"K'ey gah qədim kimi xəmidə'Gahi pür olan misali-didə!

Gəh zahir olan mənə qəmimtək'Gəh qaib ənisü həmdəmimtək!

Şahiddir ona bu inqilabınKim, aşiqisən bir afltabın!

Hicranı ilə nizar olubsan,Sərgəşteyi-ruzigar olubsan.

Ey möhnəti-eşqdən xəbərdar,Gör, Tanrı üçün, nə möhnətim var!

Qıl şö'leyi-ahimə nəzarə'Gər var isə rəhmin, eylə çarə!

Seyr eylə fəzayi-hər diyari,Gəz cümleyi-dəştü kuhsari.

Gör qandadır ol mənim pənahim'Şahim, mahim, ümidgahim!

Hali-dilim ona ərz eylə,Billah, necə gördün isə söylə!"

Ta vəqti-səhər bu idi hali,Təşvişdən olmaz idi xali.

Mürği-səhəri çəkəndə avaz,Eylərdi bir özgə növhə' ağaz:

"K'ey vay, tükəndi mayeyi-ömr!Xurşidə irişdi sayeyi-ömr!

Dəmdir dəri-fürsət ola məsdud,Müşkül görünə boyani-məqsud.

Dəmdir oyana yuxudan əğyar,Şərhi-qəmi-dərdim ola düşvar.

Mən əxtəri-bürci-iştiyaqəm,Mən şəm'i-səraçeyi-fəraqəm.

Gündüz həbsim, gecə nicatım,Gündüz mövtim, gecə həyatım.

Olmuş dünümə günüm mütabiq,Gün görməz imiş bəlalı aşiq!"

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets