نمی دانم چه بد کردم چرا رنجید یار از من
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
نمی دانم چه بد کردم چرا رنجید یار از منکه افکند از نظر برداشت چشم اعتبار از من
Nə etdim bilmirəm yarə ki, küsdü nazlı yar məndən,Gözündən düşmüşəm yarın, kəsibdir etibar məndən.
مگر از خاکساریهای من کردند آگاهشکه بنشستست بر آیینه طبعش غبار از من
Xəbərdar etdilər yoxsa onu xak olduğumdan ki,Tutubdur qəlbinin ayinəsi bunca qübar məndən.
نسودم بر کف پای لطیفش خار مژگان راچه باشد موجب رنجیدن آن گل عذار از من
Batırmam xari-müjganı nigarın gül ayağına,Nədən bəs oldu rəncidə yenə ol gülüzar məndən?
ازو این زهر چشم و چین ابرو نیست بی وجهیادای ناخوشی سر زد مگر بی اختیار از من
Çatılmış qaşları yarın, deyildir hiddəti bica,Güman ki, baş verib bir bəd əməl biixtiyar məndən.
زنم سر بر زمین هر جا روم چون آب زین غصهکه دامن می کشد آن سرو می گیرد کنار از من
Su tək qəm-qüssədən daim axıb torpağa baş vurramKi, sərvim döndəribdir üz, qalıb böylə kənar məndən.
بدادم جان نکردم یار را رسوا بشرح غماگر می بود مجنون زنده می آموخت کار از من
Ölüb getdim, nigarı şərhi-qəmlə etmədim rüsva,Diri olsaydı gər Məcnun, olardı şərmsar məndən.
Maqta — the closing couplet bearing the poet’s pen name. فضولی کرد سرگردان مرا بی ماه رخسارینمیدانم چه در دل داشت دور روزگار از من
Maqta — the closing couplet bearing the poet’s pen name. Füzuli, oldum ol məhparəsiz aləmdə sərgərdan,Nə istər, bilmirəm axır, bu dövri-ruzigar məndən.
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-qezel-351
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Nə etmişəm fələkə, boylə qıldı zar məni?Diyari-hicr-ara zarü dilfikar məni.
Ahu baxışlı bir qızFüsuli-ərbəədə mən fəda olum yayə,Mənim güzarımı saldı Qara Kəlisayə.
ArzuQara gözlü, şirin sözlü,Al yanaqlı, gözəl qız.
Yavaş getSallanıban gedən dilbər,Kərəm elə, yar, yavaş get.