Yenə düz söz
Birdən, bir də baxıb görürsən ki,ağzından bir söz çıxdı.Vay onda ki, tərslikdən o söz dədönüb düz çıxdı.
Onda görəcəksən, qardaş,Araya qan-qada düşdü.Baş yarıldı, qaş partladı, göz çıxdı.
Elə burda 37-i yada düşür,Deyirsən, 37-yə şükür!Düz sözümdür, qardaş!Düz sözümdür, düz sözüm!Düz sözə öyrəşməmişik,Düzlüyü haçan görmüşük?
Bakı, 1991
Kitabxana.az · https://kitabxana.az/en/works/fikret-sadiq-yene-duz-soz
Use ← → keys to move, R for a random poem
More by this author
Müşviq yoxsa Müşfiq?Sevimli şairimiz Mikayıl Müşfiqi kim tanımır ki? Di, gəl, bu başı bəlalı şairin adını aparıcılar, qəzetçilər, hətta müəllimlər də düz demir.
İki toponimBaba Zənan, yoxsa Baba Sənan? Salyan rayonunun yaxınlığında Baba Zənan adlı bir dağ var. Bu adı tərcümə eləyəndə Baba Zənan təxminən «Qadın Baba» dağı olur. Baba qadın olmaz ki? Bəs, bu nə deməkdir? Bir bunun mənasını açmaq istəyən yoxdur, bəyəm? Baba Zənan yer adı bu vaxta qədər nəşr olunan bütün xəritələrdə bu şəkildə yazılıb. Bütün Azərbaycan və rus coğrafiya dərsliklərində də eynən bu cür öyrədilir.Yalnız M.B.Baharlının kitabında həmin bu dağ Baba Sənan adlandırılmışdır. O yazır ki, «Salyanlı qocalarla söhbət etdik, onlar dedilər ki, bəli, orda (bir) pir vardı. Baba Sənan piri. Elə ona görə də bizlər o dağa Baba Sənan deyirik. O adı xəritəyə salan şəxs dili bilmədiyindən Sənanın yerinə Zənan yazmışdır və bu təhriflə ədəbiyyata daxil olmuşdur». («Azərbaycanın bəzi coğrafi adları» kitabı. Maarif nəşriyyatı, 1972, səh. 57). Bu kitabı yazanlar 1954-cü ildən bu suala cavab axtarırlar. O vaxtdan 55 il keçir. 55 ildir ki, alimlər nigaran qalıblar. Halbuki, cavab o sözün özündədir. Amma bu təhrifi nə bu adı xəritəyə salan şəxsin, nə də Salyan qocalarının adlarına çıxmayın. Onların zərrə qədər də suçları yoxdur.
Üç qat qala divarıNəcib Fazil QısakürəkTürk dünyasının bu görkəmli şairinin adını ilk dəfə mən 60-cı illərdə «Sovremennaya tureçskaya poeziya» kitabında gördüm. Şeirlər hətta rus dilində də öz türklüyünü, sadəliyini, hecalığını və məxsusiliyini qoruyub saxlamışdı.
İstanbulda bir uşaqŞair Arif Abdullazadənin xatirəsinə*Arif! Sən dünyadan köçəndən az sonra «Beynəlxalq Rəsul Rza mükafatı laureatının şeir antologiyası»nı gördüm. Aldım, baxdım. Burdakıların hamısı mənə doğma adamlardı. Birdən sənin bir şeirinə rast gəldim. Bu şeiri mən əvvəllər görməmişdim. «İstanbulda bir uşaq» adın altında mötərizədə «lövhə» yazılmışdı. Lövhə cansız şəkildir. Burada həyat aşıb-daşır. Odur ki, bu şeirin adının altında mötərizəsiz-zadsız «həyat» yazılmalıydı. Bugünkü dünya üçün çox aktual olan bu şeir bütöv bir dastana dəyər.
Poems by other poets
Bağ arası sular daşar,Qönçə güllər pıçıldaşar.
Vay günüGör necə dönübdür dövri-zamanə,Vay günüdür müsəlmana vay günü,
AxtıAxtının bax necə gör yaxşı gözəl halları var,Danışan şirin-şirin farsi-ərəb dilləri var,
Qəzəl: Getməz qonaq budur ki aliyi-mədardənGetməz qonaq budur ki aliyi-mədardənTa yetməsə xəbər ona fəsli-bahardən