Bu bəhri-niylgun min mövc hər saat əyan eylər,Ülül-əbsarə bir-bir kəşfi-əsrari-nəhan eylər.

Nişani-kəsrəti-əşya dəmadəm əhli-təqlidəRümuzi-nukteyi-tövhidi-Həq xatirnişan eylər.

Bəyani-macərayi-masələf hal əhlinə bir-birZəbani-halilən keyfiyyəti-qüdrət bəyan eylər.

Tənə’ümdə qürurü fəqrdə hirman şüar etməKi, hikmət bu iki halətdə xəlqi imtəhan eylər.

Verür fəqr içrə şükr əhlinə qədri-Musiyi-İmran,Tənə’üm içrə tərk əhlin Süleymani-zəman eylər.

Xoşa ol kim, bilib fəqri tənə’üm, mülki-dünyanınYoxun eylər təsəvvür var, varın yox güman eylər.

Ziyanü sudini dəhrin fəna fəhm eyləyən arif,Həyatın sud sövdasilə sərf etsə, ziyan eylər.

Yamanlıq, yaxşılıq keyfiyyətin mə’lum edən aqil,Yamanlıq edənə yaxşılıq etməzsə, yaman eylər.

Fələk guya degil əhli-fərasət kim, fəna əhliCəfasından onun peyvəstə fəryadü fəğan eylər.

Mən ondan istərəm tə’zimü təkrimü təvanalıq,Məni gün-gündən ol zarü zəifü natəvan eylər.

Tənimdə zə’fdən bir üstüxan qalmışdurur, gərdunMüdam ol üstüxani qəm xədənginə nişan eylər.

Nəçün kim xakidani-aləmi-süflidə adətdir,Kəmandar ox atan saət nişanın üstüxan eylər.

İrişməz kimsədən əhvalimə feyzi-nəzər, bəs kimMəni zə’fi-bədən daim nəzərlərdən nihan eylər.

Könül viranəsin mə’mur qılmaq qəsdinə çeşmim,Üzarim üstünə cədvəl çəkib sular rəvan eylər.

Bieyni öylə kim, cədvəl çəkib sular qılıb cari,Əmiri-kamiran viranə yerlər abadan eylər.

Məhi-övci-səxa Əlvənd bəg, k’ol mə’dələt pişəKi, ədli hər zaman ruhi-Rəsuli şadman eylər.

Zəhi saleh ki, daim iqtidayi-əmri-mə’rufunİtaət əhlini asibi-duzəxdən zəman eylər.

Ona qılsın itaət buyruğiylən eyləsin taət,Qiyamət vəqti hər kim meyli-gülzari-cinan eylər.

Verir Qur’an yerinə sihhəti-taət əgər zahid,Nəmaz içrə duayi-dövləti virdi-zəban eylər.

Əgər tə’lim versə surəti-divarə əhli-dil,Qılıb kamil qamu mə’nidən onu nüktədan eylər.

Əya pakizə əxlaqü fələkqədrü mələksiyrətKi, hər nakamə yetsə iltifatın kamiran eylər.

Bəhar əyyaminə gər feyzi-əxlaqın əsər salsa,Həvasini qılır canbəxşü əbrin dürfəşan eylər.

Xəzan fəslini gər təb’i-lətifin tərbiyət qılsa,Tökər altun vərəqlər, adını bərgi-xəzan eylər.

Kəmali-himmətin çün mülk tə’mirinədir sa’i,Qamu səhraləri, əlbəttə, bağü busitan eylər.

Bu gündən sonra qalmaz hiç viran mülk, heyranəmKi, cüğd abad yerdən qaçsa xanda aşiyan eylər?

Bu gündən sonra səhralar olur mərdümnişin, ya Rəb,Əgər vəhşi gəlib ram olmasa, qanda məkan eylər?

Verir tə’mir mülki-bayirə barani-ehsanin,Nəçük kim, abi-Xızr əmvati həyyi-cavidan eylər.

Sənə taət yetər ancaq bu kim, daim həvadisdənXəlayiq hifzini məhruseyi-əmnü əman eylər.

Xudavənda, sənə mənsubdur əhkami-şər’iyyə,Nəçük gərdun mənə dövründə cövri-bikəran eylər.

Nə heyf etdim ona kim, dönə-dönə heyf alır məndən,Nəsin öldürmüşəm kim, ləhzə-ləhzə qəsdi-can eylər?

Günahsız bağrımı qan eylədi caizmidir böylə?Rizayi-Həqq üçün bir sor ki, nahəq nişə qan eylər.

Füzulidən götürmə sayeyi-əltafü ehsanın,Kəmali-ədlini zikr ilə məşhuri-cəhan eylər.

Ümidim var kim, ta asimandır dövrlən dair,Sənin rə’yincə olsun dövrlər kim, asiman eylər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets