Bu, Leylinin pərvanəyə kəşfi-razıdır və onunla filcümlə izhari-niyazıdır
What is a masnavi?
Masnavi: a long poem in self-rhyming couplets, usually an epic or a tale.
"K'ey, tairi-aşiyaneyi-eşq!Sərgəşteyi-abü daneyi-eşq!
Sənsən rəhi-eşq içində sadiq,Aşiqsən, əmma təmam aşiq.
Bir görməgə yarı can verərsən,Bir zövqə iki cahan verərsən.
Xoşdur tələbi-vəfadə halın,Guya ki, fənadədir vüsalın.
Hər necə ki, şöhreyi-cahansan,Eşq içrə səramədi-zamansan,
Müşkül ki, mənim kimi olub zar,Məncə ola səndə şövqi-didar.
Sən seyrdəsən həmişə sərməst,Mən dami-bəladə dərdə pabəst.
Dünlər sənə dust həmnişindir,Hicran mənə müttəsil qərindir.
Bir şö'ləyə sən nisar edib can,Düşvar qəmin qılırsan asan.
Mən can ilə istərəm çəkəm qəm,Min can dilərəm qəm içrə hər dəm.
Məncə sənə yox qəmi-nihani;Gər var desən, qanı nişani?
Qanı nəmi-çeşmi-əşkrizin?Qanı dəmi-sərdü gərmxizin?
Qanı sitəmü bəlayə durmaq?Eşqə duruşub cəfayə durmaq?"
Pərvanədə həm görərdi nöqsan,Bulmazdı onunla dərdə dərman.
Naçar qılıb təhəmmülü səbr,Ol kəsra dilərdi qeybdən cəbr.
Yan gecələr ki, çeşmeyi-xabGözlər çəmənin qılırdı sirab,
Zülmatə düşərdi nuri-biniş,Aram bulurdu afəriniş,
Yuxuya gedərdi yarü əğyar,Dərd əhli həmin qalırdı bidar,
Səhraya çıxardı evdən ol mah,Kamınca qılardı naləvü ah.
Fəryadın edib büləndpayə,Razi-dilini açardı Ayə.
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-leyli-ve-mecnun-33
Use ← → keys to move, R for a random poem
More by this author
Səbadən gül üzündə sünbüli-pürpiçü tab oynar,Sanasan pər açıb, gülşəndə bir mişkin qürab oynar.
Can vermə qəmi-eşqə ki, eşq afəti-candırCan vermə qəmi-eşqə ki, eşq afəti-candır,Eşq afəti-can olduğu məşhuri-cahandır!
Tutuşdu qəm oduna şad gördüyün könlümTutuşdu qəm oduna şad gördügün könlüm,Müqəyyəd oldu ol azad gördügün könlüm.
Zövq şövqilə cəhan qeydin çəkən zəhmət çəkərZövq şövqilə cəhan qeydin çəkən zəhmət çəkər,Əhli-zövq oldur kim, ondan daməni-himmət çəkər.
Poems by other poets · Love
Ey simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,
Batan günəşSən beynimdə doğan qığılcımdan od aldın,Ey ruhumu, eşqimi yetim buraxan günəş,
وفا در گل رخان عطر است در گلمن این را خوانده ام وقتی به دفتر
Əqlimi ey guli-xəndanƏqlimi ey guli-xəndan,Atdın həvayə-həvayə.