Bu, Leylinin çirağla macərasıdır və ondan çareyi-dərdi-dil təmənnasıdır
What is a masnavi?
Masnavi: a long poem in self-rhyming couplets, usually an epic or a tale.
"K'ey didəsi bağlı, bağrı dağlı'Başı qaralı, ayağı bağlı!
Gəl, olalı həmnəfəs mənü sən,Razi-dili-zarin eylə rövşən!
Nə dərd səni nizar edibdir,Alüftəvü zərdü zar edibdir?
Başdan ayağa nədir bu yanmaq,Dudi-dilə dəmbədəm boyanmaq?
Nə cinsdir əslin, ey bəlakəşKim, abi-həyatın oldu atəş?
Şərhi-dili-gərmü çeşmi-tər ver,Sərrişteyi-razdən xəbər ver!
Hər ləhzə düşərsən iztirabə,Həm atəşə qərqsən, həm abə.
Nə sehr qılırsan, ey səhərxizKim, atəşin abdən olur tiz?
Mən suxtədən həm olma qafil,Məndə dəxi var bir qəmi-dil.
Mən həm sənə bənzərəm vəfadə,Bəlkə neçə mərtəbə ziyadə.
Sən gecə həmin yanarsan, ey zar!Mən gecəvü gündüzəm giriftar.
Səndə əsəri-həva ziyandır,Nisbət mənə rahəti-rəvandır.
Xoşdur sənə sirrini, töküb yaş,Məclislər içində eyləmək faş.
Könlün çü degil vəfadə qaim,Könlündəkidir dilində daim.
Mən sabiti-ərseyi-bəlayəm,Ney kimi xəzaneyi-həvayəm.
Olmam olur-olmaz ilə dəmsaz,Başım kəsilirsə söyləmən raz.
Derdim sənə söyləyəm qəmi-dil,Səndə dəxi tab yox, nə hasil?
Doymaz cigərim bu şərhi-razə,Ahım gətirər səni güdazə.
Bir yarə bu dərdi eylədim faş,Olmadı mənə bu yolda yoldaş.
Səbr eyləmədi bu dərdü dağə,Qatlanmadı, düşdü daşa-dağə.
Yanında sənin həm urmayam dəm,Ta qaçmayasan irağə sən həm".
Şəm'in çü görərdi yox zəbanı,Dəm urmağa yox yarımda canı,
Pərvanəyə şərh edərdi razın,Ərz eylər idi olan niyazın.
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-leyli-ve-mecnun-32
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Huş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.
KəklikCanım kəklik gözüm kəklikYerişin yarıma bənzər
AxtıAxtının bax necə gör yaxşı gözəl halları var,Danışan şirin-şirin farsi-ərəb dilləri var,
ƏsliRast gəldik şükr gördüm cəmalın,Məhşərə qaldı divanım Əsli