Bu, Leyli əhvalından bir xəbərdir və mə'şuqü aşiq ətvarından bir əsərdir
What is a masnavi?
Masnavi: a long poem in self-rhyming couplets, usually an epic or a tale.
Saqi, mütəəllimi-xumarəm,Müştaqi-şərabi-xoşgüvarəm!
Üftadəligim gör, etmə ehmal,Rəhm et, bir eyağ ilə əlira al!
İzhar qılıb səfayi-məşrəb,Bu bəzmi çü eylədin mürəttəb,
Bəzm əhlinə növbət ilə ver cam,Həm xas riayət eylə, həm am!
Məcnunə həmin şərab tutma,Leyliyi kİ, əsldir unutma!
Dehqani-fəsihi-farsizadBu gülşənə böylə dikdi şümşad
Kim, ol çəməni-vəfa bəhari,Daği-qəmi-eşq laləzari,
Yə'ni rəvişi-vəfadə möhkəm,Leyli, sədəfi-cəvahiri-qəm
Girmişdi həsarə gəncmanənd,Urmuşdu ayağə pənddən bənd.
Nə bir fərəhi, nə bir nişati,Nə kimsə ilə bir ixtilati.
Bizar atadənü anadən,Biganə cəmii-aşinadən.
Yanına olurdu xublər cəm',Pərvanəsifət həvaliyi-şəm',
Şad olmağa xatiri-həzini,Əylənməyə təb'i-nazənini
Min türfecə-türfəcə fəsanəŞirin söz ilə çəkib bəyanə,
Eylərlər idi zaman-zaman yad,Təqrib ilə, ləhzə-ləhzə bünyad.
Ol tərk qılıb nişatü rahət,Bir üzvünü eyləyib cərahət,
Eylərdi bəhanə ilə nalə,Düşməzdi olar düşən xəyalə.
Qızlar qaşa versə vəsmədən rəng,Can güzgüsünə salardı ol jəng.
Qızlar üzə qoysa nildən xal,Ol nilə çəkərdi rəxt filhal.
Qızlarda xəyalı-nəqşi-diba,Ol nəqşi-xəyal ilə şəkiba.
Qızların əli hənadə gülgun,Onun əli əşki ilə pürxun.
Nə ignədə, nə ipəkdə meyli,Müjganə tökərdi əşk seyli.
Qızlar qılıb arizuyi-ziyvər,Gər riştəyə çəksələrdi gövhər,
Ol dəxi çəkərdi eyləyib rəşk,Tari-bədəninə gövhəri-əşk.
Məcnundan idi cürtuni əfzun,"Leyli" deyənə deyərdi "Məcnun!"
Dünlər ki, gedib yanından ol cəm',Bir guşədə ol qalırdıvü şəm'
Şəm'ə qəmi-dil bəyan edərdi,Suzi-cigərin əyan edərdi.
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-leyli-ve-mecnun-31
Use ← → keys to move, R for a random poem
More by this author
بیا ساقی آن شهد شیرین مذاقکه ما را باو هست صد اشتیاق
Saqi-nama, chapter 15شبی داشتم مطربی همنشینوزو بود بزمم چو خلد برین
Saqi-nama, chapter 16خیز ساقی، بساط می برچینمی به مستان مده زیاده ازین
Həmdi-bihəddHəmdi-bihədd, ol mütəkəllimi-nütqafərinə ki, səfineyi-ümmidi-sükkani-bihari-bühuri-nəzmi təməvvüci-istiğraqi – “vəşşuərau yəttəbiuhum-ul-ğavun” . müstəğrəqi-girdabi-hirman etmişkən, silsileyi-istisnai-“illəl-ləzinə amənu”. bıraqub, şüərayi-islami səhihü salim sahili-nəcatə çəkmiş və sıpasi-biqiyas ol nazimi-asimanü zəminə ki, bəsməleyi-nəzmin əfsəri-fərqi-fürqan edüb, məzrəeyi-qülubi-əhli-irfanə nihali-məvəddəti-kəlami-mövzun dikmiş.Qit’ə
Poems by other poets
Təbib təbiətdən yazım gələndə,Saldı qələmini tər sinəsinə,
TiflisinQazılar, sizdə bilin necədir halı Tiflisin,Əkləşüb Sərdar Orbəl cah-cəlalı Tiflisin,
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canıDağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.
Yara yüzGözəl adam, gəl Allahı sevərsən,Daldalanma, bir də görkəz yara yüz.