GecəGizlicə, gizlicəOğurlanıb soxulurİnsan həyatıma yuxum.Yuxuda görürəm ki, dünyada yoxam.Hələ bu Yer kürəsi də maviliklərinDərin sükutu içində balaca bir qayıqmışOd alıb elə yanır ki, yanır elə bilbir çəngə qalmış.yanır:yer,göy,su,hava.– Sus,davabaşlayıb –deyirbir səs:“Partlayış!DeyirlərXX əsrinSəbri partlamış”Yanır kirpiklərdə yaş,Yanır arzu, murad, təlaş,Ömrün yoludur yanan qarşımızda.Zəhər yağır kirpiyimizə, qaşımıza.Əsir çəhrayı rəngli əcaib bir küləkYuxudan gözlərimi açıram hövlnak.Bir tərəfdə günəş – xeyirxah bir işıqYadıma düşür,Axşam yuxudan qabaq Xirosimadan danışmışıq.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets