Diktor
Diktordu səsi ilə,yemləyir balasını,Səsi ilə bəsləyirsəs puluna aldığıTüfəngi, tulasını.Yazılanı oxuyur,Gördüyünü şərh edir.Bu kişinin dilindəyalan nədir, şər nədir.İşi çox ağır işdi,özü də azarkeşdiBizimkilər hər dəfəfutbolda uduzanda,boksda döyüləndə,güləşdə yıxılandayazığın babası yandı.Bundan ağır dərd olarrəqib qələbəsiniözün elan edəsən.Özün də bir kişisən,uşaqlara dədəsən –evə necə gedəsən?Heç vaxt heç kəs bilmir kibiz uduzan günlərdənələr çəkirsə diktorgecə səhərə kimidiktora dərman,diktora doktor...
Kitabxana.az · https://kitabxana.az/en/works/fikret-qoca-diktor
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Ey olan aləmara layiq sultan, samavar,Sənə müştaqıydı məcmu bəy və xan, samavar,
ŞairYürüdüyün yollar ülgü yoludur,Tannsal əslinlə könlün doludur.
MəniLeyli camalını görəndə dilbər,Eylədi Məcnun tək divanə məni.
İrvanən və şərurəBir qulaq ver mənə, ey sahibi-əqla və şüura,Gözün aç, seyr elə bu aləmi dəhra və dühura,