Sənsən
Göydə qövsi-qüzehim,Yerdə gül üstdə şehim – sənsən!
Masam üstdə işığım,Evimdə yaraşığım – sənsən!
Pəncərəmdə küləyim,Ürəyimdə ürəyim – sənsən!
Dərmanım-davam mənim,Ən təmiz havam mənim – sənsən!
Dəryada nadir incim,Həyatda ilk sevincim – sənsən!
Kitabxana.az · https://kitabxana.az/en/works/islam-seferli-sensen
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Deyişmə: Səndən bir xəbər alım, a Xəstə Qasım
— Ləzgi Əhməd:Səndən bir xəbər alım, a Xəstə Qasım,
QızAşiq oldum mən sənə, ey gözləri məstanə qızNə qədər ki istərəm məndən durarsan yanə qız
Vəh, necə kəc gərdiş eylər cərxi-kəcrəftar kəcVəh, necə kəc gərdiş eylər cərxi-kəcrəftar kəc!Əsr gəcdir, dovr gəc, dovrani-bədkirdar kəc.
ƏrizəEy Cavanşir mülkünə sultan, baüzzü vüqarCanişin Hacıbəy Sultan, cənab Şahmar