Can vermə qəmi-eşqə ki, eşq afəti-candır,Eşq afəti-can olduğu məşhuri-cahandır!

Sud istəmə sövdayi-qəmi-eşqdə hərgiz!Kim, hasili-sövdayi-qəmi-eşq ziyandır!

Hər əbruyi-xəm qətlinə bir xəncəri-xunriz,Hər zülfi-siyəh qəsdinə bir əfi ilandır!

Yaxşı görünür surəti məhvəşlərin, əmmaYaxşı nəzər etdikdə, sərəncamı yamandır!

Eşq içrə əzab olduğun ondan bilirəm kim,Hər kimsə ki, aşiqdir, işi ahü fəğandır!

Yad etmə qara gözlülərin mərdümi-çeşmin,Mərdüm deyib aldanma kim, içdikləri qandır!

Maqta — the closing couplet bearing the poet’s pen name. Gər dersə Füzuli ki: "Gözəllərdə vəfa var"Aldanma ki, şair sözü, əlbəttə, yalandır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love