Baş üstə
Ana durur övladının başı üstə,Allah durur ananın başı üstə.Allahdan yuxarı kimsə yox!Baş əyir hamı onun qüdrətinə.Ulduzlar deyir: – Baş üstə,Kainat deyir: – Baş üstə,Təbiət deyir: – Baş üstə,Göy-Yer deyir: – Baş üstə!İnsanlar da aciz, müti…Min illərdi,Gündüzün günorta çağı,Əldə çıraq axtarırlar həqiqəti.Zaman-zaman, nəsil-nəsil,dizin-dizin, yer-yerdənmehrabların önündəelə «baş üstə» deyə-deyə,heçlikdən gəlib, gedirlər heçliyə,görəsən, niyə?Nədir bu sirri – xuda?Bilə-bilə ki bir heçsən axırda,Yaşamağa dəyərmi?
Ana durur övladının başı üstə,Allah durur ananın başı üstə.Sabah o uşaq da böyüyəcək,O da deyəcək: – Baş üstə!
Avqust, 2006
Kitabxana.az · https://kitabxana.az/en/works/fikret-sadiq-bas-uste
Use ← → keys to move, R for a random poem
More by this author
Yol yoldaşım məndən əvvəl kupeyə gəlmişdi. Şoğu azalmış, kömürü qaragözlü, ağ üzü soluxmuş xırdaca bir gəlindi. Gözünün ucu ilə də olsun pəncərəyə baxmırdı.Sonra bildim ki, əhd eləyibmiş, qatarda ilk gördüyü adamı bağrına basıb, qucaqlasın. Amma iki həftənin intizarı, on dörd günün iztirabı qollarının taqətini alıbmış. Üstəlik qatar gecikdiyindən bir az da ürəyi sancıb, gözləmə zalından tibb məntəqəsinə, ordan da şəfqət bacısının qolunda kupeyə gəlibmiş.
Daş balkonBu hekayəni Aysel quraşdırdı, mən yazdım. Bu hekayəni Aysel danışdı öz uşaq diliylə, mən dilmanc oldum. Deyərlər ki, lalın dilini ata-anası bilər.Bir dəfə uzağa getmişdim. Aysel bərk darıxıbmış məndən ötrü. Anasından, qardaşlarından, gelib-gedəndən hey məni soruşarmış…
Kinomexanikin bacısı(İlk məhəbbət haqqında daha bir hekayə)*Bu hekayəni itirmişdim. Əlyazması belə tapılmadı. Bu günlərdə köhnə kağızlarımın arasından çıxdı. Mənə dünyanı bağışladılar, elə bil. İstəyirəm bir də işıq üzü görsün bu hekayəm.
Ayaması Düznəqulu olan bir qocanın «Min bir gecəsi»IBu əhvalat çoxdan olub,
Poems by other poets · Divine love
Xudaya, mən düşən dərdə sən əğyarı giriftar et,Mənim tək yar yanında, xudavənda, onu xar et
میم سپاسی کجاست تا که نگویدعارف بیچاره دادخواه ندارد
سری به سینه خود تا صفا توانی یافتخلاف خواهش خود تا خدا توانی یافت
ای یار، ندانم که چه رسمست و چه آیین؟گه ساقی جانهایی و گه محتسب دین