Buludlarda aypara var,Ürəyimdə həzin kədər.Ey vəfasız, ömrüm boyuSarsılmazdım mən bu qədər.

Açılmaram, yanıb sollamBaharda solduğum anlar.Qırılmış bir kaman ollam,Pərişan olduğum anlar.

Barışmağa yoxdur güman,Ey sevgilim sənsiz nəyəm?Məni niyə sarsıdırsan,Sarsıntılar içindəyəm.

Söylə, xoş rəftarın hanı,Bəd rəftarın çaldı məni.Yaz eşqimin buz boranı,Tufanlara saldı məni.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love