Xəm açıldıqca zülfündən bəlavü möhnətim artar,Bihəmdillah ki, ömrüm uzanar, cəm’iyyətim artar.

Demən əksik məni tədric ilə yaqut olan daşdan,Boyandıqca cigər qanilə qədrü qiymətim artar.

Tuta gör göz yolun, ey əşk, kim, təmkinim əksikdir,Bu surətxanənin gördükcə nəqşin heyrətim artar.

Mərizi-dərdi-eşqəm, tərki-aləmdir muradım kim,Bu naxoş mülkdə əyləndigimcə zəhmətim artar.

Büküldü qamətim həsrət yükündən, vəh ki, aləmdəÜmidim əksilib hər ləhzə yüz min, həsrətim artar.

Nə şərbətdir qəmin kim, içdigimcə əksilir səbrim,Nə sehr eylər rüxün kim, baxdığımca rəğbətim artar.

Maqta — the closing couplet bearing the poet’s pen name. Çox olduqca qəmü dərdim rəhi-eşq içrə xoşhaləm,Füzuli, şad olub şükr etməyimmi, ne’mətim artar.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love