Getdi əldən sənəmin sünbili-mişkəfşani
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme.
Getdi əldən sənəmin sünbüli-mişkəfşani.
Yenə dövr etdi pərişan məni-sərgərdani.
Öylə mötad olubam atəşi-hicranına kim,
Görməsəm yandırar, əlbəttə, məni hicrani.
Göydə ahim yeli söndürdü çirağın günəşin.
Yerdə əşkim ayağa saldı düri-qəltani.
Göz bəyazinə çəkər ləllərin surətini,
Dəmbədəm xameyi-müjgan ilə, bağrım qani.
Çıxdı can kimsəyə izhar edə bilmən dərdim,
Nedəyin, ah, bu dərdin nə olur dərmani?
Ey sitəm daşını bidərdlərə zae edən!
Yapa gör bir neçə daş ilə dili-virani.
Versə can, yetməsə cananə, Füzuli, nə əcəb
Hər kişi kim, sevər öz cani üçün canani.
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-getdi-elden-senemin-sunbuli-miskefsani
Use ← → keys to move, R for a random poem
More by this author
Qəm diyarında əcəl peyki güzar etməz mana,Yox sanıb varım məgər kim, e’tibar etməz mana.
Canımın cövhəri ol lə’li-gühərbarə fədaCanımın cövhəri ol lə’li-gühərbarə fəda,Ömrümün hasili ol şiveyi-rəftarə fəda.
Qəmzəsin sevdin, könül, canın gərəkməzmi sanaQəmzəsin sevdin, könül, canın gərəkməzmi sana?Tiğə urdun, cismi-üryanın gərəkməzmi sana?
Şəb ki, miftahi-məhi-növ ola gəncinəgüşaŞəb ki, miftahi-məhi-növ ola gəncinəgüşa,Qıla peymaneyi-gərduni cəvahirpeyma.