey demək idi.
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-teyyare-kolgesi-ucuncu-hisse-on-dorduncu-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
İydə sovulmuşdu. Ancaq qollu-budaqlı ağacın əl-ayaq çatmayan nazik şaxlarının ucunda qalmış beş-altı iydə yeri-yurdu yandıran isti Gülüstan günəşi altında sarı kəhrəba dənəsi kimi parıldayırdı. İki boz sərçə cikkildəşə-cikkildəşə budaqdan-budağa atılır, iydələri dimdikləyir, həyətdə hökm sürən sükutu pozurdu.Saplağından üzülmüş iydə dənəsi ağacın kölgəsində həsirin üstündə oturmuş, ovduq-doğrama düzəldən Əfsanənin qabağına tappıltı ilə düşəndə gəlin səksənən kimi oldu. Bıçağı kasanın içinə qoyub iydəni götürdü; iydənin göynəyini sərçələr yırtmışdı — qabığını soyub ağzına atdı. Yaxşı yetişmişdi, xarlanmışdı. Tumunu çıxartmamış biri də Əfsanənin önünə düşdü, gülümsünə-gülümsünə onu da götürüb yedi və başını qaldırıb iydə «göndərən» sərçələri görmək istədi, lakin sıx, bozumtul yarpaqlar arasında gözünə heç nə dəymədi. Həsirin üstünə süfrə salınmışdı. Göy soğan, üç-dörd göy xiyar, arpa unundan bişirilmiş təndir çörəyi, üç dənə kasa və qatıq küpəsindən qeyri ortalıqda bir şey yox idi.
Birinci hissə, dördüncü fəsilArtıq günün şaxı sınmışdı: bozumtul yarpaqlı iydə ağacının kölgəsi sürünüb yerini dəyişmişdi. Hava azca sərinimişdi. Səbihənin iki saat qabaq yoğurduğu xəmir «gəlmişdi». Arvad dizlərini yerə qoyub gündələyirdi. Hasarın dibindəki təndirin qırmızı, tüstüqarışıq alov dilləri burula-burula yuxarı qalxır, yanan çör-çöpün, ot-əncərin qaralmış-bozarmış xırda gülləri havada oynaşırdı.Elməddin təzəcə payalarını basdırdığı çardağın üstündə dayanıb (elə bil, bu saat uçacaqdı) qamış döşəyirdi — altına odun-ocaq, tir-tikan yığmaq üçün. Yanacaq qışın yağışı-qarı altında qalıb çürüməsin deyə. Əfsanə tövlənin böyründə qalaqlanmış tikanı çardağın altına daşıyırdı. Heç kəs ona belə göstəriş verməmişdi — özü işləmək, evin işinə kömək etmək istəyirdi. Tikanların əlinin nazik dərisinə batdığı yerdən xırda-xırda qan qətrələri pırtlayıb çıxırdı. Göynərtisi ürəyini sızıldadırdı. Sanki əllərinin ikisini də biləkdən aşağı isti suyun içinə basıb pörşələmişdin — od tutub yanırdı. Dirəyin üstündən baxan Elməddinin gözü Əfsanənin qızarmış əllərinə sataşanda canıyananlıqla söylədi:
Birinci hissə, beşinci fəsilKəndin kənarındakı düzənlikdə qırmızı lalələr açılmışdı. Göz işlədikcə hər yan sanki alışıb-yanırdı, sakit bir atəşlə yanırdı. Hərdən çırpınan bahar mehi çöllərin allı-güllü xalısını dalğalandırırdı.Kömgöy çəmənlikdə ağır-ağır, tələsmədən addımlayan Elməddinin ayaqqabıları səhər şehindən islanmışdı. Ağ dağın zirvəsindən yenicə qalxmış Günəş hələ lalələrin xallı piyalələrindəki ağ mirvari danələrini ilıq nəfəsi ilə qurutmağa macal tapmamışdı.
Birinci hissə, altıncı fəsilElməddin evə qayıdanda Əfsanə damın böyründə çömbəltmə oturub qabağına qoyduğu iri, paxırdan qızarmış teştdə paltar yuyurdu. Su isti olduğundan teştdən buxar qalxır, bir az aralıdakı ocağın burulubucalan tüstüsünə qarışırdı. Ocağın üstündə iri su qazanı qaynayırdı.Əfsanə islanmış paltarları çəngələdikcə bədəni yırğalanır, su kənara sıçrayırdı. Başı, üzü açıqdı. Ağ dizləri görünürdü. Uzun hörüklərinin biri ağ çiynindən sürüşüb qabağa, o biri isə kürəyindən axıb yerə dəyirdi. Əndamı tərpəndikcə hörükləri də asta-asta yırğalanırdı.
Poems by other poets
رفتم از کوی تو لیکن عقبِ سر نگران
OynarYenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.
Bacıoğlunun dayıya ərizəsiAy dayı, gəl bölüşək hər nə ki var vəlvələsiz,Mən cəsarətsiz uşaq, sən kələmərd, hövsələsiz.
Məhəmməd bəy Arifə cavabMən kimi xəstəyə əlbəttə ki, həmam gərək,Necə kim aşiqə bir yari-güləndam gərək.