Page 2 of 2 · 50%

Saleh adəti üzrə, qapıdan girən kimi Reginanı öpərdi. Bu dəfə, uzun müddət görüşmədiklərinə baxmayaraq, onu öpmədi. Hələ heç əlini də vurmayıb ona. Saçlarını sığallamayıb da. Bütün bunlar Reginaya çox şey deyirdi. İlk həyəcanlı anlar keçib getdikdən sonra o, bunun mənasını yaxşı dərk edirdi: Reginanın xəyanətini yəqin bilir. Oğlan isə düşünürdü: «Gör necə artistlik eləyir? Guya Ceyhunun ölümündən xəbərsizdi. Guya sənə Samir deməyib? «Yox a!». Xəyanətkar». Bu an elə bil Regina onun ürəyini oxudu:

– A, yadıma düşdü... Samir mənə demişdi.

– Hə, demişdi. — Sonra birdən ciddiləşdi Saleh — Bura bax!.. Sənə min dəfə demişəm, mənim yanımda artistlik eləməyəsən. Mən hər şeyi bilirəm, Regina. Düzünü bilmək istəyirsənsə, Ceyhunu mən öldürmüşəm. Sənin üstündə. Bildin! Əgər bir yerdə ağzından qaçırsan, sənin hər tikəni qulağın boyda eləyərəm. Eşidirsən?.. Yox, eşidirsən?...

Reginanın rəngi ağardı:

– Eşidirəm. Mən heç nə bilmirəm, heç nə görməmişəm.

– Hə, bax, belə. Amma mən çox şey bilirəm, çox şey görmüşəm.

– Nə, məsələn?

– Məsələn onu ki, sən özün getdin onun yanına. İki saatdan çox qaldın orada. Çıxanda mən... qonşu evin blokunda idim.

– Məni görən kimi üzünü yana çevirdin, eləmi?

– Hə.

– Bəs niyə gəlib məni öldürmədin?

– Səni sonra öldürəcəkdim. Ondan sonra...

– Bəs sonra niyə yoxa çıxdın, gəlmədin?..

– İndi gəlmisən məni öldürməyə?.

Saleh çayını içə-içə:

– Yox... səndən sarı darıxmışam, ona görə gəlmişəm, Regina. — dedi — Səni öldürməyə ürəyim gəlmədi. Səni mən... Nə isə özüm də baş açmıram — çox istəyirəm.

Regina başını silkələdi, açıq sarı saçları kürəyində titrədi.

– İnanmıram. Adam öldürən insanın ürəyində məhəbbət ola bilməz, Saşa. Sən məni sevmirsən, sevə də bilməzsən; sən mənimlə əylənirsən, mən sənə bir qadın kimi lazımam. Çünki sən bilirsən mənim həyatımı — sən bilirsən ki, mən tək sənin deyiləm. Təkcə sənin olmağım üçün əvvəllər yenə hardasa imkan vardı — ərimdən ayrılan kimi. Onda sən mənə əyləncə kimi baxdın, yadına düşəndən-düşənə gəldin yanıma. Arada çox boşluq oldu və o boşluğu özgə, tanımadığım, bilmədiyim adamlar doldurdu. Mən əldən-ələ keçdim, üzüm üzlər gördü. Və bunu sən yaxşı bilirsən. Əvvəllər gizləməyə çalışırdım, amma indi yox. Mənasızdı, Saşa. Ümumiyyətlə mənim həyatım mənasızdı və özüm-özümə nifrət edirəm—çünki özüm günahkaram. Sizin bir yaxşı məsəliniz var, sanki mənə aiddi: «Özü yıxılan ağlamaz». Mən ərimi özüm qaçırtdım evdən. Sonra isə peşman oldum. O da məğrur çıxdı, qayıtmadı. Açığını deyim ki, sənə indi nifrət eləyirəm — sevməmişəm səni heç vaxt, bilirsən. Amma, sən Ceyhunu öldürəndən sonra bu nifrətim qat-qat çoxalıb... O oğlan hardasa ürəyimcə idi, sevinirdim onu görəndə; bu, mənim həyatımı bir az yüngülləşdirirdi. Sənin kimi kobud, qaba deyildi o oğlan. Ancaq onu da mənə çox gördün, əlimdən aldın. Mən bilirəm, o da axıra qədər mənim olmayacaqdı. Haçansa məndən doyacaq, bezəcəkdi, evlənəcəkdi. Hər halda mən bir müddət könül xoşluğu ilə yaşayacaqdım. İndi yaxşı adam tapmaq çətindi, Saşa. Bağışla ki, səninlə belə sərt və açıq danışıram. Mən indi səndən qorxmuram. Elə başa düşmə ki, yanımda sirrin olduğu üçün qorxmuram, yox. Mən satqın deyiləm. Mən elə adam olsaydım, indi sən həbsxanada idin, bəlkə də sağ deyildin. Ceyhuna çox-çox heyfim gəlsə də, səni satmaq fikrində deyiləm. Onsuz da o getdi, daha geri qayıtmayacaq. Sən tutulsan da, tutulmasan da, fərqi yoxdu, ömrün boyu əzab içində yaşayacaqsan, əgər ürəyin varsa. Yoxsa... elə belə yaşayacaqsan. Ancaq mən inanıram ki, heç bir pis əməl cəzasız qalmır həyatda. İnanıram ki, qan heç vaxt batmır, Saşa... Mən ölü, sən qalı. Ceyhunun qanı yerdə qalmayacaq... Bunu da bilirəm ki, onun ölümündə mənim böyük günahım var. Mən bu gün də olmasa, sabah bu cəzanı görəcəyəm, çəkəcəyəm. Bu, məni hər dəqiqə narahat edir. Səni görəndə isə çox pis hala düşürəm. Çalış, mənim gözümə daha görünmə, yanıma gəlib məni narahat eləmə, güdmə məni. Mən sənin arvadın deyiləm ki!... Qoy özüm bildiyim, istədiyim kimi yaşayım. Sən də azad adamsan — istədiyin kimi yaşa. Sənin yeri-

nə olsam, bu cür hərcayi həyatdan əl çəkərəm, gedib evlənərəm, başımı salaram aşağı, sakit ömür sürərəm. Buna sənin hər cür imkanın var. Saşa. Atan adlı-sanlı adamdı, pulun həmişə var, evin var. Yaşamaq üçün daha nə lazımdı ki?..

Saleh damağında siqaret Reginanı dinləyirdi. Qəribə idi ki, o, indiyəcən heç vaxt onu belə çox danışan görməmişdi. Elə bil, bu doqquz ay ərzində qadın tamam dəyişmişdi, ayrı adam olmuşdu. Həmişə gözüqıpıq olan, qorxan Regina, indi onun gözünün içinə «səndən qorxmuram!» — deyirdi. Ceyhunu ondan üstün tutduğunu söyləyirdi, ona məsləhətlər verirdi. Başı dumanlı olsa da, anlayırdı ki, Regina onun təxminən fikirlərini düz oxuyur; bu düşüncələr zaman-zaman Salehin ürəyində də baş qaldırırdı; ancaq bu cür aydın şəkildə yox. Demək, Regina ona nifrət eləyir, onu görmək istəmir — çünki Saleh onun xoşuna gələn oğlanı öldürüb. Gərək heç gəlməyəydi. Ceyhunu öldürdüyünü etiraf etməyəydi. Özünü danlayırdı, ancaq gec idi. Birdən satdı Salehi? Yox, satmaz. Özü də gedə bilər — bu qorxu onun ağzını bağlayacaq həmişə. Demək, Saleh artıq adamdı onun üçün. Ürəyə zor ola bilməz... Bu həqiqət onu üşütdü. Saleh büzüşdü yerində.

– Üşüyürsən? Çay verim?

– Çaydan kar aşmaz, Regina. İçmək istəyirəm, — deyib ayağa qalxdı və cibindən bir dənə beşulduz «konyak» çıxardıb stolun üstünə qoydu. Regina şüşəyə baxıb heç qımıldanmadı da. Saleh əl uzadıb iki dənə stəkan götürdü. Şüşəni açıb stəkanları yarıyacan doldurdu. Birini Reginanın qabağına itələdi.

– Mən içmirəm, Saşa!..

– Mən belə başa düşdüm ki, bu bizim axırıncı görüşümüzdü, Regina. Sən tamam dəyişmisən. Sən tamam başqa olmusan. Düzü, inanmasan da, mən səni çox istəyirəm, Regina. Ayrılmaq, səni itirmək istəmirəm. Sən dərindən fikirləşsəydin, məni öpərdin, bağrına basardın — çünki mən sənin üstündə əllərimi qana batırmışam, günah sahibi olmuşam və ömrüm boyu bu əzab içində yaşamağa məcbur olmuşam. Sən bunu başa düşmədin, qiymətləndirmədin. İndi sən mənə nifrət eləyirsən, məni qovursan. Mən bu həqiqəti artıq anlamışam ki, zorla qadına sahib olmaq olar, ancaq zorla onun ürəyinə girib orada qalmaq olmaz... Mən təəssüf edirəm ki, sən mənim qədrimi bilmədin — mən səni hamıdan, yad gözlərdən qorumaq istəyirdim, mən səni heç kəsə vermək istəmirdim. Ancaq, düz deyirsən, bacarmadım bunu. Götür içək, bu bizim son gecəmizdi, Regina. Xahiş edirəm, bu gün mənimlə kəmiltifat olma. Bu gecə məni qovma yanından. Kim bilir səhər başıma nələr gələcək.

Və sonra əlini stəkandan çəkib cibinə saldı, bir dəstə pul çıxarıb arasından beş dənə göy yüzlük atdı Reginanın qabağına və qəmli-qəmli gülümsünərək:

– Azdısa, yenə verim? — dedi.

—…

– Deyəsən azdı. Götür, — deyərək üç dənə də əllilik ayırdı. — Götür, Regina.

Regina pullara gözünün ucu ilə baxmadan:

– Bir gecə üçün çox deyilmi, Saşa! — söylədi.

– Bu, bir gecənin pulu deyil, bu, son gecənin puludu və bundan sonra olmayacaq bütün gecələrin puludu, Regina.

Regina ona baxa-baxa rəngli televizor haqqında düşünürdü. Rəngli televizor fikrində artıq evdəydi, qurulmuşdu, göstərirdi. O, hətta səsini də eşidirdi. Qızının arzusu, özünün arzusu yerinə yetmişdi. Və o, eyni zamanda fikirləşirdi ki, bu pullar Ceyhunun atasının-anasının pullarıdı; Mən elə hesab eləyərəm ki, bu televizoru mənim üçün Ceyhun alıb. Yox, Ceyhun bəlkə də bu qədər pul verməzdi.

– Götür, Regina. Götür, içək; bu gün mənim ən kədərli günümdür.

Regina əlini stəkana uzatdı. Yenə Salehin qızarmış gözlərinə baxdı. Doğrudan da o gözlərdə qəribə, indiyə qədər görmədiyi bir kədər vardı. Yazığı gəldi ona Reginanın. Bayaq dediyi sözlərə peşman oldu. Özünü danlayırdı ki, birdən Salehin səsini eşitdi:

– Ah, az qala yadımdan çıxmışdı.

—Nə?

O, pencəyinin döş cibindən kağıza bükülü bir şey çıxartdı, kağızı açıb qaşı par-par parıldayan üzüyü ona göstərdi, sonra Reginanın kiçik, ağ əlini əlinə alıb sadə, nazik nişan üzüyünü barmağından çıxarıb yerinə onu taxdı.

– Hə, necədi, xoşuna gəlir?

Reginanın dodaqları qaçdı — brilyantın şoxu sanki onun sifətini işıqlandırdı, yorğunluğunu silib yox elədi.

– Gözəldi, Saşa. Çox sağ ol!

Bu zaman... Saleh yerindən qalxıb onu qucağına aldı, dizləri üstə oturtdu və dodaqlarından, boyun-boğazından öpməyə başladı. Regina da onu öpürdü və pıçıltılı səsi eşidilirdi:

– Bağışla, əzizim. Xətrinə dəydim... Mənim sözlərimə fikir vermə. Bağışlayırsan məni?..

Nəfəsi təntimiş Saleh başını tərpətdi:

– Hə!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Birinci hissə, yeddinci fəsil

Məhəmməd Şəfi Rəhgüzar Elməddinin Zərrintacdan ayrıldıqdan sonra, onlarda yaşadığı günlərdə oğlanın sarsıldığını, ümidsizləşdiyini görüb onu təzədən, kim bilir neçənci dəfə danlamış, təsəlli vermişdi. Əhədulla isə Siminbər haqda söhbət etdiyi gün axşam Şəfi yenə Elməddini danlamışdı:– Darıxma, qardaş, Bu, həyatdır. Onun tərəqqisi də var, tənəzzülü də. Bəzən o, sənin başına gül-çiçək çələngi qoyur, bəzən ayaqlar altına salıb tapdalayır, qədir-qiymətsiz edir. İnsan gərək dözümlü olsun, iradəli olsun, nazik çubuq kimi tez .sınmasın. Amma görürəm ki, sən belə hallarda tez pərt olursan, darıxırsan; eybi yoxdur, hələ cavansan, nə görübsən ki, sən həyatda?... ...

6 min
Birinci hissə, səkkizinci fəsil

Elməddinin ağlına gələn fikir onu sevindirdi. Geriyə dönərək mizin üstünə çayniki qoyan Əhədullaya müraciət elədi:– Əhəd:

4 min
Birinci hissə, doqquzuncu fəsil

– Ustad, anam yuxuma girib, qəryəmiz yuxuma girib. Görürəm arvad gileyli-gileyli deyir ki, əcəb etibarsız oğul imişsən, bala. Elə biryolluq getdin, gör neçə ildi gedibsən, bircə kərə də dəyməyibsən ki, anamı tək, dörd divar arasında qoyub gəlmişəm, baş çəkim görüm ölüb, qalıb? Getmək istəyirəm, ustad. İstəyirəm gedəm anamın qəbrini ziyarət eləyəm, o doğma yerləri görəm. Baba demişkən, burnumun ucu göynəyir, ürəyim titrəyir, ustad, o yerlərdən sarı. — Elməddin bu sözləri böyük həyəcanla söylədi, elə həyəcanla ki, daha Məhəmməd Şəfi etiraz eləyə bilmədi və ürəyindən keçirdi ki, Elməddini indi danışdıran hisslər müqəddəs hisslərdi, onların qarşısında durmaq, susdurmaq, öldürmək özü günahdı. Nə qədər ki insan ürəyi belə döyünür, anaya, doğulduğu, boya-başa çatdığı, pərvazlanıb uçduğu torpağa qarşı ilıq, isti məhəbbət duyğuları ilə çırpınır, demək, o ürək sahibi əsl insani keyfiyyətlərə malikdi, o, həyatın, yaşamağın mənasını anlayır, qədrini bilir. Şəfinin şəxsən tanıdığı bir çox cavanlar vardı ki, onlar belə təmiz, ülvi hisslərdən məhrum idilər: günləri harda xoş keçsəydi, ora vətən idi, hansı ağbirçək qadın üzlərinə mehriban baxsaydı, o, ana idi onlar üçün! Belələri üçün müqəddəs heç nə ola bilməzdi dünyada. Ancaq, nə yaxşı ki, Elməddin belə deyildi. Elməddin indiyənəcən Şəfinin nəzərində ağıllı idi, bacarıqlı idi, dözümlü, təmkinli idi, qabiliyyətli idi. İndi isə başa düşürdü ki, o, üstəlik, nəcib bir insan imiş. Onun nəcibliyini Şəfi çoxdan hiss eləmişdi — o, həbsxanada olarkən ailəsinə pul verməsi ilə (bəlkə bu borc idi? O qədər borclu olduğunu bilə-bilə belə işlərə biganəlik göstərən görmüşdü ki, Şəfi!), adi bir sürücü olan Əhədullaya bəslədiyi ehtiram ilə bu nəcibliyini sübut eləmişdi. Əslində Şəfi düşünmüşdü ki, burda sən deyən elə fövqəladə nəciblik də yoxdur, bu, adi insanın borcudur, vəzifəsidir. Lakin indiki zamanədə—biganəliyin, laqeydliyin, öldürücü «eh, mənə nə dəxli» fəlsəfəsinin hökmran olduğu, insanların çoxunun, böyük əksəriyyətinin bu mərəzə tutulduğu zəmanədə bunlar, bu keyfiyyətlər qeyri-adiləşir, təəccüb, heyrət və çox vaxt sevinc doğururdu.Şəfi razılıq hissilə başını tərpətdi:

7 min
Birinci hissə, onuncu fəsil

Adamın öz evi, öz isti ocağı necə yaxşı imiş, rahat imiş! Ata yurdundan çıxdığı gündən keçən bu illər ərzində Elməddin haralarda yaşamamışdı? — çayxana günclərində, təpə üstündə açıq havada, Şəfigildə, ağayi Nəcməddinin işlər müdiri üçün ayırdığı tək otaqda, nəhayət, nəhayət, bərli-bəzəkli gəlin otağında — Zərrintacla birgə!..Bunların hamısı — hərəsi bir cür onu sıxmışdı, əzmişdi. Özgə paltarı geymiş adam kimi hiss eləmişdi özünü Elməddin. Hətta Zərrintacla yaşadığı o gen-bol, muzəyyən otaqlarda da o, qonağa oxşamışdı.

7 min

Poems by other poets